· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

"Aspirantlara, ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında"

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasının dövlət təhsil müəssisələrində təhsil alan aspirantlara, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə qərara alıram:

1. Dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan aspirantlar, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş aylıq təqaüdlər artırılaraq aşağıdakı məbləğlərdə müəyyən edilsin:

1.1. Aspirantlara - 90 manat

1.2. Ali məktəblərdə:

adlı təqaüd alan tələbələrə - 90 manat

magistr pilləsi üzrə:

əla qiymətlərlə oxuyan tələbələrə - 75 manat

əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 60 manat

yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 40 manat

bakalavr pilləsi üzrə:

əla qiymətlərlə oxuyan tələbələrə - 70 manat

əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 55 manat

yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 35 manat

1.3. Orta ixtisas məktəblərində:

əla qiymətlərlə oxuyan tələbələrə - 35 manat

əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 30 manat

yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 25 manat

1.4. Peşə məktəbləri və peşə liseylərinin şagirdlərinə - 25 manat

2. "Aspirantlara, ali, orta ixtisas və peşə məktəbləri və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 1 fevral tarixli 1927 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, N 2, maddə 108) 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu sərəncam 2008-ci il sentyabrın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 sentyabr 2008-ci il

 

 

 

 

 

Azərbaycan Respublikasının musiqi təhsili işçilərinə fəxri adların verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

 

"Azərbaycan Respublikasının əməkdar müəllimi"

 

Abasquliyeva Leyla Hüseyn qızı

Abbasov Vaqif Oruc oğlu

Acalova Gülnarə Almaz qızı

Babayev Nadir Davud oğlu

Dadaşlı Nizami Əkbər oğlu

Əliyeva Elmira Mirzəağa qızı

Əliyeva İvetta Muxtar qızı

Əzizov Ramiz Mahmud oğlu

Hətəmzadə Gülzar Mürsəl qızı

Hüseynova Gövhər Qulu qızı

İbrahimov ümid Ağasəf oğlu

İdyatulina Fatimə Fatkulovna

Kazımova Afət Kazım qızı

Kərimova Almaz Ələsgər qızı

Qarayeva Tomrid Abdulla qızı

Quliyev Malik Bayram oğlu

Quliyev Mübariz Tahir oğlu

Məhərrəmzadə Svetlana Şamil qızı

Məmmədəliyeva Leyla Məmməd qızı

Məmmədov Əflaruz Qulam oğlu

Musayeva Elmira Danil qızı

Musazadə Rafiq Mirzə oğlu

Nəcəfəliyeva İrina Əliulla qızı

Rəhimova Ədilə Teymur qızı

Rəhimova Gülsabah Nurbala qızı

Rimazi Nəzakət Hüseyn qızı

Rzayeva Gülər Əbülfəz qızı

Salayeva Bilqeiz Məmməd-Emin qızı

Seyidova Səadət Ağaməmməd qızı

Şəfiyeva Zemfira Mənsur qızı

Topçubaşova Elmira Mustafabəy qızı

Tsinamdzqvarişvili Tsiala Vaxtanqovna

Vəliyev Ənvər Əliyulla oğlu

Vəzirova Rəna Rza qızı

 

"Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi"

 

Abasquliyev Oqtay Hüseyn oğlu

Abbaszadə Nəzmiyyə Müzəffər qızı

Abdullayev Azər Canbaxış oğlu

Əbdülqasımov Vaqif Əmir oğlu

İbrahimova Nailə Əli qızı

İbrahimova Sona Qulamrza qızı

Quliyev Akif Nüsrət oğlu

Mahmudova Şəhla Həsən qızı

Nərimanbəyli Rauf Cəmil oğlu

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 sentyabr 2008-ci il