|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Heydər Əliyev Fondu "Gülüstan" sarayında uşaqlar üçün bayram şənliyi təşkil edib Heydər
Əliyev Fondu "Gülüstan" sarayında uşaq
evlərində və internat məktəblərində
təlim-tərbiyə alan, şəhid, qaçqın və
məcburi köçkün ailələrindən olan, yetim və
valideyn himayəsindən məhrum, təhsildə xüsusilə
fərqlənən uşaqlar üçün Yeni il şənlikləri
keçirir. AzərTAc xəbər verir ki, dekabrın
29-da Fondun prezidenti, Azərbaycan Prezidentinin xanımı,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyeva növbəti
bayram şənliyində iştirak etmiş, qızı
Arzu ilə birlikdə uşaqların sevinc və
fərəhini bölüşmüşdür. Mehriban xanım və
qızı uşaqlarla səmimi söhbət etdilər,
onlarla şəkil çəkdirdilər. Əvvəlcə ümummilli liderimiz Heydər
Əliyevin müxtəlif illərdə Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il bayramlarında uşaqlarla
bir yerdə olmasından, Fondun uşaq evlərinə,
internat məktəblərinə qayğısından
bəhs edən film göstərildi. Şaxta baba və Qar qızın
al-əlvan bəzədilmiş möhtəşəm saraya
gəlişi alqışlarla qarşılandı. Şaxta
baba "sehrli çubuğu" ilə yolkanı işıqlandırdı.
üç saatdan çox davam edən tədbirdə uşaqları
şənləndirmək üçün aktyorlar bütün istedad və
bacarıqlarını sərf edirdilər. Salona toplaşmış uşaqların
çöhrələrində bu gözəl bayram şənliyini
onlara bəxş edən Heydər Əliyev Fonduna, onun
prezidenti Mehriban xanıma minnətdarlıq hissləri aydın
sezilirdi. Həmin gün şənlik iştirakçıları
arasında məcburi köçkün və qaçqın
ailələrindən olan uşaqlar, qayğıya gündəlik
ehtiyac duyan, uşaq evlərində və xüsusi
məktəblərdə təlim-tərbiyə alan balaca
soydaşlarımız əksəriyyət təşkil
edirdi. Respublikamızın tanınmış
estrada müğənniləri, məktəblilərin özfəaliyyət
kollektivləri, rəqs qrupları, gənc istedadlar öz
oynaq, şux mahnıları, rəqsləri ilə bayram
şənliyini daha da rövnəqləndirirdilər.
Rəqslərə qoşulan, al-əlvan yolkalar ətrafında
yallı gedən, məharətlərini göstərən, möcüzələrə
heyrət edən uşaqların sevinci hədsiz idi. çünki
tanınmış sənətçilərin, klounların,
sehrbazların bir-birindən maraqlı çıxışları
məhz onlara ünvanlanmışdı. Fondun əməkdaşlarının
tədbir iştirakçılarına münasibəti, hər
kəsə qayğı ilə yanaşması da uşaqların
və onların müşayiətçilərinin
diqqətindən yayınmadı. Azərbaycanda uşaqlara göstərdiyi
diqqət və qayğıya, bu istiqamətdə nəcib
və xeyirxah fəaliyyətinə görə Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanıma Azərbaycan uşaqları
adından sevgi və məhəbbətin ifadəsi olaraq mükafat
təqdim edildi. Heydər Əliyev Fondunun prezidenti MEHRİBAN
ƏLİYEVA bayram şənliyində çıxış
edərək dedi: -Əziz uşaqlar, hörmətli müəllimlər
və valideynlər! Mən sizin hamınızı
səmimi-qəlbdən salamlayıram. Ənənəvi
olaraq biz bu il də "Gülüstan" sarayında ötən
illə vidalaşırıq və yeni
- 2009-cu ili qarşılayırıq. Yeni il ailəvi
bayramdır və mən çox şadam ki, bu bayramı biz
birlikdə, böyük, mehriban ailə kimi qeyd edirik. ötən ilə nəzər salsaq görərik
ki, ölkəmizdə bir çox mühüm hadisələr baş
vermiş, bir çox nailiyyətlər əldə olunmuşdur.
ölkəmizin - Azərbaycanın inkişafı davam edir.
Şəhərlərimiz, kəndlərimiz abadlaşır,
gözəlləşir. Paytaxtımıza nəzər salsaq
görərik ki, nə qədər gözəlləşibdir.
Yeni yollar, geniş prospektlər, körpülər salınır,
yeni parklar açılır, səhiyyə və idman
mərkəzləri inşa olunur və istifadəyə
verilir, yeni məktəblər, uşaq bağçaları
tikilir, mədəniyyət abidələri, tarixi
abidələr bərpa olunur. Bir çox yeni
mədəniyyət ocaqları inşa olunub,
istifadəyə verilib, Heydər Əliyev Sarayı
bərpa olunub, Muğam Mərkəzi, Qala Etnoqrafiya Muzeyi
yaradılıb və sair. 2008-ci ildə Heydər Əliyev Fondu da öz
fəaliyyətini davam etdirmiş, bir çox işlər görmüşdür.
"Yeniləşən Azərbaycana yeni
məktəb" layihəsi çərçivəsində ölkəmizdə
yeni məktəblərin tikintisi davam edir. Bir sıra uşaq
bağçası tikilib istifadəyə verilmişdir. Uşaqlar
üçün yay düşərgələri tikilir və
istifadəyə verilir. Biz həmişə olduğu kimi,
uşaq evləri və internat məktəblərində
tərbiyə olunan uşaqların problemlərini daim
diqqət mərkəzində saxlamağa çalışmışıq.
Əgər 5 il bundan əvvəl Heydər Əliyev Fondu
öz fəaliyyətinə başlayanda bizim əsas gücümüz
uşaq evlərinin, internat məktəblərinin
maddi-texniki bazasının yaxşılaşdırılmasına
yönəlmişdisə, bu gün artıq, demək olar ki, bütün
məktəblər çox gözəl vəziyyətdədir,
yenidən təmir olunmuş, çoxu yenidən qurulmuş,
ən müasir avadanlıqla təmin edilmişdir. Bu gün bizim
diqqətimiz bu müəssisələrdə təhsilin
səviyyəsinə, təhsilin şəraitinə yönələcəkdir.
Biz istəyirik ki, uşaqlarımız dünyanın ən yüksək
standartlarına cavab verən təhsil alsınlar,
biliyə malik olsunlar. Hesab edirəm ki, uşaqlıq həyatın
ən gözəl dövrüdür. Mənim arzum odur ki,
Azərbaycanda hər bir uşaq xoşbəxt olsun. Ona görə
də biz sizləri - bizim uşaqlarımızı, balalarımızı
məhəbbətlə, hörmətlə,
mərhəmətlə, diqqətlə böyütməliyik.
Aydındır ki, siz hələ həyatınızın
başlanğıcındasınız. Hər birinizin qarşınızda
böyük yol, böyük həyat var. Bu həyatda, bu yolda
sevinclə, xoş anlarla, qələbələrlə yanaşı,
sizi çətinliklər də, problemlər də gözləyir.
Ona görə də bu gün biz böyüklər sizi elə böyütmək
istəyirik ki, sizə elə tərbiyə vermək
istəyirik ki, sabah əsl insan, əsl vətəndaş,
əsl şəxsiyyət olasınız. Siz yəqin bilirsiniz ki, Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə 2009-cu
il ölkəmizdə "Uşaq ili" elan olunmuşdur. Bu
o deməkdir ki, uşaqlara olan diqqət bir az da artmalıdır.
Mən bu gün uşaq problemləri ilə məşğul
olan bütün dövlət qurumlarına, qeyri-hökumət təşkilatlarına,
cəmiyyətimizin hər bir vətəndaşına üz
tutub deyirəm ki, uşaqlara daha da diqqətlə, daha da
ürəklə, daha da məhəbbətlə yanaşmalıyıq.
Yenə də deyirəm, bu, hər bir insanın borcudur.
çünki bizim uşaqlar bu günümüz, Azərbaycanın sabahıdır,
Azərbaycanın gələcəyidir. Əziz dostlar, mən sizin hamınızı
Yeni il bayramı, Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü münasibətilə ürəkdən
təbrik edirəm, sizə yeni ildə cansağlığı,
yeni uğurlar və qələbələr arzulayıram. çox sağ olun. *** Uşaqlar Mehriban xanımla xatirə şəkli
çəkdirdilər. Şənliyə gəlmiş hər bir uşağa
Heydər Əliyev Fondunun bayram hədiyyəsi təqdim
edildi. Yeni il şənliyi bu dəfə də uşaqların
qəlbində silinməz xatirəyə çevrildi. Onu da deyək ki, Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın tövsiyəsi ilə müvafiq
tədbirlər görülmüş, şənlikdə iştirak
edən uşaqların "Gülüstan" sarayına
təhlükəsiz gəlib-getməsi üçün rahat avtobuslar ayrılmışdı. AzərTAc
|