
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Türkiyənin “Şəhid Erol Olçok” Peşə və Texniki Anadolu Liseyinin əməkdaşları tərəfindən “Turizmdə idarəetmə və xidmət standartları” mövzusunda təlim proqramı uğurla icra olunur.
“Azərbaycan müəllimi” xəbər verir ki, təlimlər Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı və Azərbaycan-Türkiyə arasında Qardaş məktəblərin əməkdaşlığı müqaviləsi çərçivəsində keçirilir.
Təlimlərdə Bakı və regionlarda fəaliyyət göstərən peşə təhsili müəssisələrinin “Turizm” ixtisası üzrə fənn müəllimləri və istehsalat təlim ustaları iştirak edirlər.
Təlimlərin əsas məqsədi:
– Turizm sahəsində idarəetmə və xidmət üzrə müasir bilik və bacarıqların ötürülməsi,
– İki ölkə arasında peşə təhsili əməkdaşlığının gücləndirilməsi,
– Tədris heyətinin praktiki təcrübəsinin artırılmasıdır.
Təlimlərdə “Otelçilikdə idarəetmə və keyfiyyət sistemləri”, “Qida və içki xidmətləri”, “Turizm məhsulu və onun ayırtedici xüsusiyyətləri”, “Azərbaycan və Türk mətbəxinin sintezi” mövzularında sessiyalar keçirilib.
Təlimçilər üçün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində infotur təşkil olunaraq mərkəzin infrastrukturu, layihələri, tələbə sərgiləri və praktiki imkanları ilə tanışlıq baş tutub.
Bundan əlavə, Gabala Hospitality Group-a daxil olan Qafqaz Tufandağ Hotel-də həyata keçirilən infotur zamanı iştirakçılar real iş mühitində tələbələrin praktiki tədris prosesi ilə tanış olublar.
Təlim proqramı çərçivəsində qonaqlar üçün Qəbələnin tarixi məkanlarına və turizm obyektlərinə ziyarət də təşkil olunub.
Bu cür təcrübələr peşə təhsilinin keyfiyyətini artırmaqla yanaşı, beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.
1 /17
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər