Bütün xəbərlər
7 oktyabr, 14:48

Oktyabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə şəhid ailələrinin, veteranların, dövlət rəsmilərinin,  tələbələrin, kursant və zabitlərin, ziyalıların iştirakı ilə  “Azərbaycan - müharibənin qalibi, sülhün müəllifi” mövzusunda keçirilən konfrans keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, konfransda ADPU-nun rektoru professor Cəfər Cəfərov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, İncəsənət və fiziki tərbiyə fakültəsinin dekanı Anar Fərmayılov, universitetin tələbə və müəllimləri də iştirak ediblər.

Rektor Cəfər Cəfərov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi tarixi Zəfərin milli tariximizdə mühüm mərhələ olduğunu qeyd edib. O, bildirib ki, bu Zəfər təkcə hərbi qələbə deyil, həm də xalqımızın uzun illər davam edən milli birliyinin, dövlətinə və ordusuna olan sarsılmaz inamının təntənəsidir. Rektor vurğulayıb ki, məhz bu qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunub, xalqımız ədalətin və tarixi haqqın bərpasına şahidlik edib. Qeyd edilib ki, bu gün ölkəmizdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri, azad edilmiş torpaqlarda həyatın yenidən canlanması Prezident İlham Əliyevin qətiyyətli siyasətinin və qalib xalqımızın iradəsinin parlaq göstəricisidir. 

Konfransda Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai, Nərimanov Rayon İcra Hakimiyyətinin başçı Elgin Həbibullayev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov və başqaları çıxış edərək, 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbə, 2023-cü ildə həyata keçirilən suverenliyin tam bərpası əməliyyatı böyük hərbi, tarixi, siyasi və mənəvi əhəmiyyəti, Azərbaycanın həm müharibə, həm də diplomatik müstəvidəki uğurları barədə danışıblar.

ADPU-nun müəllimi, ehtiyatda olan polkovnik Qabil Talıbov, İncəsənət və fiziki tərbiyə fakültəsinin IV kurs tələbəsi Ülvi Həsənzadə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində gerçəkləşən suverenliyin tam bərpası əməliyyatının önəmindən danışıblar. Natiqlər qeyd ediblər ki, məhz Azərbaycan Respublikası Prezidentinin qətiyyəti, Silahlı Qüvvələrimizin fədakarlığı, xalqımızın həmrəyliyi tarixi zəfərimizi təmin edib, uzun illərdir davam edən işğal probleminə son qoyub.

Konfrans çıxışlardan sonra müzakirələrlə davam edib.

1 /12

Şərhlər

Xəbər lenti

7 oktyabr, 17:24

“Bu təqaüd mənim üçün böyük məsuliyyətdir” – Prezident təqaüdçülərinin təəssüratları

7 oktyabr, 17:19

LDU-da “Azad Mirzəcanzadə İnkişaf Proqramı”nın növbəti infosessiyası keçirilib

7 oktyabr, 16:59

“Ali riyaziyyat üzrə yarış – 3”ün qalibləri mükafatlandırılıb

7 oktyabr, 16:35

“Gündəlik xərclərim və təhsil məsələlərimdə bu təqaüd mənə böyük dəstək olacaq” – Prezident təqaüdçüləri

7 oktyabr, 16:16

Riyaziyyat olimpiadasının 8-9-cu siniflər üzrə II mərhələsi keçiriləcək

7 oktyabr, 15:26

İlham Əliyev: Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq

7 oktyabr, 15:08

Nobel laureatlarının kəşfi elmi və klinik irəliləyişlərə təkan verəcək – Gənc tədqiqatçı

7 oktyabr, 14:47

Övladınız dərs oxumursa, bunları edin! – Psixoloqdan tövsiyə

7 oktyabr, 13:59

Fizika üzrə Nobel laureatlarının adları açıqlandı

7 oktyabr, 13:45

73 yaşlı tələbə III MDB Oyunlarının könüllüsü oldu 

7 oktyabr, 13:40

Ən çox kredit alanlar bu ixtisaslarda oxuyurlar – SİYAHI

7 oktyabr, 13:32

Təhsil tələbə krediti üçün ayrılan vəsaitin məbləği artıb

7 oktyabr, 13:30

Tələbələrin 470 min manatdan çox kredit borcu bağışlanıb

7 oktyabr, 13:28

24 ailədən üç nəfər təhsil tələbə krediti alıb

7 oktyabr, 13:26

Ən çox kredit alanlar bu universitetlərin tələbələridir – SİYAHI

7 oktyabr, 13:20

Mütəxəssis: Karyera planlamasında valideyn-dost məsləhətləri hər zaman uğurlu olmur – MÜSAHİBƏ

7 oktyabr, 13:12

Tələbələrə 60 milyon manatdan çox təhsil krediti verilib

7 oktyabr, 13:03

Nazir müşaviri: Son üç ildə elmi məqalələrimizin keyfiyyəti artıb

7 oktyabr, 12:34

NDU-da startapçı tələbələrlə görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.