Noyabrın 23-24-də Avropa Təhsil Fondunun
təşkilatçılığı ilə İtaliyanın Turin şəhərində
Avropa Təlim Fondunun İdarəetmə Şurasının iclası
keçirilib. İclasa Avropa Birliyinə üzv olan
ölkələrlə yanaşı, Avropa Qonşuluq Siyasəti üzrə
Müşahidəçi Şuraya üzv seçilmiş 3 ölkə -
Azərbaycan, Türkiyə və İordaniyanın
nümayəndələri də dəvət edilmişlər. Sevindirici
haldır ki, Avropa Təlim Fondunun Avropa
Qonşuluq Siyasəti üzrə Müşahidəçi Şurasına
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
Texniki peşə təhsili şöbəsinin müdiri Namiq
Məmmədov seçilib. Fondun proseduruna əsasən
müşahidəçi ölkə kimi qəbul olan üzvlər insan
resurslarının inkişafı üzrə təşəbbüslərlə bağlı
AQS ölkəsinin mövqeyini bildirməkdə və iş
proqramlarının hazırlanmasında məsləhətçi rolunu
oynayacaqlar.
Ş.CƏFƏROV |