Bütün xəbərlər
30 iyun, 16:15

Uğur təsadüf deyil. Çalışqanlıq, məqsədyönlülük və dayanmadan irəli getmək kimi xüsusiyyətlər bəzən gənc yaşda belə insanın həyat yoluna işıq salır. Bugünkü hekayəmiz də belə gənclərdən – Elay Məmişov və Davud Həsənovdan bəhs edir. Onlar istedadları, əzmkarlıqları və qazandıqları nailiyyətlərlə yaşıdlarına nümunədirlər. “Azərbaycan müəllimi” onları oxuculara təqdim edir.

“Ən böyük arzum dünyanı bütün insanların daha rahat yaşaya biləcəyi yerə çevirməkdir”

Elay Məmişov Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın builki məzunudur. Fizikaya olan həvəsi onu 7-ci sinifdən fərqli bir yola çıxarıb. Bu maraq Elaya müxtəlif illərdə Respublika fənn olimpiadaları (RFO) və müsabiqələrdə yüksək nəticələr qazandırıb. O, 7-ci sinifdə Respublika Fənn Müsabiqəsində qızıl medal, 8-ci sinifdə olimpiadada bürünc medal, 9-cu sinifdə gümüş medal və Naqif Nəbiyevin xatirəsinə həsr edilmiş Fizika Müsabiqəsində qızıl medal qazanıb. 10-cu sinifdə isə RFO-da yenidən bürünc medal əldə edib.

Elay təkcə elmi nailiyyətləri ilə deyil, intellektual yarışlardakı uğurları ilə də seçilib. O, 6-cı sinifdən başlayaraq Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “Nə? Harada? Nə zaman?” intellektual oyunlarında kapitanı olduğu komanda dəfələrlə birinci yerə layiq görülüb. Elay 2023-cü ildə isə “Xəmsə” oyunu üzrə respublika çempionu olub.

“Olimpiadalara anamın və fizika müəllimimin təşəbbüsü, intellektual yarışlara isə öz marağımla qoşulmuşam”,- deyə Elay bildirib.

Ən çox fizika, riyaziyyat və tarix fənlərini sevən Elay boş vaxtlarını kitab oxumaq, şahmat oynamaq və tarixi şəxsiyyətləri araşdırmaqla keçirir: “Ən böyük arzum dünyanı bütün insanların daha rahat yaşaya biləcəyi yerə çevirməkdir. Məktəbdə dostlarım var, onlarla daha çox təhsil haqqında müzakirələr aparırıq. Həmçinin təbiəti çox sevirəm, ona görə də ölkəmizin rayonlarına getməyi xoşlayıram.

Uşaqlıqdan həm atam, həm anam yaxşı təhsil almağım üçün əllərindən gələni ediblər. Amma anam təhsil həyatımda mənə daha çox dəstək verir”.

Elay bu il gimnaziyanı qızıl döş nişanı və nümunəvi attestatla bitirib. Xaricdə təhsil üçün SAT imtahanından 1540 bal, IELTS-dən isə 8.5 bal toplayaraq dünyanın nüfuzlu universitetlərinə qəbul olub. Amma onun seçimi dünyanın aparıcı texniki ali məktəblərindən biri olan KAIST (Korea Advanced Institute of Science and Technology) Universitetidir. Orada kompüter elmləri üzrə tam təqaüdlə təhsilini davam etdirəcək: “Təhsilimi xaricdə davam etdirəcəyim üçün yalnız buraxılış imtahanında iştirak etmişəm və 297.3 bal toplamışam”.

“Ən böyük dəstəyi anamdan görürəm"

Davud Həsənov isə bu il Şirvan şəhəri 1 nömrəli tam orta məktəb-liseyini bitirib. Davudun uğur yolu da 7-ci sinifdən başlayır. Həmin zaman “Nə? Harada? Nə zaman?” yarışında iştirak edən Davud intellektual oyunlara böyük maraq göstərərək bu sahədə özünü inkişaf etdirməyə başlayıb: “5 ildir ki, davam etdirdiyim bu yolda xeyli uğurlar qazandım. Bu uğurları Şirvan "Moonlight" komandası ilə qazandım. Komanda sinif yoldaşlarımdan ibarətdir və biz Şirvanı "Brain Ring"də təmsil etdik”. 

Davud coğrafiya fənninə xüsusi maraq göstərir. Bu maraq onu RFO-ya yönləndirib və burada 1 gümüş, 1 bürünc medal qazanıb.
Boş vaxtlarında futbol oynamaq və onu izləmək, elmi məqalə və maraqlı faktlar oxumaq Davudun gündəlik vərdişləri arasındadır. Onun gələcək hədəfi isə iqtisadiyyat və maliyyə sahəsində təhsil almaqdır. Arzusu ADA Universitetində “Maliyyə” ixtisası üzrə oxumaq və bu sahədə mütəxəssis kimi yetişməkdir: 

“11-ci sinif buraxılış imtahanında 271.7, blok imtahanında isə 258.4 bal topladım. Amma inanıram ki, 2-ci cəhd imtahanında balımı xeyli yüksəldə biləcəyəm. Həyatda ən böyük arzum özümü inkişaf etdirməkdir”.

Davudun uğurlarının əsas dayağı isə ailəsi və müəllimləridir: “Ən böyük dəstəyi anamdan görürəm. Bütün bu nəticələri əldə etməyimdə müəllimlərimin rolu danılmazdır”.

1 /2

Şərhlər

Xəbər lenti

30 iyun, 17:35

MİQ imtahanının şərtləri açıqlanıb

30 iyun, 17:03

AzTU-da “TəhsilPlus” kartı ilə bağlı görüş keçirilib

30 iyun, 16:25

İyul ayına olan hava proqnozu açıqlanıb

30 iyun, 16:19

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində İTİ-də görüş keçirilib

30 iyun, 16:19

Peşə təhsili müəssisələrində “Məzun günü” tədbirləri keçirilib

30 iyun, 16:10

Kembric Universiteti azərbaycanlı tələbəni mükafatlandırdı

30 iyun, 15:58

Türk Dövlətləri üçün Tədqiqat Fondu yaradıla bilər 

30 iyun, 15:41

Azərbaycan dili imtahanının doğru cavab etalonları açıqlanıb

30 iyun, 15:41

“Müasir metodist” müsabiqəsinə qeydiyyat başa çatır

30 iyun, 14:53

AzMİU tələbələri Dünya Robot Çempionatının Azərbaycan finalında uğur qazanıblar

30 iyun, 14:40

“Nə? Harada? Nə zaman?” oyununun finalı keçirilib

30 iyun, 14:39

“Nəticəm gözlədiyimdən də yaxşı oldu” – Müəllimlər sertifikasiyadan danışır

30 iyun, 13:13

Sabahın hava proqnozu açıqlanıb

30 iyun, 12:55

Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

30 iyun, 12:45

“Biz müəllimlərin və valideynlərin düşüncə tərzini dəyişdirməliyik” – Andreas Şleyxer

30 iyun, 12:28

67 yaşlı Əməkdar müəllim sertifikatlaşdırmada yüksək nəticə göstərdi

30 iyun, 12:15

Cəzaçəkmə müəssisələrindəki peşə məktəblərini bitirənlərin sayı açıqlanıb  

30 iyun, 12:15

Sertifikatlaşdırma gələcək fəaliyyətim üçün stimuldur – Maksimal bal toplayan müəllim

30 iyun, 12:00

SXM-lərdə 260 uşağa aktiv xidmətlər göstərilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.