Bütün xəbərlər
17 sentyabr, 09:34

Sentyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Geoloji kəşfiyyat və Neft mexanika fakültələrinin birinci kurs tələbələri ilə tanışlıq görüşü keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, ADNSU-nun Geoloji kəşfiyyat fakültəsinin dekanı, dosent Naməd Paşayev, Neft mexanika fakültəsinin dekanı, dosent Əlihikmət Əhmədov, Təhsilalanlarla iş şöbəsinin müdiri Rəna Cəbrayılova, Kitabxana İnformasiya Mərkəzinin müdiri Səlahət Mahmudova, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev və ADNSU Tələbə Gənclər Təşkilatının sədri İntiqam Quliyev çıxış edərək fakültələr, onların tədris və elmi fəaliyyət istiqamətləri, təhsil prosesində istifadə olunan metod və resurslar, universitetdə fəaliyyət göstərən mərkəzlər, xüsusi dərnək bölmələri, tələbə mobilliyi imkanları, elektron kitabxana və digər informasiya resurslarının əlçatanlığı barədə ətraflı məlumat veriblər.

Görüşdə həmçinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli təqdimatla çıxış edərək tələbələrə universitetin yeni layihələri və bu layihələrdə aktiv iştirakın əhəmiyyəti barədə geniş məlumat verib. O, universitetin informasiya mənbələrinin həm tələbələr, həm də geniş ictimaiyyət üçün əlçatanlığını vurğulayıb, mətbuat xidməti və sosial media platformaları vasitəsilə məlumat axınının necə təşkil olunduğunu izah edib. 

Görüş tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb və gənclərə universitet həyatına adaptasiya olmaq üçün vacib məlumatlar təqdim edilib.

1 /9

Şərhlər

Xəbər lenti

17 sentyabr, 11:37

Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təşkil olunan təlimlər yekunlaşıb

17 sentyabr, 11:29

Nazir müavini və DİM sədri Bərdə Dövlət Peşə Təhsil Mərkəzini ziyarət ediblər

17 sentyabr, 11:03

Universitetlərin inkişaf yolu: Rəqəmlərdən keyfiyyətə doğru

17 sentyabr, 10:47

Təhsilini yarımçıq qoymuş 36 tələbə AzMİU-ya bərpa olunub

17 sentyabr, 10:37

Azərbaycanlı tələbələr Qazaxıstanda təqaüdlə təhsil alacaqlar

17 sentyabr, 10:05

Üç peşə ixtisası üzrə bacarıqların qiymətləndirilməsi həyata keçirilib

17 sentyabr, 09:58

BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb

17 sentyabr, 09:55

Ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüşlər keçirilib

17 sentyabr, 09:51

ADPU yeni tələbələrini qarşılayıb

17 sentyabr, 09:43

AzTU İsrailin Holon Texnologiya İnstitutu ilə əməkdaşlığa başlayıb

17 sentyabr, 09:39

Dövlət Proqramı iştirakçısı “Diana” mükafatına layiq görülüb

16 sentyabr, 21:42

BƏƏ ilə təhsildə süni intellektin genişləndirilməsinə dair Memorandum imzalanıb

16 sentyabr, 18:03

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 16:40

Yüksək ballı tələbələr müəllimliyi seçdilər

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

16 sentyabr, 14:52

Lənkəran-Astara üzrə 8910 nəfər I siniflərdə dərslərə başlayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.