· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Azərbaycanda müasir Avropa tipli ilk musiqi təhsili ocağinin 110 illik yubileyi qeyd edilmişdir

Avropa notlu musiqi təhsili Cənubi Qafqazda və Yaxın Şərqdə məhz Azərbaycandan başlayır

 

AzərTAc xəbər verir ki, mayın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin (keçmiş Asəf Zeynallı adına musiqi məktəbi) yaradılmasının 110 illik yubileyi qeyd edilmişdir.

Kollecin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov əlamətdar hadisə münasibətilə həmkarlarını təbrik etmiş, ölkəmizin musiqi həyatında qocaman musiqi təhsili ocağının xidmətlərindən danışmış, onun ötən illərdəki fəaliyyətinin bəzi məqamlarından söz açmışdır.

Təhsil naziri Misir Mərdanov əlamətdar yubiley münasibətilə Musiqi Kollecinin kollektivini təbrik etmiş, məktəbin əməkdaşlarından 5 nəfərinə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi", 11 nəfərinə isə nazirliyin fəxri fərmanını vermişdir.

Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kərimi yubiley münasibətilə kollecin müəllim və tələbə kollektivinə təbrikini çatdırmış, ölkədə musiqi mədəniyyətinin təşəkkül tapmasında və inkişafında onların əməyini yüksək qiymətləndirmişdir.

Tədbirdə Musiqi Kollecinin xalq çalğı alətləri orkestrinin, xor kollektivinin, skripkaçılar, kanonçular ansamllarının və başqa kollektivlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunmuşdur.