Bütün xəbərlər
26 avqust, 16:08

Novruz Əliyev ali təhsil müəssisələrinə qəbul imtahanlarında uğurlu nəticə göstərən gənclərimizdən biridir. Bir neçə xarici universitetdən qəbul alan abituriyent təhsilini Türkiyədə davam etdirmək niyyətindədir: “Bir neçə universitetdə təqaüdlə təhsil almaq imkanı əldə etmişəm. Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar Baş İdarəsi (YTB) ilə Bursa Uludağ Universitetində “Komputer elmləri”, Qaradəniz Texniki Universitetində “Süni intellekt və məlumat mühəndisliyi”, Muğla Sıtkı Koçman  Universitetində “Proqram yazılımı” ixtisasına qəbul olmuşam. Artıq seçimimi etmişəm. Karadeniz Texniki Universitetində oxuyacağam. “Süni intellekt və məlumat mühəndisliyi” ixtisası günümüz üçün çox aktual ixtisaslardandır və düşünürəm ki, bu ixtisas üzrə kadrlara ölkəmizdə ehtiyac var”.

 

Oxuduğu müddətdə məktəbinin qüruru oldu

Novruz Əliyev XI sinif buraxılış imtahanında 272.9 bal toplayaraq Ağstafa şəhəri Asif Abdullayev adına 2 nömrəli tam orta məktəbi fərqlənmə ilə bitirib: “IX sinif buraxılış imtahanlarında da 266.9 bal toplamışdım və bu nəticə məktəbimiz üzrə ən yüksək göstərici idi”.

Novruz Əliyevin bir neçə universitetə qəbul olunması təsadüfi deyil. Onun hər uğurunun arxasında böyük zəhmət dayanır. Tam orta təhsil dövründə sadəcə dərs proqramlarını öyrənib, qətiyyətli bir şəkildə olimpiadalara da qatılıb. Riyaziyyat üzrə Respublika fənn olimpiadasında finala qədər yüksəlib: “Olimpiadalarda iştirak dünyagörüşümə, müstəqil fikir yürütmə bacarığıma, məntiqi təfəkkürümün inkişafına çox kömək etdi. Hətta yer tuta bilmədiyim yarışlardan belə nəsə qazanırdım”. 

Ən böyük qazancı beynəlxalq yarışlarda iştirak haqqıdır

Beləliklə, ölkə və beynəlxalq əhəmiyyətli bir çox yarışlarda uğur qazanıb. 

Novruz sadəcə akademik göstəriciləri, məktəbdə davamiyyəti, nümunəvi davranışı ilə yox, fəallığı, sağlam həyat tərzi, idmana marağı ilə də seçilib və qiymətləndirilib: “Məktəb illərində karate ilə də məşğul olmuşam. İdmanı çox sevirəm. Son bir neçə ildə idmanda fəallığım azalsa da, həyatımdan çıxartmaq fikrim yoxdur”. 

Hədəfi Azərbaycanda süni intellektin inkişafına töhfə verməkdir

Gələcəyini süni intellektlə bağlamaq istəyən Novruz Əliyevin iddiası da arzuları qədər böyükdür: “Təbii ki, gələcəkdə bu ixtisas üzrə öz vətənimə və millətimə xidmət edəcəyəm. Bu ixtisasın Azərbaycanda inkişafına çalışacağam”.

1 /3

Şərhlər

Xəbər lenti

19 sentyabr, 09:49

Səs yazısı yayılan direktorla bağlı araşdırmalara başlanılıb – AÇIQLAMA

19 sentyabr, 09:46

Qəbul imtahanında 600 və daha yüksək bal toplayan gənclərin NƏZƏRİNƏ!

19 sentyabr, 09:37

AzMİU-nun yeməkxanalarına növbəti baxış keçirilib

19 sentyabr, 09:37

Ən çox vakant direktor yeri bu məktəblərdədir

19 sentyabr, 09:21

SDU nümunəsində ali məktəblərin innovasiya mərkəzinə çevrilməsi mövzusunda tədbir keçirilib – FOTO

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.