Bütün xəbərlər
11 iyun, 09:33

4-6 iyun 2025-ci il tarixlərində Xankəndidə keçirilən “Zəfər Sədası” intellektual yay düşərgəsi çərçivəsində şəhid övladları Qarabağ Universitetini ziyarət ediblər. 

“Azərbaycan müəllimi” xəbər verir ki, düşərgə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu və Qarabağ Universitetinin tərəfdaşlığı ilə baş tutub.

Şəhid övladları ilə görüşən Qarabağ Universitetinin rektoru Şahin Bayramov onları universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. O qeyd edib ki, bu torpaqlarda həyatın və təhsilin yenidən bərpası məhz qəhrəman şəhidlərimizin canı və qanı bahasına mümkün olub və onların övladlarını bu ali təhsil müəssisəsində qarşılamaq universitetin mənəvi borcudur.

Tədbirdə iştirak edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxış edərək, bu cür səfərlərin gənclərin yalnız təhsil imkanları ilə tanış olmasına deyil, həm də Qarabağla mənəvi bağlarının möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb.

Görüş çərçivəsində universitetin fakültələri, ixtisasları və qəbul prosesi barədə iştirakçılara ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.

Günün ikinci yarısında “Xəzər” İntellektual Gənclər Klubu tərəfindən şəhid övladları və Qarabağ Universitetinin tələbələrindən ibarət komandaların iştirakı ilə intellektual oyun keçirilib. Komandalar arasında dostluq ruhunda keçən yarışın sonunda qaliblərə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən hədiyyələr təqdim olunub.

Düşərgə proqramı Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələrinin təqdim etdiyi musiqili konsertlə başa çatıb. Konsert proqramı iştirakçılara unudulmaz və emosional anlar yaşadıb.

1 /9

Şərhlər

Xəbər lenti

12 iyun, 17:59

Şəhid övladlarının “Məzun Günü” keçirilib

12 iyun, 17:59

Attestat üçün pul yığıldığına dair araşdırmanın nəticəsi açıqlanıb

12 iyun, 17:44

Sertifikatlaşdırma üzrə sınaq imtahanları ilə bağlı iddialara aydınlıq gətirildi

12 iyun, 17:38

Peşə tanınması üzrə növbəti imtahanın keçirilmə tarixi açıqlanıb

12 iyun, 17:31

Müəllimlərin sertifikatlaşdırma uğuru: Maksimum bal toplayanlar danışırlar

12 iyun, 17:27

Sertifikatlaşdırma barədə təlimat imtahanın vaxtına təsir edirmi? – AÇIQLAMA

12 iyun, 17:11

Sertifikatlaşdırma imtahanının sualları necə tərtib edilir?

12 iyun, 17:05

Elm və təhsil naziri "Huawei" şirkətinin rəhbər heyəti ilə görüşüb

12 iyun, 17:02

Sertifikatlaşdırma imtahanları 44 mərkəzdə keçiriləcək

12 iyun, 15:58

BMU-da Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

12 iyun, 15:56

Dövlət Proqramı çərçivəsində oxumaq istəyənlərin NƏZƏRİNƏ!

12 iyun, 15:30

Elə kənd məktəbləri var ki, orada tədris səviyyəsi yüksəkdir  - Məleykə Abbaszadə

12 iyun, 15:27

Zəngəzur məktəbləri – Qəzetimizin arxivindən

12 iyun, 15:26

Elnur Nəsibov: Müasir kitabxana olmasa, tələbə inkişafından söz gedə bilməz

12 iyun, 15:24

Fənn müsabiqələrinin yazı işlərinin yoxlanması prosesi başa çatıb

12 iyun, 15:21

Nazir müavini: Hər bir tələbə üçün informasiya resurslarına əlçatanlıq təmin olunub

12 iyun, 15:05

Stajsız da mümkündür: Naxçıvanda gənclər işlə təmin olunur - REPORTAJ

12 iyun, 14:56

İdmançımız Avropa çempionu oldu

12 iyun, 14:48

Azərbaycan və Çin elm, texnologiya, süni intellekt üzrə əməkdaşlığa dair sənədlər imzalayıb

12 iyun, 14:46

5 və 6 günlük məktəblərdə "Son zəng" nə zaman keçiriləcək? - AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.