Bütün xəbərlər
8 may, 17:46

Mayın 17-18-də ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin IV və VI siniflərində monitorinq qiymətləndirilməsi həyata keçiriləcək. Bu ildən etibarən monitorinq prosesində rəqəmsal mərhələyə keçid baş tutur.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, qiymətləndirmənin müəyyən hissəsinin kompüter əsaslı formatda təşkili planlaşdırılır.

Artıq bu istiqamətdə ilk addımlar atılıb. Aprelin 12-13-də monitorinqin sınaq mərhələsi ilk dəfə kompüter əsaslı formatda təşkil olunub və uğurla başa çatıb. Sınaq prosesinə hər sinif üzrə 900-ə yaxın şagird cəlb edilib.

Cari ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərən bir sıra ümumi təhsil müəssisələrində 10 000-dək şagirdin kompüter əsaslı monitorinq qiymətləndirməsində iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, monitorinq prosesində rəqəmsallaşmanın tətbiqi ilə əsas məqsəd təhsildə qiymətləndirmə modelinin mərhələli şəkildə kompüter əsaslı formata keçirilməsidir. Bu isə daha çevik, şəffaf və effektiv qiymətləndirmə mexanizminin qurulmasına xidmət edir.

Şərhlər

Xəbər lenti

13 iyun, 14:24

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başa çatır

13 iyun, 14:20

AzMİU-da tələbələr insan hüquqları barədə maarifləndiriliblər

13 iyun, 13:35

Texnologiyanı sevdirən müəllim: Bu fənni elmi yanaşma, mühəndisliklə birləşdirirəm

13 iyun, 13:08

İşğaldan azad olunmuş ərazilərdə Milli park yaradılır

13 iyun, 13:00

Səssiz sinif, “dəcəl” şagirdlər və “Bizsiz darıxacaqsınız” deyən məzunlar REPORTAJ

13 iyun, 12:30

DİN-dən "Son zəng"lə bağlı xəbərdarlıq

13 iyun, 12:30

Sabahın hava proqnozu açıqlanıb

13 iyun, 12:27

İşğaldan azad edilmiş rayonların məktəblərinin 84 şagirdi məzun olacaq

13 iyun, 11:57

Paytaxt məktəbliləri yerli və beynəlxalq olimpiadalarda 89 medal qazanıblar

13 iyun, 11:40

Onkoloji xəstə olan Sadiq: Oxumağa olan böyük həvəsim mənə ağrılarımı unutdurur

13 iyun, 11:11

Prezident İlham Əliyev: Azərbaycanın səhiyyə sistemi bu gün yüksək hazırlıqlı kadr potensialına malikdir

13 iyun, 10:45

Əl əməyi, real bacarıqlar - İsmayıllıda Peşə Günü

13 iyun, 10:40

Türk Dövlətləri Təşkilatının özbəkistanlı nümayəndələri LDU-da olublar

13 iyun, 10:30

215 məktəbdə STEAM layihəsi tətbiq edilib

13 iyun, 10:29

Naxçıvan şəhərində uşaq əməyindən istifadə halları aşkarlanıb

13 iyun, 10:27

ADPU-da XI Beynəlxalq Təhsil və İnnovativ Elmlər Konqresi keçirilir

13 iyun, 10:25

Sertifikasiya nəyi dəyişdirdi? - Naxçıvan müəllimlərinin təəssüratları 

13 iyun, 10:14

İdris İsayev AzTU-da Kitabxana İnformasiya Mərkəzinin açılışında iştirak edib

13 iyun, 10:02

Bu universitet 165 fənn üzrə 63 vakansiya elan etdi

12 iyun, 20:27

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsi başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.