Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

31 Dekabr 2009 - ¹51

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Yeni il ərəfəsində Şamaxıda uşaq incəsənət məktəbinin təməli qoyulub

 

Özünün gündəlik fəaliyyətində sosial məsələləri daim diqqət mərkəzində saxlayan Heydər Əliyev Fondu Yeni il ərəfəsində Şamaxı sakinlərini daha bir neçə hədiyyə ilə sevindirmişdir.

Rayonun dağ kəndlərinə işləyən nəqliyyat vasitələrinin fəaliyyətini yaxşılaşdırmaqla bağlı əhalinin müraciətlərinə əsasən, Fondun təşəbbüsü ilə dekabrın 28-də şamaxılılara 4 sərnişin avtobusu bağışlanmışdır.  

Yeni avtobusların təqdimat mərasimində çıxış edən rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevin bölgələrin inkişafına göstərdiyi diqqət və qayğıdan, insanların istək və arzularına həssas münasibətindən danışmışlar.   Diqqətə çatdırılmışdır ki, ölkəmizin hər yerində olduğu kimi, Şamaxıda da sürətli quruculuq işləri həyata keçirilir və insanların həyat səviyyəsinin yüksəldilməsi məqsədi ilə yeni müəssisələr istifadəyə verilir.  

Sakinlər demişlər ki, son illərdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rayonda bir sıra məktəblərin binaları əsaslı təmir edilmiş və müasir avadanlıqla təchiz olunmuşdur.

Sonra "İsuzu" və "Hyundaı" markalı avtobusların açarları təntənəli surətdə sürücülərə təqdim edilmişdir.

Mərasimdə diqqətə çatdırılmışdır ki, yeni avtobusların işləyəcəyi Şamaxının Quşçu, Pirqulu kəndləri, Sabir qəsəbəsi və şəhərarası marşrutlarda əhalinin rahat gediş-gəlişi təmin ediləcəkdir.

Yeni təqvim ili ərəfəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı şəhərində inşasına başlanılan Nəsimi adına uşaq incəsənət məktəbi binasının təməlqoyma mərasimi də rayon sakinləri üçün əsl bayrama çevrilmişdir.

Təməlqoyma mərasimində vurğulanmışdır ki, bu musiqi məktəbinin fəaliyyəti yarıməsrlik dövrü əhatə etməsinə baxmayaraq, burada uzun illər əsaslı təmir aparılmadığından bina tam yararsız vəziyyətə düşmüşdür.

Musiqi məktəbinin yeni binasını layihələndirən memar Sevinc Mahmudəliqızı demişdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən bu binanın sahəsi 3264 kvadratmetrdir. Binada rəsm, rəqs, məşq və müəllimlər üçün otaqlar, akt zalı, sərgi salonu, bufet nəzərdə tutulmuşdur. ümumilikdə burada müasir avadanlıqla təchiz ediləcək 54 otaq fəaliyyət göstərəcəkdir. Məktəbin həyətində yaşıllaşdırma və abadlıq işləri aparılacaqdır. üçmərtəbəli müasir incəsənət məktəbi binasının tikintisinin 2010-cu ildə başa çatdırılması nəzərdə tutulmuşdur.

***

Həmin gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Abşeron rayonunun Saray qəsəbəsindəki 7 nömrəli internat evində Yeni il süfrəsi açılmış və uşaqlara bayram hədiyyələri təqdim edilmişdir.

Bayramqabağı görüşdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə internat evinə 2 idman trenajoru, 2 televizor və 1 ədəd kondisioner bağışlanmışdır.

Budəfəki görüş internat kollektivinin nəqliyyat probleminə də son qoymuşdur. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə "Uşaq evləri və internat məktəbinin inkişafı Proqramı" çərçivəsində internat evinə "İSUZU Boqdan" markalı 25 yerlik avtobus bağışlanmışdır. Əlil arabalarına uyğunlaşdırılmış avtobus bayramlar ərəfəsində 140 uşağın təlim-tərbiyə aldığı internat evinin kollektivi üçün ən qiymətli hədiyyə olmuşdur.

Məktəbli avtobusunun texniki xüsusiyyətləri nümayiş olunmuşdur. Bildirilmişdir ki, şagirdlərin təhlükəsiz daşınmasında bu nəqliyyat vasitəsinin xüsusi əhəmiyyəti vardır.

Məktəbin kollektivi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xeyirxah işlərini yüksək qiymətləndirmiş, diqqət və qayğıya görə Azərbaycanın birinci xanımına minnətdarlıqlarını bildirmişlər.

AzərTAc

 
  Nömrənin müdəricatına dön

 

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
31 Dekabr 2009 - ¹51
Azərbaycan Tibb Universitetinin çoxprofilli tədris-terapevtik klinikasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2009-cu il nə ilə yadda qalacaq?
 
Heydər Əliyev Fondu tərəfindən Niderlanddakı Azərbaycan məktəblərinə Yeni il hədiyyələri təqdim olunub
 
Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənlikləri keçirir
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Yeni il ərəfəsində Şamaxıda uşaq incəsənət məktəbinin təməli qoyulub
 
Təhsil Nazirliyində mətbuat konfransı
 
Qaliblərə mükafatlar təqdim edildi
 
Təhsil Nazirliyi ilə "Azərsun Holdinq" arasında niyyət protokolu imzalandı
 
"Azərbaycan məktəbi" jurnalının 85 illiyinə həsr olunmuş tədbir
 
Yaponiya səfirliyində layihələrin imzalanma mərasimi keçirilib
 
6 nömrəli Bakı Peşə Liseyinin yubileyi qeyd olundu
 
Təhsil Nazirliyində mətbuat konfransı
 
Qaliblərə mükafatlar təqdim edildi
 
Təhsil Nazirliyi ilə "Azərsun Holdinq" arasında niyyət protokolu imzalandı
 
"Azərbaycan məktəbi" jurnalının 85 illiyinə həsr olunmuş tədbir
 
Uğurlarımızın əsasını demokratik idarəetmə təşkil edir
 
Dünya universitetləri: MakGill Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov