
“Layihə çərçivəsində təhsil işçilərinə özəl “Push30”un “Standart” və “Plus” abunəliklərinə xüsusi güzəştlər təqdim edilir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri "Push30" şirkətinin baş icraçı direktoru Adil Qasımov Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və “Push30” – Pilot layihəsinin təqdimat mərasimində çıxış edərkən deyib.
O bildirib ki, bu layihədə əsas məqsəd elm və təhsil işçiləri arasında sağlam həyat tərzini təşviq etməkdir:
"İlk növbədə, bu təşəbbüsə göstərdikləri dəstəyə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına dərin təşəkkürümü bildirirəm. Bu layihədə əsas məqsədimiz elm və təhsil işçiləri arasında sağlam həyat tərzini təşviq etmək, onların gündəlik həyatına balans və enerji gətirməkdir. Çünki biz inanırıq ki, sağlam müəllim sağlam gələcəyin qurucusudur. Və bu əməkdaşlıq sadəcə bir layihə deyil sağlam gələcəyin başlanğıcıdır. Eyni zamanda əminəm ki, bu təşəbbüs gələcəkdə digər peşə sahibləri üçün də bir nümunəyə çevriləcək. Bu layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edir, gələcəkdə də birgə uğurlu əməkdaşlıqlar arzulayıram".
Adil Qasımovun sözlərinə görə, layihə çərçivəsində təhsil işçilərinə özəl “Push30”un “Standart” və “Plus” abunəliklərinə xüsusi güzəştlər təqdim edilir.
“Biz bundan sonra da təhsil işçilərinin sağlam gələcəyi naminə atılan addımları dəstəkləməyə davam edəcəyik. Bu gün müəllimlər üçün təşkil etdiyimiz “Sağlam müəllim – sağlam gələcəyin qurucusu” tədbirini həm də ”World Mental Health Day" ruhunda keçiririk. Çünki emosional sağlamlıq bədən sağlamlığı ilə bir yerdə formalaşır. “Push30” olaraq məqsədimiz təkcə idman deyil həm də daxili balansı, enerji və motivasiyanı bərpa edən bir həyat tərzini təşviq etməkdir. Çünki sağlam bədən və sağlam düşüncə bir yerdə formalaşır", - deyə o fikrini tamamlayıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər