Bütün xəbərlər
7 oktyabr, 13:59

İsveç Karolinska İnstitutunun Nobel Assambleyasının qərarı ilə 2025-cü il üçün fizika üzrə Nobel Mükafatına Con Klark (Böyük Britaniya), Mişel Devor (Fransa) və Con Martines (ABŞ) "elektrik dövrəsində makroskopik kvant mexaniki tunel və enerji kvantlaşdırma kəşfinə görə" layiq görülüblər.

“Azərbaycan müəllimi” xəbər verir ki, builki Nobel mükafatı laureatları elektrik dövrəsi ilə təcrübələr aparıblar, burada həm kvant mexaniki tunelləmə, həm də kvant enerji səviyyələrini nümayiş etdiriblər. Fizika üzrə Nobel mükafatı, kvant kriptoqrafiyası, kvant kompüterləri və kvant sensorları da daxil olmaqla yeni nəsil kvant texnologiyalarının inkişafı üçün imkanlar açır.

Con Klark 1942-ci ildə İngiltərənin Kembric şəhərində anadan olub. 1968-ci ildə Kembric Universitetində doktorluq dərəcəsini alıb. ABŞ-ın Berkeley şəhərindəki Kaliforniya Universitetinin professorudur. 

Mişel Devor 1953-cü ildə Fransanın Paris şəhərində anadan olub. 1982-ci ildə Fransanın Paris-Cənub Universitetində doktorluq dərəcəsi alıb. Konnektikut ştatının Nyu-Haven şəhərindəki Yale Universitetinin və ABŞ-ın Santa Barbara şəhərindəki Kaliforniya Universitetinin professorudur. 

Con Martinis 1958-ci ildə anadan olub. Fəlsəfə doktoru (1987), Kaliforniya Berkli Universitetinin professorudur. 

İsveç Kral Elmlər Akademiyası tərəfindən oktyabrın 8-də isə kimya üzrə laureatların, oktyabrın 9-da ədəbiyyat üzrə laureatın adı məlum olacaq.

Norveç Nobel Komitəsi tərəfindən isə oktyabrın 10-də Osloda 2025-ci ilin Sülh mükafatı laureatının adı açıqlanacaq.  Alfred Nobelin xatirəsinə iqtisad elmləri üzrə İsveç Bankının mükafatına (Sveriges Riksbank Prize) layiq görüləcək alimin adı oktyabrın 13-də elan olunacaq.

Qeyd edək ki, mükafatın təqdimat mərasimi dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında Alfred Nobelin doğum günündə keçiriləcək.

Şərhlər

Xəbər lenti

7 oktyabr, 17:24

“Bu təqaüd mənim üçün böyük məsuliyyətdir” – Prezident təqaüdçülərinin təəssüratları

7 oktyabr, 17:19

LDU-da “Azad Mirzəcanzadə İnkişaf Proqramı”nın növbəti infosessiyası keçirilib

7 oktyabr, 16:59

“Ali riyaziyyat üzrə yarış – 3”ün qalibləri mükafatlandırılıb

7 oktyabr, 16:35

“Gündəlik xərclərim və təhsil məsələlərimdə bu təqaüd mənə böyük dəstək olacaq” – Prezident təqaüdçüləri

7 oktyabr, 16:16

Riyaziyyat olimpiadasının 8-9-cu siniflər üzrə II mərhələsi keçiriləcək

7 oktyabr, 15:26

İlham Əliyev: Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq

7 oktyabr, 15:08

Nobel laureatlarının kəşfi elmi və klinik irəliləyişlərə təkan verəcək – Gənc tədqiqatçı

7 oktyabr, 14:48

ADPU-da “Azərbaycan - müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans keçirilib

7 oktyabr, 14:47

Övladınız dərs oxumursa, bunları edin! – Psixoloqdan tövsiyə

7 oktyabr, 13:45

73 yaşlı tələbə III MDB Oyunlarının könüllüsü oldu 

7 oktyabr, 13:40

Ən çox kredit alanlar bu ixtisaslarda oxuyurlar – SİYAHI

7 oktyabr, 13:32

Təhsil tələbə krediti üçün ayrılan vəsaitin məbləği artıb

7 oktyabr, 13:30

Tələbələrin 470 min manatdan çox kredit borcu bağışlanıb

7 oktyabr, 13:28

24 ailədən üç nəfər təhsil tələbə krediti alıb

7 oktyabr, 13:26

Ən çox kredit alanlar bu universitetlərin tələbələridir – SİYAHI

7 oktyabr, 13:20

Mütəxəssis: Karyera planlamasında valideyn-dost məsləhətləri hər zaman uğurlu olmur – MÜSAHİBƏ

7 oktyabr, 13:12

Tələbələrə 60 milyon manatdan çox təhsil krediti verilib

7 oktyabr, 13:03

Nazir müşaviri: Son üç ildə elmi məqalələrimizin keyfiyyəti artıb

7 oktyabr, 12:34

NDU-da startapçı tələbələrlə görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.