
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Qobu qəsəbəsinin Ə.İbrahimov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdlərinin iştirakı ilə Sumqayıt şəhərinin sahilyanı ərazisinin təmizlənməsi aksiyası təşkil olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, aksiyanın təşəbbüskarı olan Milli Məclisin deputatı Nigar Məmmədovanın sözlərinə görə, əsas məqsəd Xəzər dənizinin biomüxtəlifliyinin mühafizəsinə töhfə vermək, ərazilərin məişət tullantılarından təmizlənməsini təmin etmək, ətraf mühitin qorunması və məktəblilər arasında ekoloji maarifləndirmənin təşkilidir.
“Bu aksiyada uşaqların böyük həvəslə iştirak etməsi göstərdi ki, gələcəyimiz olan gənc nəsil təbiətə biganə deyil. Bu kimi aksiyalar həm ekoloji şüur formalaşdırır, həm də hər bir uşağın ətraf mühitin qorunmasında məsuliyyətli vətəndaş kimi yetişməsinə töhfə verir”, – deyə Nigar Məmmədova vurğulayıb.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər