Bütün xəbərlər
6 sentyabr, 19:33

Sentyabrın 5-də Şəki şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, ‎Şəki Dövlət Dram Teatrında keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Milli Məclisin deputatı Vüqar İsgəndərov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, ‎ ETİHİ-nin Respublika Komitəsinin sədr müavini Turana Kərimova, məktəbi müxtəlif illərdə bitirmiş məzunlar, müəllimlər, şəhid ailələrinin üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

‎‎Əvvəlcə qonaqlar məktəbin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

‎‎Yubiley tədbiri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin və dünyadan köçmüş müəllimlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

‎‎Məktəbin direktoru Ədalət Sədiyeva çıxış edərək 100 ildir ki, fəaliyyət göstərən təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan söhbət açıb. 

Sonra məktəbin yubileyi ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.

‎‎Şəki Şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov çıxış edərək Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə təhsilin inkişafına böyük diqqət və qayğının göstərildiyini vurğulayıb, Şəkidə təhsil sahəsində özünəməxsus yeri olan şəhər 11 nömrəli tam orta məktəbin illər boyu yetişdirdiyi istedadlı şagirdləri, fədakar müəllimləri və ardıcıl uğurları ilə diqqət mərkəzində olduğunu bildirib, məktəb kollektivini 100 illik yubiley münasibətilə təbrik edib, kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb.

‎‎Tədbirdə çıxış edən Milli Məclisin deputatı Vüqar İsgəndərov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova və digər qonaqlar son illər respublikada aparılan təhsil islahatlarından söz açıblar, məktəbin tədris nailiyyətlərinin son illərdə xüsusilə artdığını diqqətə çatdırıblar, tədris ocağının kollektivini yubiley münasibəti ilə təbrik ediblər.

‎‎Yubiley tədbiri şagird və müəllimlərin ifasında maraqlı konsert proqramı, ədəbi-bədii kompozisiyalarla davam edib.

‎‎Sonda gənc nəslin təlim-tərbiyəsi sahəsində uzun illər səmərəli pedaqoji fəaliyyətinə görə bir qrup müəllimə, həmçinin təhsildə fərqlənən şagirdlərə Şəki Şəhər İcra Hakimiyyətinin və Regional Təhsil İdarəsinin fəxri fərman və hədiyyələri təqdim olunub.

1 /8

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.