
“Bizim tələbə kontingenti son illərdə, demək olar ki, rekord rəqəmlərlə ifadə olunur. Bu gün biz 13 min nəfərə yaxın tələbə kontingenti ilə fəaliyyət göstərən ali təhsil müəssisəsiyik. Tabeliyimizdə olan qurumlar və universitetimizin tələbələrinin 250-dən artıq proqramda təhsil alaraq gələcəkdə cəmiyyətimizə xeyirli bir vətəndaş kimi yetişməsi üçün səylə çalışırıq”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev söyləyib.
O bildirib ki, bu tədris ilində də yeniliklər var: “Tabeliyimizdə olan Beynəlxalq Kembric Məktəbinin maddi-texniki bazasının, infrastrukturunun yenilənməsi prosesi baş verir. Eyni zamanda bu yaxınlarda universitetimizin kampusunda muxtar respublika üçün innovasiya mərkəzinin açılışını keçirəcəyik. Bu mərkəz birbaşa bizim texnoloji sahədə tələblərimizin, təlimlərin, treninqlərin ehtiyaclarını ödəməklə yanaşı, mühəndislik sahəsində təhsil alan tələbələrimizə maddi-texniki dəstək baxımından çox mühüm əhəmiyyətə malikdir. Universitetimizdə bu il, eyni zamanda təqaüd proqramı ilə mübadilənin təşkil olunmasını genişləndirməyi hədəfləmişik. Biz əminik ki, eyni zamanda ikili diplom proqramlarında, həm də mübadilə proqramlarında buna nail olacağıq”.
Rektor əlavə edib ki, bu il universitetdə əcnəbi tələbə qəbulunun coğrafiyası da genişlənib: “Bu günə qədər əgər 15 ölkədən tələbə qəbul edirdiksə, bu il 20-dən artıq ölkədən təhsil almaq istəyən tələbə qəbul etmişik. Bu gün ölkə üzrə biz 2 minə yaxın əcnəbi tələbəsi olan lider universitetlərdən sayılırıq. Təkcə bu il 200-dən artıq tələbə qəbulunu həyata keçirmişik və ilin sonuna kimi bu rəqəm dəyişilə də bilər, eləcə də tədris ilində yeni əcnəbi tələbə gəlişini də gözləyirik”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər