
Azərbaycan və BƏƏ arasında təhsildə süni intellekt əməkdaşlığı barədə memorandum imzalandı.
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, 16 sentyabr 2025-ci il tarixində Şuşada Azərbaycan Respublikası Prezidentinin və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidentinin iştirakı ilə mühüm sənədlərin mübadiləsi mərasimi keçirilib.
Tədbir çərçivəsində təhsil sahəsi üçün xüsusi əhəmiyyət kəsb edən bir razılaşma – Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə BƏƏ-nin “Presight” şirkəti arasında təhsildə süni intellektin (Aİ) istifadəsinin genişləndirilməsi üzrə Anlaşma Memorandumu imzalanıb.
Bu sənəd ölkəmizdə təhsildə rəqəmsal transformasiyanın sürətləndirilməsinə, innovativ texnologiyaların tətbiqi və süni intellekt alətlərinin geniş istifadəsinə imkan yaradacaq.
Memorandum çərçivəsində müəllim və tələbələrin Aİ əsaslı tədris həllərindən yararlanması, elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsi və təhsil sistemində idarəetmə proseslərinin optimallaşdırılması nəzərdə tutulur.
İmzalanma mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın yüksək səviyyəli görüşü zamanı baş tutub. Bu əməkdaşlıq iki ölkə arasında elm və təhsil sahəsində strateji tərəfdaşlığın yeni mərhələsinə yol açır.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər