Bütün xəbərlər
30 iyun, 12:28

Masallı şəhəri texniki-riyaziyyat təmayüllü "Dəfinə" liseyinin riyaziyyat müəllimi, Əməkdar müəllim, 67 yaşlı Əlinaz Talıbov könüllü olaraq sertifikasiya imtahanında iştirak edərək 56 bal toplayıb.

Sertifikatlaşdırma prosesi ilə bağlı təəssüratlarını "Azərbaycan müəllimi" ilə bölüşən Ə.Talıbov bildirib ki, artıq üçüncü ildir, keçirilən sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyələrini, peşə yararlılıqlarını yoxlamaq, təlim ehtiyaclarını öyrənməklə onların peşəkar inkişafına nail olmaq baxımından əvəzolunmazdır.

"İşlədiyim kollektivdə sertifikasiyadan uğurla keçən müəllimlərin yeni yanaşmaları, daha peşəkar münasibətləri, yeni təlim texnologiyalarından böyük səriştə və ustalıqla istifadəsi buna bariz sübutdur. 18 iyun 2025-ci il tarixində könüllü olaraq riyaziyyatdan sertifikasiya imtahanında iştirak etdim. İmtahanın obyektiv və şəffaf təşkili, idarəolunması və nəzarətçilərin mədəni davranışları elə ilk anlardan müsbət aura formalaşdırdı. İmtahanın məzmununa gəlincə isə, pedaqoji prinsiplər tamamilə gözlənilmişdi", - deyə o bildirib.

Əlinaz müəllim onu da qeyd edib ki, son on illərdə təhsil sistemimiz bütövlükdə beynəlxalq təhsil sisteminə inteqrasiya etməklə, dinamik və modern fəaliyyəti ilə gələcək uğurlarımıza nikbinliklə baxmağa əsas verir:

"Bir sözlə, hər cür infrastruktura malik məktəb binalarının, maddi-texniki təminatın, müasir standartlar səviyyəsində tədris vəsaitlərinin pedaqoji prosesin hər bir üzvü üçün əlçatan olması illərlə arzuladığımız modern pedaqoji mühitdə işləməyimizə şərait yaradıb. Təbii ki, bu gün pedaqoji prosesin subyekti kimi, biz müəllimlərin də elmi, pedaqoji biliklərimizin və metodiki ustalıqlarımızın yüksək səviyyədə olması prioritet məsələ kimi hər birimizin qarşısında duran əsas vəzifədir".

Şərhlər

Xəbər lenti

30 iyun, 17:35

MİQ imtahanının şərtləri açıqlanıb

30 iyun, 17:03

AzTU-da “TəhsilPlus” kartı ilə bağlı görüş keçirilib

30 iyun, 16:25

İyul ayına olan hava proqnozu açıqlanıb

30 iyun, 16:19

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində İTİ-də görüş keçirilib

30 iyun, 16:19

Peşə təhsili müəssisələrində “Məzun günü” tədbirləri keçirilib

30 iyun, 16:15

“Ən böyük arzum özümü inkişaf etdirməkdir” – Məzunların uğurları

30 iyun, 16:10

Kembric Universiteti azərbaycanlı tələbəni mükafatlandırdı

30 iyun, 15:58

Türk Dövlətləri üçün Tədqiqat Fondu yaradıla bilər 

30 iyun, 15:41

Azərbaycan dili imtahanının doğru cavab etalonları açıqlanıb

30 iyun, 15:41

“Müasir metodist” müsabiqəsinə qeydiyyat başa çatır

30 iyun, 14:53

AzMİU tələbələri Dünya Robot Çempionatının Azərbaycan finalında uğur qazanıblar

30 iyun, 14:40

“Nə? Harada? Nə zaman?” oyununun finalı keçirilib

30 iyun, 14:39

“Nəticəm gözlədiyimdən də yaxşı oldu” – Müəllimlər sertifikasiyadan danışır

30 iyun, 13:13

Sabahın hava proqnozu açıqlanıb

30 iyun, 12:55

Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

30 iyun, 12:45

“Biz müəllimlərin və valideynlərin düşüncə tərzini dəyişdirməliyik” – Andreas Şleyxer

30 iyun, 12:15

Cəzaçəkmə müəssisələrindəki peşə məktəblərini bitirənlərin sayı açıqlanıb  

30 iyun, 12:15

Sertifikatlaşdırma gələcək fəaliyyətim üçün stimuldur – Maksimal bal toplayan müəllim

30 iyun, 12:00

SXM-lərdə 260 uşağa aktiv xidmətlər göstərilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.