Bütün xəbərlər
9 oktyabr, 17:54

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov təqaüdə çıxan müəllimlərlə görüş keçirib.

Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib.

Səmimi və mehriban şəraitdə keçən görüşdə rektor Rüfət Əzizov müəllimlərə uzun illər ərzində göstərdikləri səmərəli pedaqoji fəaliyyətə, elmin inkişafına və ixtisaslı mütəxəssislərin hazırlanmasına verdikləri töhfələrə görə təşəkkürünü bildirib. O, vurğulayıb ki, universitetin bu gün qazandığı uğurlarda onların əməyinin xüsusi payı var və hər bir təqaüdə çıxan müəllim ADNSU ailəsinin dəyərli üzvü olaraq qalacaq. 

Müəllimlər də onlara göstərilən diqqət və qayğıya, əmək fəaliyyətlərinin yüksək qiymətləndirilməsinə görə universitet rəhbərliyinə təşəkkür ediblər. Onlar uzun illər ərzində qazandıqları təcrübədən danışıblar, ADNSU haqqında xoş xatirələrini bölüşüblər.

Görüş zamanı müəllimlər təhsil prosesinin daha da təkmilləşdirilməsi, gənc kadrların elmi fəaliyyətə cəlb edilməsi istiqamətində öz tövsiyələrini də bölüşüblər.

Sonda rektor Rüfət Əzizov təqaüdə çıxan müəllimlərə uğurlu əmək fəaliyyətinə görə Təşəkkürnamə təqdim edib, onlara möhkəm can sağlığı, uzun ömür arzulayıb.

1 /8

Şərhlər

Xəbər lenti

9 oktyabr, 19:52

Peşə təhsili müəssisələrində “bootcamp”lara start verilib

9 oktyabr, 19:47

Sənaye və Texnologiya Kollecinə yeni direktor təyin edilib

9 oktyabr, 19:41

Bərdə rayonu üzrə təhsil sektoruna yeni müdir təyin edilib

9 oktyabr, 17:56

Peşə mərkəzinin tələbəsi beynəlxalq yarışda uğur qazanıb

9 oktyabr, 17:28

Valideynlərin diqqətinə: Qrip əleyhinə peyvəndlənmə prosesi başlayıb

9 oktyabr, 17:02

Kolleclərə qeydiyyat prosesi uzadılıb

9 oktyabr, 16:50

Məktəb və bağçalarda üztanıma sistemi tətbiq olunacaq – YENİLİK

9 oktyabr, 16:27

Vətən müharibəsi iştirakçıları məktəblilərlə görüşüblər

9 oktyabr, 16:22

Gələcək təhsil liderlərinin mentorluq proqramı başlayır

9 oktyabr, 15:48

Gənc mühəndislərin ixtirası: Görməyənlər üçün “görən” eynək

9 oktyabr, 15:39

Qobu məktəbliləri Sumqayıtın sahilyanı ərazisini təmizləyiblər

9 oktyabr, 15:09

Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlandı

9 oktyabr, 15:02

“Peerstack Academy”də 3-cü kohort üzrə ilk dərs keçilib

9 oktyabr, 14:48

Paytaxt məktəbində bir ilk: QR kitabxana yaradılıb

9 oktyabr, 14:48

Azərbaycan elminin beynəlxalq elmi mühitə inteqrasiyasında yeni istiqamət

9 oktyabr, 14:31

Fizika İnstitutunda su ehtiyatlarının idarə olunmasına dair görüş keçirilib

9 oktyabr, 14:27

“Dünyanı dəyişən gənclər” – Qarabağ Universitetinin tələbələrinin təəssüratları

9 oktyabr, 14:20

İqlim dəyişikliyinin təhsil sisteminə təsiri: Çağırışlar və həll yolları

9 oktyabr, 13:46

Bakı Avrasiya Universitetində "Miqrasiya qaydaları"mövzusunda tədbir keçirilib 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.