
Bakı Ali Neft Məktəbinin (BANM) Kompüter mühəndisliyi ixtisasının IV kurs tələbəsi Tural Müzəfərov elmi uğuru ilə ölkəmizi beynəlxalq səviyyədə təmsil edib.
Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib.
Bildirilib ki, bu universitet tələbəsinin “Müasir proqram təminatı ekosistemlərində süni intellektin tətbiqi” adlı tədqiqat məqaləsi Serbiyada keçirilən “15-ci Beynəlxalq Keyfiyyət Konfransı” jurnalında dərc olunub.
Məqalənin əsas istiqamətləri:
• Modul və miqyaslana bilən süni intellekt memarlığının qurulması,
• Maşın öyrənməsi modellərinin real vaxt sistemlərinə inteqrasiyası,
• Grafana, ELK Stack və JMeter vasitəsilə yerləşdirmə və monitorinqin aparılması,
• Məlumat bazasının optimallaşdırılması və gecikmələrin minimuma endirilməsi.
Tədqiqatın əsas məqsədi süni intellektin istehsalat mühitində etibarlı, səmərəli və şəffaf şəkildə fəaliyyət göstərməsini təmin etməkdir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər