· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə

Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007-ci il, 2292 N-li sərəncamı ilə "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya" qəbul edilmişdir. "Milli Strategiya"da təhsil sahəsinə də xüsusi diqqət yetirilmiş, təhsil müəssisələrində imtahanların keçirilməsində şəffaflığın təmin olunması, ictimai nəzarətin gücləndirilməsi, şikayətlərə baxılmasının səmərəliliyinin artırılması və s. məsələlər nəzərdə tutulmuşdur.

"Milli Strategiya"nın icrası ilə əlaqədar Təhsil Nazirliyinin 04.12.2007-ci il, 1225 N-li əmri ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə "Milli Strategiya"nın həyata keçirilməsi ilə bağlı fəaliyyət planı (2007-2011-ci illər)" təsdiq edilmişdir. Fəaliyyət planında "Milli Strategiya"nın məramı və məzmununun təhsil işçilərinə, tələbə və valideynlərə çatdırılması məqsədilə tədris müəssisələrində korrupsiyaya qarşı mübarizə üzrə mütəmadi olaraq seminar və məşğələlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Qeyd olunanlarla əlaqədar rəhbərlik etdiyiniz təhsil müəssisəsində 2007-2008-ci tədris ilinin yay imtahan sessiyasının, Dövlət attestasiya imtahanları və buraxılış işlərinin müdafiəsinin təşkili ilə əlaqədar "Milli Strategiya"da və onun icrası ilə bağlı təsdiq edilmiş fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin ardıcıl həyata keçirilməsini, imtahan sessiyasından əvvəl müəllim, tələbə və valideynlər üçün maarifləndirici və məlumatlandırıcı seminar və məşğələlərin keçirilməsini, həmin tədbirlərə nazirliyin fəaliyyət planında nəzərdə tutulan, korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna daxil olan QHT nümayəndələrinin dəvət edilməsini sizə tapşırırıq.

Müvafiq tədbirlərin təşkili ilə əlaqədar hesabatların yay imtahan sessiyasının sonunda nazirliyə təqdim olunmasını xahiş edirik.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

 

 

 

 

 

Buraxılış imtahanlarından azadedilmə barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

I. Məktəblilərin fənn olimpiadalarının respublika turunda birinci yeri tutmuş aşağıda adları qeyd olunan XI sinif şagirdləri orta təhsil üzrə buraxılış imtahanlarından azad edilsinlər:

1. Qasımlı Fidan Lətif qızı - Bakı şəhəri 83 nömrəli məktəb-liseyin XI sinif şagirdi

2. Mehrabov Haqverdi Dilbazi oğlu - Bakı özəl Türk Liseyinin XI sinif şagirdi

3. Yaqubov Araz Əli oğlu - fizika-riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi

4. Məmmədzadə Mirnahid Daməd oğlu - Bakı özəl Türk Liseyi Lənkəran filialının XI sinif şagirdi

5. Ağazadə Sadiq Əyani oğlu - Bakı şəhəri 160 nömrəli Klassik gimnaziyanın XI sinif şagirdi

6. Musayev Nicat Hafiz oğlu - Bakı şəhəri 275 nömrəli orta məktəbin XI sinif şagirdi

7. Onk Ahu Müjgan Yavuz qızı - T.İsmayılov adına "İntellekt" liseyinin XI sinif şagirdi

8. Mahmudova Könül Nurəli qızı - Naxçıvan şəhəri 705 nömrəli hərbi hissə orta məktəbinin XI sinif şagirdi

9. Mahmudzadə Cavid Namiq oğlu - Bakı şəhəri 20 nömrəli məktəb-liseyin XI sinif şagirdi

II.  İmtahanlardan azad edilmiş şagirdlərin təhsil sənədlərinə illik qiymətləri yazılsın.

III. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

IV. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri