· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Peşə təhsili müəssisələri üçün yeni tədris planlarının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasında "Peşə məktəbi və peşə liseylərinin 5 günlük iş həftəsinə keçməsi, imtahanların təşkili və keçirilməsi qaydaları haqqında" təlimatın və nümunəvi tədris planlarının təsdiq edilməsi barədə Təhsil Nazirliyinin 01 iyul 2008-ci il tarixli 840 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

ƏMR EDİRƏM

1. Peşə təhsili müəssisələrində kadrların hazırlanması üçün ixtisaslar üzrə tədris planları təsdiq edilsin və 15 sentyabr 2008-ci il tarixindən tətbiq olunsun.

2. İqtisadiyyat şöbəsi (H.Zeynalov) tədris planlarının çapı üçün vəsait ayrılmasını təmin etsin.

3. Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) və Təhsil Problemləri İnstitutu (A.Mehrabov):

3.1. Tədris planlarının nəşr edilməsi və yerlərə çatdırılması məsələsini həll etsinlər.

3.2. Tədris planlarının tətbiqi ilə əlaqədar peşə təhsili müəssisələrinə əməli kömək göstərsinlər.

4. Respublikanın peşə təhsili müəssisələrinin direktorları:

4.1. Rəhbərlik etdikləri təhsil müəssisələrində yeni tədris planlarının tətbiqini təmin etsinlər.

4.2. Bu əmrlə təsdiq olunmuş tədris planları əsasında ikinci və üçüncü kurslar üçün (2008-2009-cu və 2009-2010-cu tədris illəri) mövcud tədris planlarında göstərilən saatlar həddində keçid tədris planlarını hazırlasınlar və Təhsil Nazirliyinin müvafiq şöbəsi ilə razılaşdırıb təsdiq etsinlər.

5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində, "Sənətkar" jurnalında və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

6. ümumi şöbə (İ.Mirzəyev) əmrin çoxaldılıb peşə təhsili müəssisələrinə çatdırılmasını təmin etsin.

7. Təhsil Nazirliyinin 30.07.2003-cü il tarixli 730 N-li, 27.07.2004-cü il tarixli 681 N-li, 25.09.2007-ci il tarixli 1009 N-li əmrləri ilə təsdiq edilmiş tədris planları qüvvədən düşmüş hesab edilsin.

8. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə edilsin.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

01 sentyabr 2008-ci il