Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

19 Fevral 2010 - 07

 
Təlim kurslarının 2-ci mərhələsini başa vurmuş müəllimlərə sertifikatlar verildi
 

Fevralın 12-də Azərbaycan Müəllimlər İnstitutunda "Təhsilin əsasları" fənninin tədrisi üzrə müəllimlərin cəlb olunduğu treninqlərin ikinci mərhələsinin başa çatmasına dair  "dəyirmi masa" keçirildi.

Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Müəllimlər İnstitutunun  və onun filiallarının müəllimləri  iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan AMİ-nin rektoru,  professor Aqiyə Naxçıvanlı hazırda üç ali məktəbdə "Təhsilin əsasları" fənninin tədrisi ilə əlaqədar məlumat verdi və ali məktəblərdə bu fənni tədris edən müəllimlər üçün institutda  təşkil olunan treninqlərdən danışdı.

Təhsil naziri Misir Mərdanov  AMİ-də "Təhsilin əsasları"  fənninin  tədrisi ilə əlaqədar  keçirilən treninqlərin yüksək səviyyədə təşkilindən razı qaldığını qeyd etdi və  bu fənnin tədrisinə ayrılan saatlar barədə fikirlərini bildirdi. Müvafiq tədris vəsaitinin çapa hazırlanmasını məqbul hesab edən  nazir  Azərbaycan Müəllimlər İnstitutunda "Təhsilin əsasları" fənninin tədrisinə dair yeni bir mərkəzin yaradılması təklifini irəli sürdü və bu işlərin həyata keçirilməsində  maddi-texniki cəhətdən çətinliklər olarsa, Təhsil Nazirliyi tərəfindən kömək  göstəriləcəyini vurğuladı.

Misir Mərdanov müəllimlər tərəfindən "Təhsilin əsasları" fənninin  tədrisi metodikasına dair  məqalələrin hazırlanıb "Azərbaycan müəllimi" qəzetində  dərc  olunmasını da   tövsiyə etdi.

Tədbirdə "Təhsilin əsasları" fənnini tədris edən  müəllimlər müzakirə olunan məsələ ilə bağlı fikirlərini  bildirdilər. Qeyd etdilər ki, "Təhsilin əsasları" fənninin  tədrisi əvvəlki dərs prosesindən xeyli fərqlidir. Belə ki, bu  fənnin  interaktiv tədrisində dərs prosesinin idarə edilməsi hər bir müəllimin  özündən asılıdır.  

Sonda təhsil naziri Misir Mərdanov tərəfindən "Təhsilin əsasları" fənninin  tədrisinə dair təşkil olunmuş təlim kurslarının 2-ci  mərhələsini başa vurmuş müəllimlərə  sertifikatlar təqdim olundu. 

Şakir CƏFƏROV

 
  Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

 

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
19 Fevral 2010 - 07
Prezident İlham Əliyev Ağdaşda Habil Əliyev adına Musiqi Məktəbində olub
 

Ötənilki test sualları müəllimlər üçün də çətin oldu

 

Bu il 25 məktəbin inşası başa çatdırılacaq

 
Təlim kurslarının 2-ci mərhələsini başa vurmuş müəllimlərə sertifikatlar verildi
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Monitorinq və qiymətləndirmə şöbəsinin 5 illik fəaliyyəti ilə bağlı təqdimat dinlənildi
 
Mütəxəssislər tarix fənni üzrə test suallarının da mürəkkəb olduğunu bildirirlər
 
"Uğurlarıma görə müəllimlərimə borcluyam"
 
Dünya universitetlər: Kyoto Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov