
“"Hüquqşünaslıq" ixtisası üzrə təşkil edilən peşə imtahanında iştirak edən 334 nəfərdən yalnız 72 nəfəri təqdim olunan 30 sualdan yarısına və ya daha çoxuna cavab verərək TKTA tərəfindən kvalifikasiyalarının tam (akademik və peşə) tanınması üzrə şəhadətnamələrini əldə edib”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün təşkil edilən brifinqdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov səsləndirib.
O qeyd edib ki, uğursuz nəticə göstərən kvalifikasiya sahibləri, əsasən, Rusiya Federasiyası və Ukrayna ali təhsil müəssisələrinin (ATM) payına düşür: “Belə ki, 6 oktyabr 2024-cü il tarixində DİM tərəfindən “Hüquqşünaslıq” ixtisası üzrə təşkil edilən peşə imtahanında Rusiya Federasiyası ATM-dən əldə olunan kvalifikasiya sahiblərinin 70 faizi, Ukrayna ATM-dən əldə olunan kvalifikasiya sahiblərinin isə 63 faizi, həmçinin 30 yanvar 2025-ci il tarixində təşkil edilən imtahanda Rusiya Federasiyası ATM-dən əldə olunan kvalifikasiya sahiblərinin 84 faizi, Ukrayna ATM-dən əldə olunan kvalifikasiya sahiblərinin isə 94 faizi uğursuz nəticə əldə edib.
Sədr “Hüquqşünaslıq” ixtisası üzrə peşə imtahanında uğursuz nəticə göstərən şəxslərin kvalifikasiyalarını əldə etdikləri təhsil müəssisələrinin adlarını açıqlayıb: “Əsasən, Rusiya Federasiyası üzrə Dağıstan Dövlət Universiteti, Moskva Müasir Akademik Təhsil İnstitutu, Saratov Dövlət Hüquq Akademiyası, Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası, Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyası, Tolyatti Dövlət Universiteti və Ümumrusiya Dövlət Ədliyyə Universitetindən, Ukrayna üzrə isə Xarkov Milli Daxili İşlər Universiteti, Regionlararası Heyətin İdarəolunması Akademiyası, Y.Mudrıy adına Milli Hüquq Universiteti, Milli Universitet “Odessa Hüquq Akademiyası” və T.Şevçenko adına Kiyev Milli Universiteti”.
Tural Əhmədov qeyd edib ki, TKTA tərəfindən aparılan təhlil göstərir ki, peşə imtahanında uğurlu nəticə əldə etməyən şəxslər əsasən ATM-lərə hər hansı ciddi dəyərləndirmə olmadan yalnız tam orta təhsili bitirmə barədə sənəd təqdim etməklə qəbul olunan şəxslərdir.
“Yekun olaraq, xaricdə ali təhsil almaq istəyən şəxslərə və onların ailə üzvlərinə yuxarıda qeyd olunanları nəzərə almalarını tövsiyə edirik”, – o əlavə edib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər