Bütün xəbərlər
9 oktyabr, 13:46

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında miqrasiya qaydaları, tibbi əlçatanlıq və ölkə tanıtımı mövzularında maarifləndirmə" layihəsi çərçivəsində Bakı Avrasiya Universitetində tədbir keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə ilk çıxış edən Bakı Avrasiya Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Sevda Rzayeva iştirakçılara universitet rəhbərliyinin salamlarını çatdırıb, çalışdığı ali təhsil ocağında yeni dərs ilində tətbiq edilən son yeniliklərdən, tələbələr üçün yaradılan şəraitdən danışaraq, Dövlət Miqrasiya Xidməti əməkdaşlarının əcnəbi tələbələrlə görüşlərinin əhəmiyyətli olduğunu vurğulayıb.

Layihə rəhbəri, DMX yanında İctimai Şuranın üzvü Vidadi Fətullayev ölkəmizin yüksələn beynəlxalq nüfuzunun və iqtisadi inkişafının nəticəsi olaraq, universitetlərimizdə təhsil almaq üçün gələn xarici ölkə vətəndaşlarının sayının ildən-ilə artdığını vurğulayıb, bu sahədə ali məktəblərin və aidiyyatı dövlət qurumlarının birgə atdıqları addımlardan ətraflı bəhs edib və tədbirin keçirilməsinə dəstək olan Dövlət Miqrasiya Xidməti, QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Bakı Avrasiya Universitetinin rəhbərliyinə minnətdarlığını bildirib. 

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin Hüquqi təminat idarəsinin rəis müavini Xəyalə Abbasova mövcud miqrasiya qaydaları barədə tədbir iştirakçılarına geniş məlumat verib. 

Miqrasiya Nəzarəti Baş İdarəsinin baş inspektoru Xəyalə İsmayılova, Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin inspektoru Ayxan Rzayev və Miqrasiya Proseslərinin Tənzimləmə Baş İdarəsinin baş inspektoru Nihat Kazımov tədbirdə iştirak edən əcnəbi tələbələri maraqlandıran sualları cavablandırıb və miqrasiya qanunvericiliyinin əcnəbi tələbələrlə bağlı müddəalarına dair müfəssəl izahatlar veriblər.

1 /3

Şərhlər

Xəbər lenti

9 oktyabr, 17:56

Peşə mərkəzinin tələbəsi beynəlxalq yarışda uğur qazanıb

9 oktyabr, 17:54

ADNSU-nun rektoru təqaüdə çıxan müəllimlərlə görüşüb

9 oktyabr, 17:28

Valideynlərin diqqətinə: Qrip əleyhinə peyvəndlənmə prosesi başlayıb

9 oktyabr, 17:02

Kolleclərə qeydiyyat prosesi uzadılıb

9 oktyabr, 16:50

Məktəb və bağçalarda üztanıma sistemi tətbiq olunacaq – YENİLİK

9 oktyabr, 16:27

Vətən müharibəsi iştirakçıları məktəblilərlə görüşüblər

9 oktyabr, 16:22

Gələcək təhsil liderlərinin mentorluq proqramı başlayır

9 oktyabr, 15:48

Gənc mühəndislərin ixtirası: Görməyənlər üçün “görən” eynək

9 oktyabr, 15:39

Qobu məktəbliləri Sumqayıtın sahilyanı ərazisini təmizləyiblər

9 oktyabr, 15:09

Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlandı

9 oktyabr, 15:02

“Peerstack Academy”də 3-cü kohort üzrə ilk dərs keçilib

9 oktyabr, 14:48

Paytaxt məktəbində bir ilk: QR kitabxana yaradılıb

9 oktyabr, 14:48

Azərbaycan elminin beynəlxalq elmi mühitə inteqrasiyasında yeni istiqamət

9 oktyabr, 14:31

Fizika İnstitutunda su ehtiyatlarının idarə olunmasına dair görüş keçirilib

9 oktyabr, 14:27

“Dünyanı dəyişən gənclər” – Qarabağ Universitetinin tələbələrinin təəssüratları

9 oktyabr, 14:20

İqlim dəyişikliyinin təhsil sisteminə təsiri: Çağırışlar və həll yolları

9 oktyabr, 13:40

Naxçıvanda  25 icma əsaslı məktəbəqədər qrup yaradılıb

9 oktyabr, 13:25

Süni intellekt dövründə təhsil: gələcəyə necə hazırlaşmalıyıq?

9 oktyabr, 13:07

“Səsimi dostum kəşf etdi” – Retro mahnıların vurğunu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.