Bütün xəbərlər
20 avqust, 12:36

Qazaxıstanda 17 yaşlı məktəbli Arlan Raxmetjanov startapına 1,5 milyon dollar sərmayə cəlb edib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, Almatıdan olan gənc proqramçı informasiya texnologiyalarına marağını 10 yaşında kəşf edib, 16 yaşında isə ilk startapını – “Hanlan Tech” şirkətini qurub.

“Hanlan Tech” iOS tətbiqləri və veb-saytların hazırlanması ilə məşğuldur. Şirkətin ilk məhsullarından biri “Extracurrify” adlı mobil tətbiq şagirdlərə şəxsi inkişaf məqsədlərinə uyğun onlayn kurslar, olimpiadalar və müsabiqələri seçməyə kömək edir. Proqramda həmçinin süni intellektli çat-bot vasitəsilə istifadəçinin büdcəsi, maraqları və coğrafi mövqeyinə uyğun universitetlərin siyahısı da təqdim olunur. Buraxılışının ilk həftəsində tətbiq 1500 dəfə yüklənib, veb-versiya isə 17 min ziyarətçi toplayıb.

Daha sonra Arlan süni intellekt əsasında işləyən “DresserAI” layihəsini irəli sürüb. Bu servis istifadəçiyə hava şəraiti və moda trendlərini nəzərə alaraq geyim tövsiyələri verir. Layihəni qardaşı ilə birlikdə idarə edən gənc hazırda investor axtarışındadır.

A.Raxmetjanov həmçinin məktəblilər üçün “Doorway to Venture Capital: An Introduction for Young Students” (“Venture kapitalına giriş: məktəblilər üçün bələdçi”) adlı kitab yazaraq “Amazon” və digər platformalarda satışa çıxarıb. Kitab ona böyük gəlir gətirməsə də, müəllifin əsas məqsədi biliklərini paylaşmaq olub.

Arlan bu yay Silikon vadisində gənc sahibkarlar üçün prestijli “LaunchX” akselerasiya proqramına qatılacaq. O həmçinin Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbinin “Wharton Essentials of Entrepreneurship” kursuna qəbul alıb.

Gənc startapçı təhsilini Stenford Universitetində davam etdirmək arzusundadır.

1 /2

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.