· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Birincilərin bayramı

Adi bir may səhəri idi. Ancaq bu, paytaxtdakı 53 nömrəli orta məktəbin I "J" sinif şagirdləri üçün heç də adi gün deyildi. Həmin gün onlar "Əlifba"nı bitirmələrini bayram edirdilər. Birincilər həm də bu vaxta qədər aldıqları biliklərin hesabatını verəcəkdilər. Tədbiri məktəbin direktoru Firəngiz Həsənova açaraq bayram münasıbətilə sinif müəllimi Günay Novruzovanı, şagirdləri, valideynləri və qonaqları təbrik etdi.

 

 Sonra aparıcı VI "D" sinif şagirdi N.Bəyim sözü birincilərə verdi. Onlar Azərbaycan Respublikasının Dövlət himnini ifa etdilər. Səhnəyə "Əlifba" ilə "Oxu" gəldi.  Hərflər sıraya düzüldü. Məhyəddin, Merac, Həmidə, Sülhanə, Nəzrin, Sahib, Məhəmməd hərflərə aid şeirlər söylədilər, "Kiçik sənət sahibləri" səhnəciyini göstərdilər. Sonra rəqəmlərin dialoqu başlandı.

Zeynəbin aparıcılığı ilə Ləman, Səba, Orxan, Fəridə, Baxış, Əlinə səhnələşdirilmiş "Qoğal", "Şəngülüm, Şüngülüm, Məngülüm" nağıllarını göstərdilər.  Ləman, İsgəndər, Murad müəllim-şagird münasibətlərini əks etdirən səhnəcik nümayiş etdirdilər. Sinif müəlliminin hazırladığı ssenariyə əsasən uşaqlar onlara verilən tapşırığın öhdəsindən məharətlə gəlirdilər.

Birincilərin ulu öndər Heydər Əliyevə, Vətənə, anaya, müəllimə aid söylədikləri şeirlər də maraqla qarşılandı. Musiqi müəllimi Kəmalə Qardaşovanın pianoda müşayiəti ilə şagirdlər "Əlifba", "Birincilərik", "Kitab", "Azərbaycan", "Mən sayıram onacan" mahnılarını oxudular. çıxışlardan hiss olunurdu ki, onlar əlifbanı, riyaziyyatı mükəmməl öyrəniblər. Sonra şagirdlər rəqs nömrələri ilə çıxış etdilər.

Tədbirin sonunda aparıcı sözü məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Rəhim Axundova verdi. O, sinif müəllimi Günay Novruzovanın ilk sinifi olmağına baxmayaraq, tədris metodunu, çalışqanlığını, məhz bu bayramda şagirdlərin onun böyük zəhməti hesabına göstərdikləri fəallıqlarını yüksək qiymətləndirdi və onlara müvəffəqiyyətlər arzuladı.

Sonra Təranə müəllim və valideynlərdən bir neçəsi çıxış edərək gözəl ifalarına görə şagirdlərə, çəkdiyi  əziyyətə görə sinif müəlliminə "çox sağ olun" dedilər.

Sevil ƏBDüLOVA