Bütün xəbərlər
23 yanvar, 17:43

Texnologiyanın inkişafının təhsil sahəsinə təsiri hər ötən il bir az da artır. Xüsusilə son dövrlərdə dünyada hər bir sahəni dəyişdirən və sürətlə inkişaf edən süni intellekt həyatımıza sürətlə daxil olmağı bacarır. Bu sahə yalnız gündəlik həyatımızda deyil, iş dünyasında da dərin dəyişikliklərə yol açır, eyni zamanda, təhsil sistemində yeni üfüqlərə işıq saçır.

Süni intellekt tədrisin daha effektli, şəxsiyyətə uyğun və müasir tələblərə cavab verən şəkildə təşkil olunmasına imkan yaradır. Müasir universitetlər tələbələrini gələcəyin texnologiyalarına hazırlamaq məqsədilə süni intellektin təməl prinsiplərini dərslərdə əhatə etməyə başlayıb. Bu yanaşma tələbələrin yalnız mövcud texnologiyaları deyil, həm də gələcəkdəki texnoloji inkişafları anlamalarına və onları inkişaf etdirməklərinə imkan yaradır.

“Azərbaycan müəllimi”nin “Tədrisdə süni intellekt” rubrikası çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bu qlobal trendə və çağırışlara necə cavab verdiyini öyrənməyə çalışdıq.

Universitetin elmi işlər üzrə prorektoru, professor, Əməkdar elm xadimi Lətafət Qardaşova universitetdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə qəbul aparılan ixtisaslar haqqında məlumat verib. O bildirib ki, universitetdə bakalavriat səviyyə üzrə “Mexatronika və robototexnika mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi”, “İnformasiya texnologiyaları” və “Kompüter mühəndisliyi” ixtisasları mövcuddur.

Ali təhsilin magistratura səviyyəsi üzrə süni intellektlə bağlı “Verilənlərin təhlili” (Data analitikası), “Süni intellekt”, “Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı”, “Elektron idarəetmə" ixtisaslaşmaları, “Mexatronika və robototexnika mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi”, “İnformasiya texnologiyaları”, “Kompüter mühəndisliyi” ixtisasları, ADNSU-nun nəzdində UFAZ-da isə “Süni intellekt və verilənlər elmi” ixtisası mövcuddur.

Prorektor onu da bildirib ki, universitet növbəti tədris ilindən daha iki ixtisas üzrə də qəbul aparacaq. Bunlar "Data analitikası" və “Qida texnologiyaları” ixtisaslarıdır.

Tədris zamanı tələbələrin süni intellekt sahəsində tədqiqat aparmaq imkanından bəhs edən Lətafət Qardaşova bildirib: “Tələbələrə tədqiqat aparmaq imkanı verilir. Belə ki, tələbələrə buraxılış işi və dissertasiya mövzuları verilir. Mövzular əsasən süni intellektin tətbiqi və istifadəsi ilə əlaqədar təyin edilir. Məsələn, “Mobil yer robotları və PUA-lar üçün süni intellekt əsasında yolun planlaşdırılması”, “Naviqasiya və idarəetmə alqoritmləri”, “Təhlükəsizlik sistemlərində üz tanıma texnologiyaları”, “Süni intellektə əsaslanan istehsal proseslərinin layihələndirilməsi”, “Robot-insan nitq qarşılıqlılığının simulyasiyası”, “İntellektual robotlarda biliyin təsvir olunması üçün kritik təhlil”, ““Big Data” əsasında qərar qəbulu”, “Sənaye 4.0-da bulud hesablamalarının tətbiqi”, “Ağıllı istehsal sistemlərinin qurulmasında kompüter görməsinin tətbiqi” və s. kimi mövzular tələbələrə təqdim edilir. Tələbələr tərəfindən tədqiqatlar bu tip mövzular üzrə aparılır. Mövzular ADNSU-nun elmi klasterlərinə müvafiq seçilir.

Universitetimizdə süni intellekt və maşın öyrənməsi ilə bağlı laboratoriya mövcuddur. Laboratoriyada görmə sistemləri, kompüter sistemləri və s. proqram təminatları və robotlar var. 

ADNSU-da süni intellektin inkişafı üçün yüksək hesablama gücünə malik və Azərbaycanda yeganə serverli HPC (“High Performance Computing") Mərkəzi var. Burada yüksək səviyyədə elmi-tədqiqat işləri aparılır.

Süni intellekt sahəsində ilk dəfə ADNSU-da MatLab paketinə alternativ, yüksək qeyri-müəyyənliklə xarakterizə olunan, informasiyanı emal etmək qabiliyyətinə malik Z-Lab proqram paketi İnformasiya texnologiyaları və idarəetmə və İqtisadiyyat və menecment fakültələrinin nəzdində “Sənayedə və iqtisadiyyatda intellektual idarəetmə və qərar qəbul etmə” elmi-tədqiqat laboratoriyasında yaradılıb. Biznes, iqtisadiyyat, sənaye sahələri üzrə verilənlər və biliklər bazaları mövcuddur”.

Müsahibimiz bu ixtisaslar üzrə xarici universitetlərdə və ölkəmizdə təhsil almış yüksək reytinqli müəllimlərin tədris apardığını qeyd edib: “Bunlara misal olaraq Zigen, Münxen və Auqsburq universitetlərinin məzunu, Almaniya Süni intellekt laboratoriyasının əməkdaşı Nicat Mehdiyevi, Cənubi Koreyanın Sonqyunqvan Universitetinin məzunu, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) Layihə menecmenti bölməsinin rəhbəri Gülminə Məlikzadəni, Oklahoma Dövlət Universitetinin məzunu Emil Eminovu və digərlərini göstərmək olar. Tədrisdə dünyada süni intellekt sahəsində 3 kitabdan biri hesab olunan “Süni intellekt” kitabından istifadə olunur. Bu kitab 4 dildə nəşr olunub”. 

Bildirilib ki, müəllimlərin təkmilləşməsi və peşəkar inkişafı üçün universitetdə elmi seminarlar keçirilir. ADNSU tərəfindən “Web of Science” və “Scopus” elmmetrik bazalarında indekslənən üç konfrans: ICAFS – “Qeyri-səlis Sistemlərin Tətbiqi üzrə Beynəlxalq Konfrans”, ICSCCW – “Süni İntellekt, Sözlə Hesablama, Persepsiya, “Soft Computing” və Onun Tətbiqi üzrə Beynəlxalq Konfrans”, WCIS – “Sənayenin Avtomatlaşdırılması üçün İntellektual Sistemlər üzrə Beynəlxalq Konfrans” təşkil edilib və alimlər bu konfranslarda bilik və təcrübələrini bölüşüblər. 

Eyni zamanda, ADNSU süni intellekt sahəsində yerli və xarici institut və universitetlərin mütəxəssis və tədqiqatçıları ilə əməkdaşlığı var. Məsələn, ETN-nin İnformasiya Texnologiyaları İnstitutu, Almaniyanın Zigen Universiteti, ABŞ-nin Berkli Universiteti, Texas Universiteti, Corciya Dövlət Universiteti, Kanadanın Alberta Universiteti, Toronto Universiteti, Polşa Elmlər Akademiyası, Rumıniyanın Alexandru Ioan Cuza Universiteti, Türkiyənin Yaxın Doğu Universiteti kimi bir çox qurumla əməkdaşlığı var.

L.Qardaşova süni intellektlə bağlı tədris olunan fənlərin məzmununun aktuallığı ilə bağlı da məlumatlar paylaşıb: ““Süni intellekt” ixtisaslaşmasının kurikulumu qabaqcıl dünya universitetlərinin təcrübəsi öyrənilərək ADNSU-nun MBA proqramında Bolonya sisteminin prinsiplərinə uyğun hazırlanıb. Bu ixtisaslaşma üzrə Elm və Təhsil Nazirliyinin qrant layihəsi əsasında ilk dəfə ADNSU-da tədrisə başlanılıb. Tədrisdə fənlərin məzmununda yeni texnologiyalar və trendlər nəzərə alınır, fənlərarası tədqiqata xüsusi diqqət yetirilir və tədrisdə virtual proqramlardan istifadə olunur. Məlumdur ki, elm sahələri sinergiya olunduqda yeni nəzəriyyələr yaranır və problemlərin həlli üçün istifadə olunan yanaşmalar yeni məzmun kəsb edir. Bu da fənlərarası tədqiqatın aparılmasını dəstəkləyir. Bu gün fənlərarası tədqiqat mürəkkəb sosial-iqtisadi problemlərin həllinin ən təsirli yolu kimi qəbul edilir və hazırda yeni bilik axınlarını inkişaf etdirmək üçün müasir yanaşmalar süni intellektə əsaslanır. Buna görə də tədrisdə IV sənaye inqilabı, klassik və müasir süni intellekt, “Soft Computing” paradiqmaları nəzərə alınır. Hər il elmin və yeni texnologiyaların inkişafı ilə əlaqədar fənn sillabusları 15-20 faiz yenilənir.

“Süni intellekt” ixtisaslaşmasının FIBAA Beynəlxalq Akkreditasiya Təşkilatı tərəfindən akkreditasiyadan keçməsi gözlənilir. Bu ixtisaslaşmaya yaxın “Mexatronika və robototexnika mühəndisliyi” (Mechatronics) – ASIIN Beynəlxalq Akkreditasiyasından, “Kompüter mühəndisliyi” (Computer engineering) ixtisaslaşmaları – FIBAA Beynəlxalq Akkreditasiyasından keçib. “İnformasiya texnologiyaları” (Computer Information Systems) ixtisası da FIBAA Beynəlxalq Akkreditasiyasına hazırlanır”. 

Universitetin süni intellekt sahəsində təhsil alan tələbələrə yaratdığı staj imkanlarından danışan prorektor onu da bildirib ki, tələbələr təcrübə keçmək üçün Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun “Süni intellekt” laboratoriyasına, “IDRAK Texnologiya Transferi” şirkətinə və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə yönləndirilirlər. 

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.