Bütün xəbərlər
17 mart, 09:16

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil Nazirliyinin ali təhsil üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaratdığı Komissiyanın tərkibində formalaşdırılmış Təhsil ixtisasları qrupu üzrə İşçi qrupunun növbəti iclası keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə İşçi qrupun üzvləri,  ali təhsil müəssisələrinin professor-müəllim heyəti, KİV nümayəndələri, əmək bazarı nümayəndələri və digər müvafiq qurumların təmsilçiləri iştirak ediblər.

ADPU-nun rektoru, İşçi qrupun həmsədri professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq İşçi qrupun qarşısında duran prioritet məsələlərdən danışıb və İşçi qrupun ilk iclasından bəri icra edilmiş işlər barədə məlumat verib.

İşçi qrupun həmsədri, “Hədəf” şirkətlər qrupunun baş direktoru Şəmil Sadiqov təkliflərlə çıxış edib.

İşçi qrupun üzvü, ADPU-nun tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov təhsil müəssisələrinin təklifi əsasında Təhsil ixtisasları qrupu üzrə İşçi qrupun daxilində alt işçi qrupların yaradılması və üzvlərinin müəyyən edilməsi barədə təqdimatla çıxış edib. Alt qrupların tərkibi təsdiqlənib.

Daha sonra magistratura təhsil səviyyəsi üzrə “7001001-Pedaqogika” ixtisas üzrə  ixtisaslaşmaların yekun siyahısının təsdiq edilməsi müzakirəyə çıxarılıb. Dosent Eldar Aslanov qeyd edib ki, proqram üzrə təsdiqi təklif edilən yeni ixtisaslaşmalar müəyyən edilərkən müasir dövrün reallıqları, ali təhsil müəssisələri və əmək bazarının təklifləri ilə yanaşı, xüsusilə də dünya praktikası və dünyanın qabaqcıl ali təhsil müəssisələrinin magistratura ixtisaslaşmalarının təhlili əsas götürülüb. Təkliflər əsasında yeni ixtisaslaşmalar - İnformatikanın tədrisi, Kompüter elmlərinin tədrisi, Rəqəmsal bacarıqlar və təhsil texnologiyaları, Təhsil psixologiyası, Аzərbаycаn dilinin tədrisi, Аzərbаycаn ədəbiyyаtının tədrisi, Аzərbаycаn dilinin xarici dil kimi tədrisi, Xüsusi təhsil, İnklüziv təhsil, Məktəbəqədər təhsil, Erkən yaşlı uşaqların təhsili və tərbiyəsi, Xüsusi istedadlı uşaqların təhsili, Təhsil psixologiyası, Təbiət fənninin tədrisi, Müqayisəli təhsil, Ailə pedaqgikası, Təhsil siyasəti, Təhsil proqramının tərtibi və təkmilləşdirilməsi ixtisaslaşmaları da daxil olmaqla yekun proqram müzakirə edilərək təsdiqlənib.

İclas İşçi qrup üzvlərinin təkliflərin müzakirəsi və növbəti görüş üçün hədəflərin müəyyənləşdirilməsi ilə davam edib.

Qeyd edək ki, Komissiyanın təsdiqlədiyi magistratura təhsil səviyyəsi üzrə “7001001-Pedaqogika” ixtisası üzrə ixtisaslaşmaların yeni siyahısı Elm və Təhsil Nazirliyinə təqdim olunacaq.

1 /5

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.