Bütün xəbərlər
3 iyun, 14:06

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan–Fransız Universitetinin (UFAZ) təşkilatçılığı ilə mayın 3-də “UFAZ Beynəlxalq Konfransı 2025: kimya, proseslər və materiallar” mövzusunda konfrans işə başlayıb.

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, konfrans UFAZ-ın Baş katibi Martin Qodonun açılış nitqi ilə başlayıb.

Sonra ADNSU-nun rektoru dosent Rüfət Əzizov rəhbəri olduğu universitetin fəaliyyəti, tələbə və məzunların nailiyyətləri, beynəlxalq və yerli tədbirlərdə uğurları, həmçinin sənaye sahələrinə töhfələri və tədqiqat potensialı ilə bağlı təqdimatla çıxış edib.

Konfransın əsas tərəfdaşlarından olan “SOCAR Polymer”in baş direktoru Fuad Əhmədov çıxışında sahə peşəkarlarının və gənc tədqiqatçıların sənaye sahəsindəki rolunu yüksək qiymətləndirib. Baş direktor “SOCAR Polymer”in fəaliyyətindən, istehsal gücündən, ixraca töhfəsindən, eyni zamanda, peşəkar kadrların hazırlanması üçün təcrübə proqramlarından və qlobal sənaye istehsalçıları ilə dayanıqlı rəqabət qabiliyyətindən bəhs edib.

Ardınca UFAZ-ın professoru və kimya müəllimi Dünya Babanlı konfransın ilk sessiyasının sədri kimi spiker və təqdimatçılara ümumi məlumat verib. Əsas spiker olan Mixael Köhler “İyerarxik quruluşlu zərrəciklərin kimya və mühəndislik sahələrindəki rolu” haqqında məruzə ilə çıxış edib. Sonra iştirakçıların mövzu üzrə suallar cavablandırılıb.

Konfransın ilk sessiyası Gülnar Qəhrəmanova (ADNSU/UFAZ), Sevinc Cavadova (Kataliz və Qeyri-üzvi Kimya İnstitutu), İrfan Məhəmməd (Hindistanın Tirupati Texnologiya İnstitutu) və Lara Mikakın (Ruder Boşkoviç İnstitutu) çıxışları ilə davam edib.

ADNSU-nun Ümumi kimya kafedrasının müdiri Minirə Ağahüseynovanın sədrliyi ilə ikinci sessiyada əsas spiker kimi Dünya Babanlı qatlı xalkogenidlər əsasında topoloji izolyator materialların hazırlanması ilə bağlı təqdimatla çıxış edib. Ardınca Elnur Oruclu (ADNSU), Kəmalə Bədəlova (Azərbaycan Tibb Universiteti) və Şəbnəm Feyziyevanın (Strasburq Universiteti) çıxışları dinlənilib.

UFAZ-ın müəllimi Gülnaz Qəhrəmanovanın sədrliyi ilə keçirilən üçüncü sessiyasında əsas spiker Stefano Belluci ətraf mühitin bərpasında qabaqcıl karbon nanomateriallarının tətbiqi ilə bağlı çıxış edib. Ardınca Minirə Ağahüseynova (ADNSU), Ülviyyə Qurbanova (Neft-Kimya Prosesləri İnstitutu) və Təhminə Tağı (ADNSU/UFAZ, CNRS, Strasburq Universiteti) təqdimatla çıxış ediblər.

Qeyd edək ki, kimya, proses və material elmlərinə həsr olunmuş üç günlük konfrans beynəlxalq və yerli alimləri, professor və sənaye liderlərini, eyni zamanda təhsil işçiləri, gənc tədqiqatçılar və tələbələri bir araya gətirir.

Konfrans ayın 5-dək davam edəcək.

1 /13

Şərhlər

Xəbər lenti

5 iyun, 12:05

Əvvəl Bakı, sonda İsmayıllı – Gözlənilməz qalibin hekayəsi

5 iyun, 11:41

“Müasir metodist” layihəsini uğurla tamamlayanların statistik göstəriciləri açıqlanıb

5 iyun, 11:31

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilib

5 iyun, 11:10

BANM tələbələri beynəlxalq yarışda iştirak hüququ qazanıblar

5 iyun, 11:01

I siniflərin sərbəst qaydada məktəb və müəllim seçimi başladı

5 iyun, 10:53

Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

5 iyun, 10:46

Sertifikasiya təkcə imtahan yox, həm də müəllimin inkişafının təminatçısı olmalıdır – RƏY

5 iyun, 10:30

Real tarixi hekayələr, fərdi yanaşma… - Kənd məktəblərinin uğurlu təcrübəsi 

5 iyun, 10:29

Məktəblilər “54-cü Beynəlxalq məktub yazısı” müsabiqəsində iştirak ediblər

5 iyun, 10:15

Lisey və gimnaziyalara qeydiyyat başlayır

5 iyun, 09:59

ARTİ-nin şöbə müdiri Qazaxıstan Pedaqoji Elmlər Akademiyasının xarici üzvü seçilib

5 iyun, 09:51

Azərbaycan Milli Konservatoriyasında “Bülbülə ehtiramla” adlı tədbir keçirilib

5 iyun, 09:42

AƏSMA və TİF arasında əməkdaşlıq müqaviləsi imzalanıb

4 iyun, 19:10

İki qızıl, iki gümüş: Gülayın ədəbiyyatdakı yüksəlişi 

4 iyun, 17:54

Biləsuvar Təhsil Kompleksində Kembric kurikulumunun tətbiqinə başlanılır

4 iyun, 17:29

Qarabağ Universitetində yaz imtahan sessiyası başlayıb

4 iyun, 17:10

Rəqslə böyüyən istedad – 14 yaşlı Sinayın uğur hekayəsi

4 iyun, 17:09

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

4 iyun, 16:59

“Çəkişmə” hüquq müsabiqəsi yekunlaşıb

4 iyun, 16:36

“Azərbaycanın təhsil imkanları valideynlərimin diqqətini çəkdi” Əlcəzairli tələbə

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.