
Oktyabrın 9-da Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev BSU-nun 2023-cü ildən etibarən fəal tərəfdaşı olan “Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi və direktoru Aytən Eynalova və Həzi Eynalov ilə görüş keçirib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüş zamanı inklüziv və xüsusi təhsil proqramlarının birgə inkişafı, tədris proqramlarının təkmilləşdirilməsi, Autizm Mərkəzinin əməkdaşlarının təhsil prosesinə cəlb olunması, həmçinin müdafiə mövzularının mərkəzin praktik fəaliyyət istiqamətlərindən seçilməsi müzakirə edilib.
Eyni zamanda beynəlxalq ekspertlərin təhsil və tədqiqat prosesinə cəlb olunması, birgə layihə müraciətlərinin həyata keçirilməsi, Beynəlxalq İnklüziv Məşğulluq Konfransında əməkdaşlıq, eləcə də 2025–2026-cı tədris ili üçün Birgə Fəaliyyət Planının hazırlanması ilə bağlı qərarlar qəbul olunub.
Yaxın zamanda müvafiq məsələlərlə bağlı beynəlxalq tərəfdaşlarla görüşlərin təşkili də nəzərdə tutulur.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər