
“Cari ilin doqquz ayı ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən xarici kvalifikasiyaların tanınması ilə bağlı 3480 müraciət üzrə ekspertiza həyata keçirilib. Ekspertiza nəticəsində 2989 müraciət üzrə müsbət rəy verilib”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün təşkil edilən brifinqdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov səsləndirib.
O qeyd edib ki, müraciətçilərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. 491 xarici kvalifikasiyanın isə ölkə ərazisində tanınması barədə mənfi rəy verilib. Mənfi rəyin verilməsinə aşağıdakı faktorlar səbəb olub:
1. Tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma səbəbi ilə – 344 imtina
2. Təhsilalma forması üzrə uyğunsuzluq – 33 imtina
3. Autentik (həqiqi) olmayan diplom – 23 imtina
4. Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq (ixtisas və qeyri-ixtisas fənlərinin nisbəti üzrə əldə olunan kredit sayı) – 19 imtina
5. Akkreditasiyasız ali təhsil müəssisəsi – 22 imtina
6. Ekvivalenti olmayan ixtisas – 8 imtina
7. Akkreditasiyası olmayan ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma – 8 imtina
8. Əhəmiyyətli fərq (ixtisas və qeyri-ixtisas fənlərinin nisbəti üzrə əldə olunan kredit sayı) – 7 imtina
9. Bakalavr diplomu üzrə kvalifikasiya tanınmadığı üçün magistr diplomuna imtina verilməsi – 6 imtina.
Xüsusilə nəzərə alınmalıdır ki, xarici ölkələrdə yerləşən universitetlərə getmədən qiyabi və əyani təhsilalma formaları üzrə “onlayn” qaydada əldə olunmuş xarici kvalifikasiyalar TKTA tərəfindən tanınmır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər