Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

22 Oktyabr 2010 - �41

 

"Yüksələn təhsilimizin bayraqdarı - Azərbaycan məktəblisi"

Bookmark and Share

Oktyabrın 16-da Qafqaz Universitetində "Yüksələn təhsilimizin bayraqdarı - Azərbaycan məktəblisi" mövzusunda təhsil öncüllərinin mükafatlandırılması mərasimi keçirildi. Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, ombudsman Elmira Süleymanova, "Çağ" Öyrətim  İşlətmələri  İdarə Heyətinin sədri Ənvər Özərən, millət vəkilləri, Qafqaz Universitetinin professor-müəllim və tələbə heyətinin üzvləri, digər ali məktəblərdən nümayəndələr, valideynlər iştirak edirdilər.

Tədbir açıq elan olunduqdan sonra  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, türk xalqının böyük oğlu Mustafa Kamal Atatürkün, ötən dərs ili ərzində dünyasını dəyişmiş Qafqaz Universiteti müəllimlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi. Sonra "Çağ" Öyrətim Şirkəti təhsil müəssisələrinin uğurlarından bəhs edən qısametrajlı film nümayiş olundu.

Mərasimdə söz alan "Çağ" Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Ənvər Özərən rəhbərlik etdiyi şirkətin təhsil müəssisələrində oxuyan və yüksək uğurları ilə fərqlənən şagird və tələbələrin mükafatlandırılması üçün belə tədbirlərin keçirilməsinin artıq ənənə halını aldığını, hər il olduğu kimi, 2009-2010-cu tədris ilində və bu il ali məktəblərə keçirilən  qəbul imtahanlarında da türk liseyləri şagirdlərinin, "Araz" kursları müdavimlərinin böyük uğurlar qazandıqlarını qeyd etdi, mükafatlandırılacaq şagird və tələbələrə təbriklərini çatdırdı.

"Çağ" Öyrətim Şirkətinin ölkəmizdə 18 il öncə ulu öndər Heydər Əliyevin yaxından köməyi ilə fəaliyyətə başladığını deyən  Ənvər bəy şirkətin və ona tabe təhsil müəssisələrinin ötən müddət ərzində etimada həmişə sədaqət göstərdiklərini, ölkəmizdə təhsilin inkişafına, bilikli, vətənpərvər gənclərin, yüksəkixtisaslı mütəxəssislərin yetişməsinə xeyli töhfə verdiklərini qeyd etdi, dövlətimizin başçısı cənab Prezident İlham Əliyevin onların fəaliyyətinə böyük qiymət verdiyini, Təhsil Nazirliyindən daim fəal dəstək aldıqlarını vurğuladı.

Sonra mükafatlandırma başlandı. Qeyd olundu ki, 2009-2010-cu tədris ilində Azərbaycan-Türkiyə özəl liseylərinin yetirmələri beynəlxalq fənn və layihə olimpiadalarında 12-si qızıl, 20-si gümüş və 38-i bürünc olmaqla 70 medal qazanıblar. Türk liseyləri məzunlarının 98, "Araz" kursları müdavimlərinin isə 94 faizi bu il ali məktəblərə daxil olub. Bunlar ölkə üzrə ən yüksək göstəricilərdir. Liseylərin məzunlarının 61 nəfəri 600-dən yüksək bal toplamışdır. "Araz" kurslarının müdavimləri arasında isə 130-dan çoxu 600-dən yüksək, o cümlədən 5 nəfər 700 bal toplayan tələbə var. "Araz"  kurslarını bitirib yüksək ballarla ali məktəblərə qəbul olunanlardan 21 nəfəri Prezident təqaüdünə layiq görülmüşdür.

Şirkətin Qafqaz Universiteti də bu il yüksək uğurlara imza ataraq ölkəmizin özəl ali təhsil ocaqları arasında ən yüksək reytinqə malik ali təhsil müəssisəsi olub. Bu il ali məktəblərə qəbul imtahanlarında ölkə üzrə 700 bal toplamış 7 abituriyentdən 4-ü Qafqaz Universitetini seçmişdir. Universitetin bu il Prezident təqaüdünə layiq görülən tələbələrinin sayı 25, 600-dən yüksək bal toplayanlar isə 185 nəfərdir. Tələbələrin 285 nəfəri dövlət sifarişi ilə qəbul olunandır. Məlumat verildi ki, 700 bal toplayan tələbələr, dünya fənn və layihə olimpiadalarında qızıl medal alan şagirdlər 2000 manata qədər pul mükafatı, digər qaliblər və yüksək bal toplamış tələbələr isə qiymətli hədiyyələrlə mükafatlandırılıb.

700 bal toplayan tələbələrin oxuduqları orta məktəblərin direktorları, olimpiada qalibləri tələbə və şagirdlər, qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış tələbələr qrup-qrup səhnəyə dəvət olundu, mükafatlar təqdim edildi. Mükafatları qaliblərə təhsil naziri Misir Mərdanov, "Çağ" Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Ənvər Özərən, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti İdarə Heyətinin sədri, general-mayor Novruzəli Orucov, İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, millət vəkilləri Məcnun Şükürov, Cəmil Həsənli və b. təqdim etdilər. Mükafatları təqdim edənlər qısa təbrik çıxışlarında "Çağ" Öyrətim Şirkətinin, Azərbaycan-Türkiyə özəl liseylərinin, Qafqaz Universitetinin fəaliyyətini yüksək qiymətləndirib, Azərbaycan təhsilinə göstərdikləri xidmətə görə həmin qurumların rəhbərlərinə, professor-müəllim heyətinə təşəkkür etdilər, qaliblərə daha böyük uğurlar arzuladılar.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov zala toplaşanları salamlayıb belə yüksək səviyyəli tədbirə görə onun təşkilatçılarına minnətdarlığını bildirdi. Nazir ölkənin təhsil işçilərinin Azərbaycanda fəaliyyət göstərdiyi 20 il ərzində "Çağ" Öyrətim İşlətmələri Şirkətindən, onun təhsil müəssisəsindən çox şey öyrəndiklərini və bundan sonra da öyrənəcəklərini vurğuladı, Azərbaycan təhsilinə göstərdikləri köməyə görə onlara təşəkkür etdi. Gələn il 20 illiyini qeyd edəcəyimiz müstəqillik dövründə ölkəmizdə böyük uğurlar qazanıldığını deyən nazir bütün bunlara görə ümummilli lider Heydər Əliyevə borclu olduğumuzu, onun əsasını qoyduğu sabitlik, quruculuq siyasətinin hazırda dövlətimizin başçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədi. Nazir son 11 ildə "Çağ" Öyrətim Şirkətinə rəhbərlik edən Ənvər Özərənin fəaliyyətini də yüksək dəyərləndirib ona minnətdarlığını bildirdi, qalibləri, onların valideynlərini, müəllimlərini təbrik etdi.

Tədbirdə qaliblərlə xatirə şəkilləri çəkdirildi. 

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

22 Oktyabr 2010 - �41

Prezident İlham Əliyev Yevlax şəhərindəki 1 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib
 
Leyla Əliyeva əlaçı tələbələrə RAGT-ın mükafatlarını təqdim edib
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
Təhsil naziri 299 nömrəli məktəbin VMA üzvləri ilə görüşüb
 
"Yüksələn təhsilimizin bayraqdarı - Azərbaycan məktəblisi"
 
Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının Mərkəzi ofisinin açılışı
 
Təhsil naziri Azərbaycan Universitetində olub
 
Oktyabrın 21-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqadir Mansurla görüşüb
 
Azərbaycan Dövlət Neft Akademiyasında tələbələrin Beynəlxalq elmi-texniki konfransı başa çatıb
 
NDU-da yeni laboratoriya istifadəyə verilib
 
Qafqazşünaslığa qiymətli töhfə
 
Tədris planlarının hazırlanması metodologiyası mövzusunda təlim
 
"Rusiya Federasiyası üzrə ilk özəl ali məktəb lisenziyası alan bizim universitetdir"
 
Dinləyicilərə sertifikatlar təqdim olunub
 
"Gənclər və sağlam həyat tərzi"
 
Folklor İnstitutunun hədiyyəsi
 
Dövlət Müstəqilliyi Günü qeyd edilib
 
Treninqlərin təşkili davam edir
 
Cənubi Azərbaycan mövzusunda ədəbi əsərlərin interaktiv metodla tədrisi
 
Yaradıcı axtarışlara gedən yol
 
Daim axtarışda olan alim
 
Antroponimika sahəsində faydalı araşdırma
 
"Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres
 
Milli Qəhrəmanın təhsil aldığı məktəbdə görüş keçirilib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalçısı
 
Ağcabədi şahmatçıları fərqləniblər
 
Məktəblilərin idman uğurları
 
Qaliblər mükafatlandırıldı
 
Dünya universitetləri: Amsterdam Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov