
“Tanınmayan ali təhsil müəssisələrinin siyahısı yalnız lisenziya və akkreditasiyası olmayan qurumları əhatə edir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov sentyabrın 16-da keçirilən brifinqdə səsləndirib.
O bildirib ki, bu siyahının mövcudluğu bəzi yanlış yanaşmalara səbəb olur: “Elə düşünülməməlidir ki, bizdə hansısa ağ və ya qara siyahı mövcuddur. Siyahıya yalnız lisenziyası və akkreditasiyası olmayan ali təhsil müəssisələri daxil edilir. Əgər hər hansı bir universitet sonradan bu tələbləri yerinə yetirirsə, siyahıya dəyişiklik olunur”.
Tural Əhmədov əlavə edib ki, bu siyahıda olmaq birbaşa tanınmanın rədd olunması anlamına gəlmir:
“Bəzi ali təhsil müəssisələri həmin siyahıya daxil edilməmək üçün birbaşa bizə müraciət edir. Onlar qanunvericiliyə uyğun şəkildə akkreditasiya almaq üçün yerləşdikləri ölkələrdə bu məsələni qaldırırlar”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər