Bütün xəbərlər
28 iyul, 16:58

Son illər sosial şəbəkə və müxtəlif platformalarda bəzi şirkətlərin abituriyentləri yalnız attestatla universitetlərə qəbul olunmağa təşviq etməsi diqqət çəkir. Bu cür elanlar valideynlər və gənclər arasında həm maraq, həm də suallar doğurur. Attestatla qəbulun hansı nəticələrə gətirib çıxara biləcəyi, diplomların tanınması və gələcəkdə əmək bazarında rəqabət qabiliyyətinə necə təsir göstərəcəyi kimi məsələlər müzakirə olunur.

Təhsil Keyfiyyətinin Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin rəhbəri Tural Əhmədov hələ bir müddət əvvəl “Azərbaycan müəllimi”nə müsahibəsində bildirmişdi ki, kommersiya maraqları güdən bəzi şirkətlər vətəndaşları yanlış istiqamətləndirir və sonradan diplom tanınması ilə bağlı hüquqi çətinliklər yaranır. T. Əhmədov vurğulayıb ki, bu səbəbdən vətəndaşların nüfuzlu və akkreditasiya olunmuş ali təhsil müəssisələrinə üstünlük verməsi, əlavə imtahan və ya dəyərləndirmə olmadan qəbul edən universitetlərə qarşı diqqətli yanaşması vacibdir.

Attestatla qəbul normaldırmı?

Ümumiyyətlə, yalnız attestatla ali məktəbə qəbul normaldırmı? Bu, gələcəkdə diplomun tanınması və əmək bazarında rəqabətə davamlılıq baxımından problemlər yarada bilərmi?

Məsələ ilə bağlı təhsil eksperti Ramin Nurəliyev “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, bəzi şirkətlərin abituriyentləri attestatla xarici ali təhsil müəssisələrinə qəbul etməsi tamamilə qanunidir: “Çünki hər bir dövlətin təhsil haqqında qanunvericiliyi xarici tələbələrin attestat və ya xüsusi şəhadətnamə ilə qəbuluna imkan verir. Azərbaycanda da xarici vətəndaşların universitetlərə attestatla qəbulu qanuni əsaslarla həyata keçirilir. Həm Azərbaycan vətəndaşları xarici ali məktəblərə, həm də xarici vətəndaşlar Azərbaycan universitetlərinə attestatla qəbul ola bilirlər. Bu baxımdan hər hansı qanun pozuntusu yoxdur. Əsas problem bəzi xaricdə təhsil şirkətlərinin valideyn və abituriyentləri aldadaraq ya bilərəkdən, ya da bilməyərəkdən  yanlış istiqamətləndirməsindədir. Elm və Təhsil Nazirliyi, eləcə də Təhsilin Keyfiyyətinin Təminatı Agentliyinin rəsmi nümayəndələri bu barədə dəfələrlə açıqlama veriblər. Bildirilib ki, bəzi ali məktəblərə attestatla qəbul olunanların diplomlarının tanınmasında ciddi problemlər meydana çıxır”.

O bildirib ki, Azərbaycan dövləti bu sahədə müəyyən prinsiplər elan edib. Məsələn, ölkədə distant təhsil forması qanuni şəkildə nəzərdə tutulmadığı üçün xaricdə distant formada təhsil alan tələbələrin diplomları Azərbaycanda tanınmır:

“Xüsusilə Ukrayna universitetlərinə attestatla qəbul olub distant təhsil alanların diplomları qəbul edilmir. Çünki Azərbaycanda distant təhsilin ekvivalent sistemi yoxdur. Rəsmi qurumlar bu məsələni açıq şəkildə bəyan ediblər. Təəssüf ki, bəzi şirkətlər və valideynlər bu xəbərdarlıqları nəzərə almırlar. Valideynlər çox vaxt övladlarını hərbi xidmətdən yayındırmaq və ya vaxt qazanmaq məqsədilə xaricə göndərirlər. Lakin nəticədə həmin diplomlar tanınmır və sadəcə kağız parçasına çevrilir. Bu səbəbdən valideynlərə tövsiyə olunur ki, Təhsilin Keyfiyyətinin Təminatı Agentliyinin saytında diplomu tanınmayan universitetlərin siyahısı ilə tanış olsunlar. Əgər tələbə, məsələn, Ukraynada rəsmi qeydiyyatla yaşayır, təhsil müddətinin yarısından çoxunu həmin ölkədə keçirir və əyani formada oxuyursa, onun diplomunun tanınması mümkündür. Yox əgər bu şərtlərə əməl olunmursa, diplom tanınmayacaq”.

Qəbul və təhsil formaları

R. Nurəliyevin sözlərinə görə, hər bir ölkədə vətəndaşların ali məktəblərə qəbulu daxili imtahanlar əsasında aparılır. Azərbaycanda bu imtahanları Dövlət İmtahan Mərkəzi (DİM) keçirir: “Türkiyədə də oxşar qaydalar mövcuddur. Lakin xarici tələbələrin qəbulunda müxtəlif üsullar tətbiq edilir: beynəlxalq imtahan nəticələri, beynəlxalq olimpiadalar, həmin ölkənin xüsusi imtahanları (məsələn, Türkiyədə TR-YÖS) və ya attestat kimi sənədlər əsasında qəbul mümkündür. Bu, beynəlxalq praktikanın bir hissəsidir və hüquqi baxımdan heç bir problem yoxdur. Problem yalnız distant və ya açıq təhsil formalarında ortaya çıxır, çünki bu formaların Azərbaycanda ekvivalenti yoxdur. Məsələn, Türkiyədəki “Açık öğretim” sistemi Azərbaycanda tanınmır”.

O qeyd edib ki, xaricdə alınan diplomun Azərbaycanda hüquqi qüvvəyə malik olub-olmaması öncədən araşdırılmalıdır. Attestatla qəbul olunan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi (transfer) həyata keçirilmir. Bu, Elm və Təhsil Nazirliyi və Təhsilin Keyfiyyətinin Təminatı Agentliyi tərəfindən qəti qayda kimi tətbiq edilir: “Buna görə valideynlər xaricdə təhsil qərarı verməzdən əvvəl bu riskləri nəzərə almalı, rəsmi mənbələrdən məlumat almalı və mütəxəssislərlə məsləhətləşməlidirlər. Əgər tələbə attestatla xarici ali məktəbə qəbul olub, təhsili Azərbaycan qanunvericiliyinə uyğun şəkildə (əyani formada, uyğun ixtisas üzrə) alırsa, diplomun tanınmasında problem yaranmır. Bu halda diplom TKTA tərəfindən tam və ya qismən tanına bilər, magistraturaya qəbul və iş imkanları təmin olunur. Türkiyədə attestatla təhsil alan minlərlə azərbaycanlı tələbənin diplomlarının qanun çərçivəsində tanınması mümkündür. Amma distant və ya qeyri-ekvivalent təhsil forması, yaxud qanunvericiliyə zidd ali məktəblərdə oxuma diplomun tanınmaması ilə nəticələnir. Nə karyera, nə də təhsil baxımından bu diplom keçərli olmur”.

R.Nurəliyev əlavə olaraq vurğulayıb ki, valideynlər xaricdə təhsil seçimi edərkən mütləq rəsmi mənbələr vasitəsilə araşdırma aparmalıdırlar: “Universitetin lisenziyası, hüquqi statusu və təhsil forması (əyani, distant, açıq-öyrətim) diqqətlə araşdırılmalıdır. Agentliyin saytında tanınmayan universitetlərin siyahısına baxılmalıdır. Diplomun tanınması üçün tələb olunan rəsmi sənədlər barədə əvvəlcədən məlumat alınmalıdır.

Düşünürəm ki, qəbul imtahanında 100 baldan aşağı nəticə göstərən abituriyentlərin attestatla xaricə təhsil üçün göndərilməsinə qanunvericilikdə məhdudiyyət qoyulmalıdır. Çünki təcrübə göstərir ki, bəzi tələbələr illərlə ikinci kursda ilişib qalır və valideynlərini yanlış məlumatlandırır, bəzən isə onlara təhsillərini davam etdirərək magistraturada oxuduqlarını bildirirlər. Əgər tələbə lazımi balı toplaya bilmirsə, peşə təhsilinə yönəldilməlidir. Peşə təhsili hazırda sürətlə inkişaf edir, məzuna subbakalavr dərəcəsi verilir və bitirdikdən sonra imtahansız ali məktəbə qəbul imkanı yaranır. Həm də peşə təhsilinin 70%-ə yaxını dövlət sifarişlidir.

Son illər Türkiyəyə göndərilən 5 minə yaxın tələbənin təxminən 2 mini təhsil almaqda çətinlik çəkir. Valideynlər bu risklər barədə mütəmadi maarifləndirilməlidirlər. Xaricdə təhsil üçün dövlət proqramına daxil olan universitetlər və ölkələrin siyahısı Elm və Təhsil Nazirliyinin saytında yerləşdirilib. Bu universitetlər dövlət tərəfindən tanınır. Əgər dövlət proqramı çərçivəsində təhsil almaq mümkün deyilsə, həmin universitetlərdə öz hesabına oxumaq da mümkündür və bu zaman diplomun tanınmasında heç bir problem olmur”.

Şərhlər

Xəbər lenti

28 iyul, 21:20

Bu universitet hüquqi adını saxlamaqla rebrendinq edəcək - Rektor AÇIQLADI

28 iyul, 20:05

Liseylərə qəbulla bağlı əlavə araşdırmanın ilkin nəticəsi açıqlanıb

28 iyul, 17:07

Azərbaycanın məşqçi-müəllimi Dünya Kubokunda bürünc medal aldı

28 iyul, 16:15

Vəzifə öhdəliklərini yerinə yetirməyən məktəb direktoruna töhmət verilib

28 iyul, 15:43

“Uğur sadəcə nəticə deyil, seçimdir” – Məzunların baxışı

28 iyul, 15:28

Hansı peşə təhsili müəssisələrinin yataqxanası var? – SİYAHI

28 iyul, 15:15

Təhsil işçilərinə verilən yollayışların sayı 136% artıb

28 iyul, 14:28

Musiqi sənəti üzrə test imtahanı keçirilib

28 iyul, 14:24

Firudin Qurbanov türkmənistanlı həmkarı ilə görüşüb

28 iyul, 14:15

Peşə mərkəzi ilk dəfə sahibkarlıqdan pul qazandı 

28 iyul, 13:42

Universitetə qəbul olan subbakalavrlar üçün xüsusi proqram hazırlanmalıdır – Mütəxəssis

28 iyul, 12:21

Sabahın hava proqnozu açıqlanıb

28 iyul, 11:55

Azərbaycanda süni intellekt sahəsində yeni dövlət standartı qəbul edilib

28 iyul, 11:27

Bu günədək 55 000-ə yaxın uşaq məktəbəhazırlıq qrupuna qəbul edilib

28 iyul, 11:14

AzMİU-nun biznes inkubatoru beynəlxalq sertifikatla təltif edilib

28 iyul, 10:22

Qadınlar üçün rəqəmsal dəstək – Süni intellektin yardımından istifadə ediləcək

28 iyul, 10:08

Qarabağ Universitetinin strateji hədəfləri

28 iyul, 09:50

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri üçün ingilis dili təlimləri keçirilir

28 iyul, 09:36

İkili diplom proqramları: Azərbaycan ali təhsilinin beynəlmiləlləşmə yol xəritəsi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.