Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

19 Fevral 2010 - 07

 
Mütəxəssislər tarix fənni üzrə test suallarının da mürəkkəb olduğunu bildirirlər
 

2009-2010-cu illər üçün III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarının sualları əvvəlki illərlə müqayisədə süni şəkildə, heç bir məntiqə əsaslanmadan çətinləşdirilmiş və mürəkkəbləşdirilmişdir. Nəticədə bu ixtisas qrupu üzrə ən hazırlıqlı abituriyentlər belə vaxt azlığı, çatışmazlığı ilə üzləşmiş, bir çox sualları cavablandırmağa imkan tapmamış və nəticədə aşağı bal toplamışlar. Bu hal özünü  tarix fənni üzrə daha qabarıq göstərmişdir. Fikrimizi faktlarla əsaslandıraq:

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1999-cu ildə təsdiq etdiyi tarix fənləri üzrə Dövlət Proqramında Azərbaycan tarixinin tədrisinə həftədə bütün siniflərə görə 11 saat, ümumi tarixə isə 6 saat vaxt ayrılmışdır. Bu nöqteyi-nəzərdən test sualları hazırlanarkən Azərbaycan tarixi ilə ümumi tarixdən proporsionallıq gözlənilməlidir. Yəni Azərbaycan tarixindən 15, ümumi tarixdən 9, Azərbaycan Konstitusiyasından 1 sual tərtib edilməklə variantlar müəyyənləşməlidir. ümumiləşmiş test sualları olduqda proporsiyada qismən dəyişiklik ola bilər. Ancaq əksər  halda Azərbaycan tarixindən olan sualların sayı heç vəchlə ümumi tarix suallarından az olmamalıdır. Nəzərə alınmalıdır ki, ümumi tarixdən orta məktəb kursunda heç bir imtahan, olimpiada keçirilmir, bunlar ancaq Azərbaycan tarixindən aparılır. çox təəssüf ki, 2009-cu ilin III qrup tarix fənninin A, C variantlarında Azərbaycan tarixi və ümumi tarixdən sualların sayı bərabər olmuş, B,D variantlarında Azərbaycan tarixindən sualların sayı ümumi tarixin suallarından az olmuşdur. Bu proporsionallığın ciddi surətdə pozulmasıdır. Onbirinci sinifdə ən yeni tarix həftədə 1 saat tədris olunur, Azərbaycan tarixi isə həftədə 2 saat keçilir. Təəccüb doğuran haldır ki, həftədə 1 saat keçilən tarixə 5 sual, həftədə 2 saat keçilən fənnə 4 sual ayrılır. Bütün bunlar Dövlət Proqramının, eləcə də TQDK-nın özünün qəbul etdiyi proqramın tələblərinin kobud surətdə pozulması deməkdir.

2. Müqayisə, təhlil və düşüncə tələb edən, məntiqi xarakterli, vaxtın çoxluğuna hesablanmış testlərin sayı 2008-ci ilə nisbətən 2009-cu ildə 2 dəfə artırılmışdır.Belə ki, 2008-ci ildə bu tipli test suallarının sayı 6-7 olmuşdursa, 2009-cu ildə onların sayı 12-yə çatdırılmışdır.A variantında 79, 83, 85, 86, 88, 89, 91, 92, 97, 98, 99, 100-cü testlər. Bunların 7-sinin ümumi tarixdən olması abituriyentlərin vaxt çatışmazlığı ilə üzləşməsinə səbəb olmuşdur.Bu vəziyyət B variantında 78, 81, 82, 84, 86, 87, 88, 89, 93, 94, 100-cü, C variantında 78, 81, 82, 83, 88, 89, 90, 91, 92,95, 99, 100-cü, D variantında 76, 79, 82, 84, 88, 90, 91, 93, 94, 97, 98-ci suallarda bir daha təkrar olmuşdur.

Bu tipli sualların cavablarını düzgün tapmaq üçün abituriyent hər bir suala ən azı 2-3 dəqiqə vaxt ayırmalıdır ki, bu da onun üçün ayrılmış ümumi vaxtın düzgün bölüşdürə bilməməsi ilə nəticələnir.

3. Xronoloji ardıcıllığı müəyyənləşdirməyi tələb edən test  sualları adətən hər bir variantda 2-3 ədəd olur. 2008-ci illə müqayisədə 2009-cu ildə bu səpgili testlərin sayında və çətinliyində artım olmuşdur. Belə ki, 2008-ci il variantlarında xronoloji ardıcıllığın birində 3 hadisə, ikincisində 4 hadisə verilmiş və onlar müxtəlif dövrləri əhatə etmişdir. 2009-cu ildəki variantlarda hər iki xronoloji ardıcıllığa 4 hadisə salınmış, eyni mövzuya aid olunmuşdur. Hətta A, B, C, D variantlarında (78, 79, 81, 97-ci testlər) xronoloji ardıcıllıqda ay fərqi, gün fərqi tələb edilmişdir ki, bu da ilk dəfə tətbiq edilir. Hər dörd variantda "Daha əvvəl olmuşdur" suallarının verilməsi ilə birdən-birə abituriyentdən bir testdə 5 suala cavab istənilməsi, özü də cavabların yaxınlıq dərəcəsinin sıxlığı  yenə də vaxt çatışmazlığına gətirib çıxarır.Bir mütəxəssis kimi vurğulamaq istəyirik ki, söhbət sualların ağırlığı, yüngüllüyündən getmir, söhbət vaxt azlığı, vaxt çatışmazlığında olur.

4. Xəritə ilə bağlı test suallarının qəbul imtahanlarına salınması təqdirəlayiqdir. Bu şərtlə ki, onlarda kartoqrafiya prinsiplərinə əməl olunsun. Məlumdur ki, son illər Təhsil Nazirliyi tərəfindən həyata keçirilən uğurlu dərslik siyasəti nəticəsində bütün tarix dərslikləri rəngli, nəfis tərtibatda nəşr olunur. Həmin dərsliklərdə mözularla bağlı çoxsaylı xəritələr verilmişdir. çox təəssüf ki, test tərtibçiləri həmin xəritələrə istinad etmək əvəzinə, hansısa mənbədən və yaxud Sovet dövründə nəşr olunmuş dərsliklərdən xəritələr götürüb, onlara əsaslanaraq test sualları tərtib edirlər. Xəritə müstəvi üzərində verilərkən adətən 3 proyeksiyadan istifadə edilməklə, rəngli və rəngsiz halda tərtib edilir. 2009-cu ilin qəbul imtahanı  variantlarında verilən xəritələrdə su sahələri qara, quru sahələr ağ fondda verilmişdir. Kontur xəritələrdə rəng verilmir. Həmçinin tərtib olunan xəritələr dərslikdəkilərlə üst-üstə düşmür, ölkələrin sərhədləri aydın nəzərə çarpmır. Rəqəm ilə birlikdə nöqtələrin qoyulması ümumiyyətlə xəritə anlayışına heç cür uyğun gəlmir. Nöqtələr adətən xəritələrdə şəhərləri bildirir, ölkələri yox. Rəqəm ilə qeyd edilməsi daha müvafiq olardı. A variantında eləcə də  D variantında (77 və 93-cü testlər) Krım yarımadasının xəritənin sağ (şərq) tərəfində gözəgəlimsiz şəkildə verilməsi abituriyent üçün problem yaradır.Həmin xəritələrdə çoxlu miqdarda nöqtələrin qoyulması da düzgün deyil.

5. Hər dörd variantda dərslikdə demək olar  diqqəti cəlb etməyən, dünya və Azərbaycan tarixində elə də böyük əhəmiyyətə malik olmayan, cəmi bir və 2 cümlə ilə ifadə edilən bir neçə test sualları verilmişdir. B variantında 99-cu sualda "ABŞ prezidenti H.Huverin hakimiyyəti dövrünün səciyyəvi cəhəti" soruşulur. Dərslikdə H.Huverə aid cəmi bir cümlə vardır.Səciyyəvi cəhət  dedikdə isə daha geniş məlumatların içərisindən daha mühümü müəyyən olunur.  Şübhəlidir,  sualın  qoyuluşu  nəyə  əsaslanıb  belə verilmişdir. Hansı ki, sualı daha sadə şəkildə vermək olardı.

6. 1992-ci ildən 2008-ci ilə qədər TQDK-nın keçirdiyi tələbə qəbulu imtahanlarının  suallarını təhlil edərək belə nəticəyə gəlirik ki, 2009-cu ilin III qrup tarix fənləri üzrə tərtib olunmuş suallar daha mürəkkəb, düşündürücü, çoxpilləli və vaxt aparan olmuşdur. Daha yaxşı olardı ki, testlər sadə, orta, mürəkkəblik dərəcəli olmaqla, abituriyentlər üçün daha anlaqlı suallardan tərtib olunsun. 

Babək XUBYAROV,
Bakıdakı 158 nömrəli  orta məktəbin
tarix müəllimi, əməkdar müəllim

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
19 Fevral 2010 - 07
Prezident İlham Əliyev Ağdaşda Habil Əliyev adına Musiqi Məktəbində olub
 

Ötənilki test sualları müəllimlər üçün də çətin oldu

 

Bu il 25 məktəbin inşası başa çatdırılacaq

 
Təlim kurslarının 2-ci mərhələsini başa vurmuş müəllimlərə sertifikatlar verildi
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Monitorinq və qiymətləndirmə şöbəsinin 5 illik fəaliyyəti ilə bağlı təqdimat dinlənildi
 
Mütəxəssislər tarix fənni üzrə test suallarının da mürəkkəb olduğunu bildirirlər
 
"Uğurlarıma görə müəllimlərimə borcluyam"
 
Dünya universitetlər: Kyoto Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov