Xəbər lenti

8 iyun, 13:17

Beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinalçıları bəlli olub

8 iyun, 07:40

Qadınlar üçün təhsildə liderliyə gedən yol: Gender bərabərsizliyi üzrə statistik nəticələr

7 iyun, 07:06

ATİAHİ 1000 nəfər təhsil işçisini sevindirdi

7 iyun, 07:06

Güclü cəmiyyətin təməli - Əsl ailə necə olmalıdır?

6 iyun, 07:06

Yüzlərlə uğur bir ünvanda: Sumqayıtın 27 nömrəli məktəbindən REPORTAJ    

5 iyun, 19:21

Ukraynalı şagird və müəllimlər Naxçıvana səfərə gəliblər

5 iyun, 19:14

“UFAZ Beynəlxalq Konfransı 2025: Kimya, Proseslər və Materiallar” uğurla başa çatıb

5 iyun, 19:01

ADNSU Əl-Məktum Ali Təhsil Kolleci ilə əməkdaşlıq edəcək

5 iyun, 14:53

3 nəfərin imtahan nəticəsi ləğv olunub

5 iyun, 14:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

5 iyun, 14:43

Buraxılış imtahanının nəticələri elan olunub 

5 iyun, 13:40

Qarabağ Universitetində maarifləndirmə aksiyası keçirilib

5 iyun, 13:32

Ayla Həsənova: Uşaqlar tək deyil, onları sevən müəllimlər, dövlət və cəmiyyət var

5 iyun, 13:30

Peşə təhsilində beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi gücləndirilir

5 iyun, 13:14

Yerli universitetlərə köçürülmək istəyənlərin NƏZƏRİNƏ!

5 iyun, 13:13

İmtahan zalının sükutu: “BilBacar” finalçılarının gərgin mübarizəsi

5 iyun, 12:47

Lütfi Zadə olimpiadasının final mərhələsinin nəticələri elan edilib

5 iyun, 12:36

Dünya çempionluğunda payı olan paytaxt müəllimi – VİDEO

5 iyun, 12:10

RFO qaliblərinin mükafatlandırılma mərasiminin tarixi dəyişdirilib

5 iyun, 11:46

“BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb

Pedaqoji yazılar

Daha çox göstər
Qadınlar üçün təhsildə liderliyə gedən yol: Gender bərabərsizliyi üzrə statistik nəticələr
8 iyun, 07:40

Qadınlar üçün təhsildə liderliyə gedən yol: Gender bərabərsizliyi üzrə statistik nəticələr

UNESCO tərəfindən "Qadınlar üçün təhsildə liderliyə gedən yol: Gender bərabərsizliyi üzrə statistik nəticələr" adlı hesabat hazırlanıb.“Azərbaycan müəllimi” xəbər verir ki, Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalı bülleteninin may sayında hesabatdan çıxarışlara yer verilib.Bu hesabat qadınların təhsil sistemlərində liderliyə çıxış imkanlarını, qarşılaşdıqları maneələri və qlobal miqyasda təmsilçiliyin nə dərəcədə ədalətli olduğunu araşdırır. Hesabatda vurğulanır ki, son onilliklərdə təhsildə gender bərabərliyi istiqamətində müəyyən irəliləyişlər əldə edilsə də, qadınların rəhbərlik səviyyəsində iştirak göstəriciləri hələ də əhəmiyyətli dərəcədə aşağıdır. Bu həm təhsilin keyfiyyəti, həm də cəmiyyətin ümumi inkişafı baxımından strateji bir boşluq yaradır. İştirak səviyyəsində qlobal miqyasda müəyyən müsbət dəyişikliklər müşahidə olunsa da, bu dəyişikliklər bölgələrə və təhsil pillələrinə görə fərqlənir. Məsələn, ibtidai təhsildə gender paritetinə nail olunub və qızların iştirak nisbəti bəzi regionlarda oğlanları da üstələyir. Sub-Saxara Afrikada 2015-ci ildən 2023-cü ilə qədər hər 100 oğlanla nisbətdə ibtidai məktəbi bitirən qızların sayı 105-dən 108-ə yüksəlib. Eyni zamanda, Mərkəzi və Cənubi Asiyada qızların orta təhsili başa vurma göstəricisi sürətlə artaraq gender paritetinə yaxınlaşıb. Bununla belə, bəzi regionlarda, xüsusilə Latın Amerikası və Karib hövzəsində, oğlanlar daha çox məktəbdən, təhsildən kənarda qalır və bu tendensiya son illərdə daha da güclənib. Gender fərqləri təkcə iştirak səviyyəsində deyil, həm də öyrənmə nəticələrində də aydın şəkildə özünü göstərir. PISA 2022 məlumatlarına əsasən, oxu bacarıqlarında oğlanlar geri qalır: hər 100 qızla nisbətdə yalnız 87 oğlan minimal səviyyəyə çatır. Riyaziyyat və elm sahəsində isə uzun müddət davam edən gender bərabərliyi pandemiyadan sonra pozulub. Belə ki, 2023-cü il TIMSS nəticələri göstərir ki, Yeni Zelandiya, Çili, İngiltərə və Braziliya kimi ölkələrdə qızların riyaziyyat bacarıqları ciddi şəkildə azalıb. Yeni Zelandiyada 8-ci sinifdə təhsil alan oğlanların 59%-i, qızların isə yalnız 48%-i minimum bilik, bacarıq səviyyəsinə çatıb. Çilidə bu nisbət oğlanların 28%-i, qızların 19%-i, İngiltərədə oğlanların 75%-i, qızların 67%-i, İtaliyada isə oğlanların 65%-, qızların 57%-i minimum səviyyəyə çatıb. Braziliyada isə hər 100 oğlanla nisbətdə yalnız 63 qız minimum səviyyəyə çatır. Bu vəziyyət bir daha göstərir ki, qlobal şoklar və böhranlar təhsildəki mövcud bərabərsizlikləri daha da dərinləşdirə bilir və genderə əsaslanan yanaşmalar daha vacib olur.Hesabatda Ali və peşə təhsili sahəsində isə daha mürəkkəb bir göstərici yer alır. Belə ki, əksər yüksək gəlirli ölkələrdə qadınlar universitet təhsilində kişiləri üstələyir. Məsələn, Bəhreyndə hər 100 oğlan tələbəyə ilə nisbətdə 140 qadın tələbə var. Eyni zamanda, texniki və peşə təhsili sahəsində bu tendensiya əksinədir: kişilərin üstünlüyü müşahidə olunur. Bu sahələr daha çox kişilərlə assosiasiya olunan peşələrlə əlaqələndirildiyi üçün qadınların marağını azaldır. Digər tərəfdən qeyri-formal və formal təhsildə qadınların iştirak nisbəti azgəlirli ölkələrdə kişilərdən geri qalır. Bu fərqlər bir daha göstərir ki, gender bərabərliyi sahəsində real irəliləyiş üçün iştirak göstəriciləri ilə yanaşı, sosial və iqtisadi şərtlər də nəzərə alınmalıdır. Təhsil sistemlərində rəhbərlik və idarəetmə vəzifələri cəmiyyətlərin inkişafı və təhsilin keyfıyyətinin artırılması baxımından strateji əhəmiyyət daşıyır. Buna baxmayaraq, UNESCO-nun 2025-ci il "Qlobal təhsil monitorinqi" hesabatı göstərir ki, qadınlar dünya üzrə təhsilverənlərin əksəriyyətini təşkil etsə də, liderlik və idarəetmə mövqelərində hələ də ciddi şəkildə az təmsil olunurlar. Bu vəziyyət təhsildə gender bərabərliyinə maneə olmaqla yanaşı, təhsil sistemlərinin perspektivlərini daraldır.Məlumata görə, 2023-cü ildə dünya üzrə müəllim heyətində qadınların payı məktəb pillələrinə görə belə dəyişir: məktəbəqədər təhsildə 93%, ibtidai təhsildə 68%, ümumi orta təhsildə 59% və tam orta təhsildə 52%. Lakin bu rəqəmlər rəhbərlik vəzifələrinə gəldikdə kəskin şəkildə azalır. Məsələn, 70 ölkədə aparılmış tədqiqatlar göstərir ki, qadın direktorların sayı qadın müəllimlərin sayından orta hesabla 20% azdır. Bəzi ölkələrdə bu fərq daha da dərinləşir. Butan, Yaponiya, Koreya Respublikası, Cənubi Afrika, Türkiyə vә Vyetnamda qadın rəhbərlərin sayı qadın müəllimlərlə müqayisədə 30 %-dən daha aşağıdır. Bu qadınların yüksəlmə yollarında sistematik maneələrin mövcud olduğunu təsdiqləyir. Rəhbərlikdə gender fərqləri xüsusilə orta və ali təhsil pillələrində daha qabarıq şəkildə görünür. Ali təhsil müəssisələrində akademik heyətin 45%-i qadın olsa da, rəhbərlik mövqelərində bu göstərici cəmi 30%-dir. Daha çox problemli olanı isə bəzi ölkələrdə ümumiyyətlə qadın universitet rəhbərlərinin olmamasıdır. 2018-ci il məlumatına əsasən, Bəhreyn, Küveyt, Liviya, Qətər və Yəmən ali təhsil rəhbərliyində heç bir qadın universitet rektoruna malik deyildi. Banqladeşdə 46 dövlət universitetindən yalnız 1-də qadın rektor vəzifəsini tuturdu. İbtidai təhsildə qadın rəhbərlərin qıtlığı xüsusilə frankofon Afrika ölkələrində daha kəskindir.2019-cu il PASEC məlumatına əsasən, 14 belə ölkədə ibtidai məktəb direktorlarının yalnız 16%-i qadınlar idi. Bu göstərici Qvineyada 10%, Burkina Fasoda isə 11% olmuşdur. Eyni dövrdə Kamboca, Laos Xalq Demokratik Respublikası və Malayziyada 5-ci sinif şagirdlərinin yalnız 18%, 25% və 41%-і qadın direktorların rəhbərlik etdiyi məktəblərdə oxuyurdu. Əksinə, Mərkəzi və Şərqi Avropa ölkələrində, Latın Amerikasında qadın rəhbərlərin payı daha yüksəkdir və bəzi hallarda kişilərdən çoxdur. Bu da göstərir ki, sosial norma və siyasətlərin rolu təmsilçiliyin səviyyəsinə birbaşa təsir edir. Qeyd olunan gender bərabərsizliyi yalnız aşağı və orta gəlirli ölkələrlə məhdudlaşmır, əksinə, yüksək gəlirli ölkələrdə də struktur səviyyəsində qadınların rəhbərliyə çıxışı məhduddur. Avropa ölkələrində ali təhsil müəssisələrinin rəhbərliyində qadınların iştirakı hələ də çox aşağıdır. 2022-ci il üzrə Avropa Universitetlər Assosiasiyasının məlumatına görə Avropada universitet rektorlarının yalnız hər beş nəfərindən biri, prorektorların isə üç nəfərindən biri qadındır. Halbuki 2014–2022-ci illər arasında qadın rektorların sayı 73% artsa da bu göstərici hələ də sistematik gender boşluğunu aradan qaldırmaq üçün kifayət deyil.Daha ətraflı baxdıqda doktorantura dərəcəsi verən universitetlərdə qadın rəhbərlərin payı daha da az olaraq yalnız 22%-dir. Ümumiyyətlə, Avropada ali təhsil institutlarının rəhbərlərinin 1/3 azı qadındır. Belçika, Xorvatiya, Çexiya, Yunanıstan, Macarıstan, İtaliya, Portuqaliya və Slovakiyada 2022-ci ildə universitet rəhbərlərinin 1/5 azı qadın idi. Daha da narahatedici olan fakt isə Kipr və Estoniyada həmin il qadın universitet rəhbərinin ümumiyyətlə olmamasıdır.Qadınlar yalnız idarəetmə strukturlarında deyil, eyni zamanda, elmi və strateji qərarvermə orqanlarında da az təmsil olunurlar. Ali təhsil və tədqiqat qurumlarının elmi, inzibati, məsləhət şuralarında qadınların təmsilçiliyi cəmi 38%-dir. Bu isə qadınların elmi siyasətə və gender yönümlü tədqiqat gündəminə təsir imkanlarını məhdudlaşdırır. Akademik karyera pilləsində də qadınlar yüksək mövqelərə çatmaqda çətinlik çəkirlər. Avropa Komissiyasının 2025-ci il məlumatına əsasən, "Grade A" (ən yüksək) akademik vəzifələrin yalnız 30%-i qadınlara aiddir. Bu göstərici texnologiya və mühəndislik sahəsində isə daha da aşağı olaraq cəmi 19%-dir. Beləliklə, hətta gender bərabərliyinə daha çox önəm verildiyi hesab edilən ölkələrdə belə qadınların ali təhsildə liderliyə gedən yolları sistematik şəkildə məhdudlaşdırılır. Bundan əlavə, 191 ölkədə 1990-2020-ci illər arasında aparılan təhlil göstərir ki, parlamentdə qadınların payı artdıqca təhsildə gender bərabərliyi indeksləri də yaxşılaşıb. Yəni, qadınların siyasi qərarvermədə iştirakı təhsildə gender bərabərliyinin artmasına birbaşa təsir edir.ABŞ-də də vəziyyət oxşardır: 2022-ci ildə universitet və kollec prezidentlərinin 1/3 azı qadın idi (1986-CI ildə bu göstərici 10%-dən az idi). Habelə universitetlərin 40%-də heç vaxt qadın prezident olmayıb. Prorektorların 25%-i, dekanların isə 27%-i qadındır. STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) sahələrində qadınlar rəhbər vəzifələrdə və professorluqda azlıq təşkil edir. Belə ki, riyaziyyat kafedralarının 25%-i, kimya kafedralarının 29%-i, biologiya kafedralarının 27%-i və fızika kafedralarının cəmi 10%-i qadındır.Asiyada da ali təhsil rəhbərliyində qadınların payı çox aşağıdır. Məsələn, Honq Konqda səkkiz dövlət universitetində rəhbər vəzifələrin (fakültə dekanı, şöbə müdiri və s.) 1/4 azı qadındır. Qadınlar əsasən aşağı səviyyəli rəhbər vəzifələrdədir. Qadın professorların payı 11%, tam professorlar isə 25%-dən azıdır.Liderlik çox vaxt kişi xüsusiyyəti kimi təqdim olunur və bu qadınların özlərini lider kimi görməsinə, dəstək almalarına əngəl olur. Məsələn, Fransada aparılan bir araşdırma göstərmişdir ki, qadın alimlərin 1 saatlıq təqdimatı qızların STEM sahəsinə yönəlməsini 3,4% artırıb. Digər tərəfdən ABŞ-da rəhbər seçim panellərində qadınların çoxluq təşkil etdiyi rayonlarda qadın rəhbərlərin təyin olunma ehtimalı əhəmiyyətli dərəcədə yüksək olub. Bu struktur səviyyəsində tətbiq edilən siyasətlərin real fərq yarada biləcəyini sübut edir.2018-ci il üzrə Beynəlxalq Müəllimlik və Öyrənmə Sorğusunun (TALIS) nəticələrinə əsasən, qadın məktəb direktorları daha çox pedaqoji fəaliyyətlərə, kurikulumun inkişafına və valideyn-şagird əlaqələrinə zaman ayırırlar. Kişilər isə daha çox nizam-intizam və inzibati idarəetmə məsələlərinə fokuslanırlar.Bu tədqiqat, eyni zamanda, qadın rəhbərlərin məktəbdə əməkdaşlıq mədəniyyətini daha güclü şəkildə təşviq etdiyini göstərib. Qadın rəhbərlərin 36%-i, kişi rəhbərlərin isə 28%-i əməkdaşlığa əsaslanan məktəb mədəniyyətini çox vacib hesab etdiklərini bildiriblər. Qadınların tətbiq etdiyi transformasiya yönümlü rəhbərlik yanaşmaları təhsil nəticələrinə də müsbət təsir göstərir. Qadın rəhbərliyinin üstün olduğu məktəblərdə müəllimlərin işə davamiyyəti artır, müəllim-müəllim, müəllim-şagird münasibətləri daha stabil və səmərəli olur. Məsələn, Benin, Kamerun, Madaqaskar, Seneqal və Toqoda qadın rəhbərlikdə olan məktəblərdə müəllimlərin işə gəlməmə halları azalıb. Bu, əməkdaşlığa əsaslanan yanaşmanın praktiki nəticələr verdiyini təsdiqləyir. Qadınların təhsil rəhbərliyində – istər məktəb, ali təhsil, istərsə də idarəetmə və siyasi səviyyələrdə – kifayət qədər təmsil olunmaması sistemin böyük potensial itkisinə səbəb olur. Bu sahədə gender bərabərsizliyi yalnız fərdi bacarıq çatışmazlığı ilə deyil, əsasən, sosial normalar, institusional baryerlər və dəstək imkanlarının azlığı ilə bağlıdır.1. Sosial və mədəni normalar: Stereotiplər və gözləntilər Qadınların liderliyə çıxışını məhdudlaşdıran başlıca faktorlar sırasında gender stereotipləri və cinsə əsaslanan ictimai gözləntilər dayanır. Rəhbərlik çox vaxt "kişiyə məxsus" xüsusiyyət kimi qəbul edilir. Bu isə qadınların qərarvermə qabiliyyətini, liderlik legitimliyini və ictimai etimadını şübhə altına alır. Pakistan, Səudiyyə Ərəbistanı, Zimbabve, Efiopiya, Melaneziya kimi ölkələrdə aparılan tədqiqatlar göstərir ki, qadınlar bu sahədə ictimai və dini çərçivələrin ciddi təzyiqi altındadır. Cəmiyyət qadınlardan qayğıkeş və itaətkar olmağı gözlədiyi üçün onların özlərini lider kimi tanıması belə çətinləşir. Məsələn, ABŞ-da aparılmış araşdırmada göstərilir ki, qadınlar kişilərdən iki dəfə çox vakansiya tələblərinə tam cavab verməyə çalışsa da, özlərini uyğun namizəd hesab etmə ehtimalları 22% daha azdır.2. İnstitusional və struktur maneələr Qadınlar rəhbər vəzifələrə kişilərlə müqayisədə daha gec təyin olunur və daha uzun müddət orta vəzifələrdə qalırlar. Məsələn, Birləşmiş Krallıqda bir qadının direktor olma ehtimalı 14 nəfərdən 1, kişinin isə 6 nəfərdən 1-dir. ABŞ-də qadınlar direktor olmamışdan öncə 5-6 il köməkçi direktor kimi fəaliyyət göstərdikləri halda, kişilər üçün bu göstərici 4-9 ildir. Çili, Avstraliya, Banqladeş, Cənubi Asiya və Frankofon Afrikada da oxşar nümunələr müşahidə olunur. Qadınlar daha çox pedaqoji vəzifələrdə yükləndikləri halda rəhbərlik üçün vacib sayılan inzibati təcrübə və şəbəkəyə çıxış kişilərdə üstünlük təşkil edir.3. İnkişaf və mentorluq imkanlarının azlığı Qadınların rəhbərlik yolunda qarşılaşdığı ən ciddi baryerlərdən biri strukturlaşdırılmış mentorluq və liderlik təlimlərinin çatışmazlığıdır. Məsələn, Cənubi Afrikada yeni təyin olunmuş qadın məktəb rəhbərləri diskriminasiya, tabeçiliyin pozulması və sabotaj halları ilə qarşılaşdıqlarını bildiriblər. Eyni zamanda, Vyetnam və Türkiyədə ailə öhdəlikləri, qeyri-rəsmi şəbəkələrə çıxış məhdudiyyəti qadınların karyera irəliləyişini ləngidir. Mentorların və təlimatçıların əksəriyyətinin kişi olması da qadınların təşkilati dinamikaları anlamasını çətinləşdirir. Avstraliya, ABŞ və İrlandiyada aparılmış tədqiqatlar göstərir ki, mentorluğu qadınlardan alan qadınlar daha tez yüksəlir, çətin vəzifələri qəbul etməyə açıq olur və yüksək maaşlı vəzifələr əldə edirlər.4. Emosional yüklənmə və peşə sağlamlığı Araşdırmalar göstərir ki, rəhbərliyə yeni gələn qadınlar daha çox emosional tükənmə (burnout), stres və təzyiqlərlə qarşılaşır. Məsələn, Avstraliyada 10 illik araşdırmaya görə, hər 3 qadın məktəb rəhbərindən biri daimi stres yaşayır. İrlandiya və Böyük Britaniyada qadın rəhbərlər kişi həmkarlarına nisbətən daha çox zorakılığa, təhdidə və tənqidə məruz qalırlar. Bu hallar onların liderlik motivasiyasını zəiflədir və sistemdən tez uzaqlaşmalarına səbəb ola bilər.5. Tətbiq edilən strategiyalar və çıxış yolları Bəzi ölkələr bu vəziyyəti dəyişmək üçün kvota siyasətləri, gender bərabərliyin təşviqi proqramları, təlim və mentorluq şəbəkələri tətbiq edirlər. Efiopiya, Toqo və Cənubi Afrika kimi ölkələr qadın direktorların sayını artırmaq üçün hədəflər və təlim proqramları hazırlayıblar. Yeni Zelandiyada gender qərəzlərini tanımaq və idarəetmədə inklüziv yanaşmanı təşviq etmək üçün sistemli təlim proqramları tətbiq olunur.ABŞ və İrlandiyada qadın liderlər üçün peşəkar şəbəkələr qurulub mentorluq dəstəyi verilir və qadınları idarəetməyə təşviq edən tədbirlər təşkil olunur.Tövsiyələr və gələcəyə baxış UNESCO hesabatı nəticə olaraq vurğulayır ki, qadınların təhsil rəhbərliyində daha geniş təmsil olunması üçün fərdi özünəinam, institusional şəffaflıq və ictimai qəbulu təşviq edən siyasətlər zəruridir. Qadınlar üçün rəhbərlik bacarıqlarını inkişaf etdirən təlimlər, mentorluq imkanları və ailəyə uyğunlaşdırılmış idarəetmə modelləri onların potensialını reallaşdırmaq üçün əsas mexanizmlərdir. Eyni zamanda, stereotipləri dəyişən ictimai kampaniyalar, görünən qadın lider rolları və gender müxtəlifliyini təmin edən qərarverici strukturlar da bu sahədə mühüm rol oynayır.Mənbə: UNESCO. (2025). Global education monitoring report: Gender report - Women lead for learning. United Nations Educational, Scientific and Cultural Organization (UNESCO). https://bit.ly/2025genderreport

Rəqəmsal Qonaq - dövlət və özəl sektortda layihə təcrübəsi | SmartNation

Yüklənir

Rəqəmsal Qonaq - dövlət və özəl sektortda layihə təcrübəsi | SmartNation

Rəqəmsal Qonaq - dövlət və özəl sektortda layihə təcrübəsi | SmartNation “Rəqəmsal Qonaq” podkastının yeni buraxılışında ...

5 iyun, 15:30
BilBacar müsabiqəsinin final mərhələsi baş tutdu

Yüklənir

BilBacar müsabiqəsinin final mərhələsi baş tutdu

BilBacar müsabiqəsinin final mərhələsi baş tutdu. Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə ...

5 iyun, 15:00
Günel Əkbərlə podkast: “Səssiz problemlər – nitqdə ana və müəllimin rolu”

Yüklənir

Günel Əkbərlə podkast: “Səssiz problemlər – nitqdə ana və müəllimin rolu”

Günel Əkbərlə podkast: “Səssiz problemlər – nitqdə ana və müəllimin rolu” Bu dəfəki verilişimizdə Azərbaycan Dövlət Pedaqoji ...

5 iyun, 14:30
Günel Əkbərlə podkast: “Səssiz problemlər – nitqdə ana və müəllimin rolu”

Yüklənir

Günel Əkbərlə podkast: “Səssiz problemlər – nitqdə ana və müəllimin rolu”

Günel Əkbərlə podkast: “Səssiz problemlər – nitqdə ana və müəllimin rolu” Bu dəfəki verilişimizdə Azərbaycan Dövlət Pedaqoji ...

5 iyun, 14:30

Qəzetin PDF arxivi

Daha çox göstər
31 may 2025-ci il, №19 (9125)
2 iyun, 06:34

31 may 2025-ci il, №19 (9125)

24 may 2025-ci il, №18 (9124)
26 may, 06:29

24 may 2025-ci il, №18 (9124)

17 may 2025-ci il, №17 (9123)
19 may, 06:18

17 may 2025-ci il, №17 (9123)

9 may 2025-ci il, №16 (9122)
12 may, 06:07

9 may 2025-ci il, №16 (9122)

3 may 2025-ci il, №15 (9121)
5 may, 06:12

3 may 2025-ci il, №15 (9121)

26 aprel 2025-ci il, №14 (9120)
28 aprel, 06:19

26 aprel 2025-ci il, №14 (9120)

19 aprel 2025-ci il, №13 (9119)
21 aprel, 06:49

19 aprel 2025-ci il, №13 (9119)

12 aprel 2025-ci il, №12 (9118)
14 aprel, 06:11

12 aprel 2025-ci il, №12 (9118)

05 aprel 2025-ci il, №11 (9116)
7 aprel, 06:22

05 aprel 2025-ci il, №11 (9116)

15 mart 2025-ci il, №10 (9116)
17 mart, 06:14

15 mart 2025-ci il, №10 (9116)

08 mart 2025-ci il, №09 (9115)
10 mart, 05:50

08 mart 2025-ci il, №09 (9115)

01 mart 2025-ci il, №08 (9114)
3 mart, 08:09

01 mart 2025-ci il, №08 (9114)

22 fevral 2025-ci il, №07 (9113)
24 fevral, 06:31

22 fevral 2025-ci il, №07 (9113)

15 fevral 2025-ci il, №06 (9112)
17 fevral, 05:41

15 fevral 2025-ci il, №06 (9112)

08 fevral 2025-ci il, №05 (9111)
10 fevral, 05:57

08 fevral 2025-ci il, №05 (9111)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.