· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Harvard Universitetinin professoru Cozef Nayı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da ABŞ-ın Harvard Universitetinin professoru Cozef Nayı qəbul etmişdir.

ölkəmizə ilk dəfə səfər etdiyini deyən professor Cozef Nay bildirdi ki, səfərinin əsas məqsədi Azərbaycandakı proseslərlə yaxından tanış olmaq və ölkəmizlə bağlı daha geniş informasiya əldə etməkdir. O, Azərbaycanın ABŞ üçün əhəmiyyətli ölkə olduğunu, əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyini bildirdi.

Dövlətimizin başçısı Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin daha da genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu dedi. Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, Cozef Nayın ölkəmizə səfəri onun Azərbaycanla yaxından tanış olması üçün yaxşı imkan yaradacaqdır.

 

AzərTAc

 

 

 

 

 

 

 

Bakı Dövlət Universitetinin yeni tədris korpusunun tikintisi ilə bağlı bəzi tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

Bakı Dövlət Universiteti yarandığı gündən etibarən 90 il ərzində böyük inkişaf yolu keçərək, Azərbaycan Respublikasında həyatın müxtəlif sahələri üçün yüksək ixtisaslı kadrların hazırlanması, ölkənin elmi potensialının möhkəmləndirilməsi işinə layiqli töhfələr vermişdir.

Bakı Dövlət Universitetində tədrisin keyfiyyətinin yüksəldilməsi və universitetin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə qərara alıram:

1. Bakı Dövlət Universitetinin yeni tədris korpusunun tikintisinin başa çatdırılması və müasir texniki avadanlıqlarla təmin olunması üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 4,6 milyon (dörd milyon altı yüz min) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci bəndində göstərilən vəsaitin Bakı Dövlət Universitetinə ayrılmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 may 2008-ci il