Bütün xəbərlər
10 oktyabr, 15:48

2025-2026-ci tədris ilində Naxçıvan Dövlət Universitetində (NDU) 50 nəfər əcnəbi alim çalışacaq. Bu tədris ilində NDU-nun tarixində əcnəbi alimlərin tədrisə cəlb edilmə sayına görə ən yüksək göstərici qeydə alınıb.

NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, bu tədris ilində 31 xarici professor ali təhsil ocağının 7 fakültəsinə dəvət olunub. Beləliklə, ötən ildən də dəvət edilmiş əcnəbi alimlərlə birgə bu il NDU-da 50 nəfər əcnəbi müəllim çalışacaq. Türkiyə, İordaniya, Yaponiya, Macarıstan və digər ölkələrin nüfuzlu universitetlərdən olan alimlər xüsusilə tibb, əczaçılıq, mühəndislik, iqtisadiyyat, beynəlxalq münasibətlər, hüquq, xarici dillər və digər sahələr üzrə dərs deyəcəklər. Əksəriyyəti Türkiyənin qabaqcıl ali təhsil müəssisələri - İstanbul Universiteti, Orta Şərq Texniki Universiteti (ODTÜ), Karadeniz Texnik Universiteti (KTÜ), Ege Universiteti, İstanbul Universiteti-Cərrahpaşadan olan qonaq professorlar dərslərdə mühazirələr oxuyacaq, tədqiqat aparacaqlar. Artıq yeni dəvət edilmiş əcnəbi alimlər dərslərinə başlayıblar. 

Qeyd edək ki, ali təhsil ocağında artıq oktyabr ayından peşəkar inkişaf təlimlərinə də başlanılıb və bu çərçivədə əcnəbi professorlar bütün fakültələrin müəllimləri üçün də təlimlər keçirlər. Bu təlimlər növbəti ilin aprel ayına qədər davam edəcək. Xatırladaq ki, cari ilin aprel ayında Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq məhz NDU-da genişmiqyaslı “Beynəlxalq təlim aylığı” proqramı həyata keçirilib. Proqram çərçivəsində 6 ölkədən 21 təlimçi universitetdə müxtəlif sahələri əhatə edən təlimlər aparıb. Həmin təlimlər Azərbaycan, türk və ingilis dillərində olmaqla ABŞ, Yaponiya, İngiltərə, Türkiyə, Niderland və Özbəkistandan olan tanınmış ekspertlərin iştirakı ilə baş tutub.

Şərhlər

Xəbər lenti

10 oktyabr, 18:00

ADNSU tələbəsi Beynəlxalq Gənclər Forumunda ölkəmizi təmsil edib

10 oktyabr, 17:56

“Dünya Psixi Sağlamlıq Günü”nə həsr olunmuş təlim keçirilib

10 oktyabr, 17:49

Bağçalara növbəyə yazılma prosesi davam edir

10 oktyabr, 17:48

BSU “Birgə və Sağlam” İctimai Birliyi ilə əməkdaşlığını genişləndirir

10 oktyabr, 17:13

ADNSU-da “Qraf entropiyası və şəbəkə strukturları” mövzusunda seminar keçirilib

10 oktyabr, 17:09

BMU ilə Malayziya universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

10 oktyabr, 16:50

Naxçıvan məktəblərində psixoloq vəzifəsinə işə qəbul başlayır

10 oktyabr, 16:45

Bakı məktəbliləri arasında aşkarlanan xəstəliklər – Yeni statistika

10 oktyabr, 16:37

4 günlük dərs rejimi: Bu model tələbələr üçün daha effektivdirmi?

10 oktyabr, 16:19

BANM loqo müsabiqəsi elan edir

10 oktyabr, 15:27

Maksimum nəticə göstərən müəllim: Heç vaxt “hər şeyi bilirəm” deməmişəm

10 oktyabr, 14:37

Məktəblərdə iqlim savadlılığını necə artıraq?

10 oktyabr, 14:11

BANM-də “Dayanıqlı İnkişaf Həftəsi” keçirilib

10 oktyabr, 14:03

AzMİU-da ekoloji təhlükəsizliklə bağlı master-klas təşkil olunub

10 oktyabr, 13:20

“Məqsədim ancaq qələbə çalmaq idi” – MDB Oyunlarının medalçısı

10 oktyabr, 13:11

Sülh üzrə Nobel laureatının adı açıqlandı

10 oktyabr, 12:48

Daha 584 tələbə dövlət sifarişi ilə təhsil alacaq

10 oktyabr, 12:41

Türkiyəli mütəxəssislər peşə mərkəzində təlimlər keçirlər

10 oktyabr, 12:25

BSU-da inklüziv və dayanıqlı təhsil proqramları müzakirə edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.