
“Bir universitetdə müasir kitabxana olmasa, orada tələbə inkişafından söz gedə bilməz”.
“Azərbaycan müəllimi” "Report"a istinadən xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri EInur Nəsibov Azərbaycan Texniki Universitetinin Kitabxana İnformasiya Mərkəzinin açılışında deyib.
Onun sözlərinə görə, kitabxana təkcə fiziki məkandan ibarət deyil:
"Müasir kitabxanamız 7/24 işləyən mexanizmlə fəaliyyət göstərəcək. Onu da vurğulamaq istəyirəm ki, müasir metodlarla işləyən kitabxananın açılışı o demək deyil ki, kitabxanaçılarımızın işinə xitam veriləcək. Hazırda bu sahədə savadlı kadr tapmaq heç də asan deyil".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər