
4–9 oktyabr 2025-ci il tarixlərində Tacikistan Respublikasında Beynəlxalq Gənclər Forumu keçirilib. Forumda dünyanın müxtəlif ölkələrindən gəlmiş gənc liderlər, ictimai fəallar və tələbə təşkilatlarının nümayəndələri iştirak ediblər.
Bu barədə “Azərbaycan müəllimi”nə Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən məlumat verilib.
Tədbirin əsas məqsədi gənclər arasında beynəlxalq əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin aparılması və dayanıqlı inkişaf istiqamətində yeni təşəbbüslərin irəli sürülməsi olub.
Azərbaycanı forumda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri İntiqam Quliyev təmsil edib. O, forum çərçivəsində keçirilən panel müzakirələrdə, seminar və təqdimat sessiyalarında aktiv iştirak edərək ölkəmizin gənclər siyasəti, tələbə hərəkatları və gənclərin beynəlxalq platformalardakı rolu barədə məlumat verib.
Tədbir çərçivəsində əldə olunan bilik və təcrübə, eləcə də yaradılan yeni beynəlxalq əlaqələr ADNSU Tələbə Gənclər Təşkilatının fəaliyyətinə müsbət təsir göstərəcək və universitet gənclərinin beynəlxalq arenada daha fəal iştirakına şərait yaradacaq.
Forumun sonunda iştirakçılara beynəlxalq sertifikatlar və hədiyyələr təqdim edilib. Beynəlxalq Gənclər Forumu gənclərin qlobal problemlərin həllinə yönəlmiş təşəbbüslərinin dəstəklənməsi, eləcə də müxtəlif ölkələr arasında mədəni, sosial və elmi əlaqələrin inkişafına töhfə verməsi baxımından mühüm əhəmiyyət daşıyır.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər