Bütün xəbərlər
28 oktyabr, 16:02

26 oktyabr 2024-cü il tarixində Ağsu Rayon Təhsil Sektorunda  Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində icra edilən “Duolingo ilə ingilis dilini asan və səmərəli öyrən!” adlı layihənin təqdimat mərasimi keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, “Duolingo ilə ingilis dilini asan və səmərəli öyrən!” adlı layihə çərçivəsində təşkil olunmuş tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsi Ağsu rayon sektorunun əməkdaşları, layihə rəhbəri Aynur Nemətova, layihə üzrə ekspert Ziba Məmmədova və Ağsu rayon təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.       

Layihə rəhbəri Ağsu şəhər 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Aynur Nemətova layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. O, qeyd edib ki, "Layihə çərçivəsində V-VIII sinif şagirdlərinin ingilis dili biliklərini möhkəmləndirmək, onların ingilis dilində oxumaq, yazmaq, dinləyib-anlamaq bacarıqlarını inkişaf etdirmək kimi hədəf istiqamətləri müəyyən edilib. Layihənin icrası zamanı “Duolingo ilə ingilis dilini asan və səmərəli öyrən!” adlı 3 aylıq öyrədici kursun təşkili nəzərdə tutulub". 

O, həmçinin layihə çərçivəsində Ağsu şəhər 3 nömrəli tam orta məktəbdə 3 aylıq ingilis dili kursunun təşkil olunacağını, kursda təhsil alan 15 şagirdin test imtahanının nəticələrinə əsasən, seçiləcəyini vurğulayıb: “15 məktəblinin iştirak etdiyi ingilis dili kursunun fəaliyyət planına uyğun olaraq müdavimlərə "People", "Lifestyle", "Professions", "Travelling"  bölmələri üzrə müvafiq bilik və bacarıqlar öyrədiləcəkdir. Kursda hər 4 dərsdən bir 90 dəqiqəlik test imtahanı keçiriləcək və tədrisin nəticələri ekspertlər tərəfindən dəyərləndiriləcək. Layihənin bağlanış tədbirində 3 aylıq kursu bitirən müdavimlərə göstərdikləri nəticələrə müvafiq olaraq diplom və sertifikatlar təqdim ediləcək. 3 aylıq ingilis dili kursunda ingilis dilində oxumaq, yazmaq, dinləyib-anlamaq bacarıqları inkişaf etdiriləcək”.

Sonda tədbir iştirakçıları ilə mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

1 /5

Şərhlər

Xəbər lenti

7 iyul, 09:50

Nazir müavini Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının heyəti ilə görüşüb

7 iyul, 09:43

“WorldSkills Azerbaijan” qaynaqçılıq üzrə yarışın qalibləri müəyyənləşib

7 iyul, 09:24

25 ilin işığında

6 iyul, 15:38

MDU nəticələri yüksək olan tələbələrə əlavə təqaüd verəcək

6 iyul, 15:34

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib

6 iyul, 15:31

Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi qeyd ediləcək

6 iyul, 12:40

İtaliyalı rəssam SABAH tələbələrinə təlim keçib 

5 iyul, 22:23

İdman məktəblərində velosiped bölmələri yaradılır

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.