Bütün xəbərlər
19 mart, 10:35

Martın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Dövlət müstəqilliyi və suverenliyimizin bərpası şərəf tariximizdir” mövzusunda elmi konfrans keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, konfransı giriş sözü ilə açan  filialın direktoru dosent Vurğun Məmmədov qeyd edib ki, ölkə prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycanda “Konstitusiya və suverenlik ili” elan edilib. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində ümumilli lider Heydər Əliyevin xidmətlərindən bəhs edən direktor ötən 33 ildən artıq bir dövrdə ölkəmizdə həyata keçirilmiş konstitusiya və institusional islahatlardan bəhs edib.

Konfransda elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev “Milli müstəqilliyin və dövlət suverenliyinin möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri”, tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva “Heydər Əliyevin ideya-nəzəri irsində milli dil mənəvi dəyərlərin təşəkkülü və inkişafı amili kimi”, Humanitar fənlər kafedrasının baş müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru İbrahim Abdusəlimli “Müstəqillik illərində Azərbaycanda ali təhsil islahatları və Bolonya Bəyannaməsi”, həmin kafedranın müəllimi Natiq Salamov “Müstəqil Azərbaycanda Konstitusiya yaradıcılığının tarixi inkişaf yolu” mövzusunda mühazirə ilə çıxış ediblər.

Şərhlər

Xəbər lenti

21 iyun, 18:09

Şuşada çalışmaq şansımı itirsəydim, bunu özümə bağışlamayacaqdım – Azad edilmiş ərazilərdə dərs keçən müəllimlər

21 iyun, 18:00

“Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” – Naxçıvanda respublika elmi konfransı

21 iyun, 17:40

Toylarından 5 gün sonra imtahan verib uğur qazandılar

21 iyun, 17:30

ADNSU-nun rektoru Yay məktəbinin tələbələri ilə görüşüb

21 iyun, 16:37

Nazir müavini 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammiti çərçivəsində görüşlər keçirib

21 iyun, 16:26

Sertifikatlaşdırma müəllimlərə maddi dəstəkdir – İmtahandan uğurla keçənlər danışırlar

21 iyun, 16:18

DMA və MÜTDA nümayəndələri arasında görüş keçirilib

21 iyun, 16:01

Kənan Kərimzadə 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində çıxış edib

21 iyun, 15:56

Dövlət Agentliyi valideynlərə və məktəblərə təşəkkür etdi

21 iyun, 15:16

Məktəbəhazırlıq qruplarına qəbul zamanı prioritet tətbiq olunan məktəblər - SİYAHI

21 iyun, 14:56

Qabiliyyət imtahanlarına start verilib

21 iyun, 14:24

Gənc ailənin sertifikasiya uğuru

21 iyun, 14:09

NDU Macarıstan universiteti ilə ikili diplom proqramına başlayıb

21 iyun, 14:05

Stereotipləri aşan futbolçu qız: Mövsümün ən çox qol vuran oyunçusu

21 iyun, 12:38

Cəlilabadın güləşçi məktəblisi gümüş medal qazandı

21 iyun, 12:30

Sabahın hava proqnozu açıqlanıb

21 iyun, 12:26

Nazir müavini İstanbulda 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində iştirak edir

21 iyun, 12:19

ARTİ rəsmisi: Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər vaxtında düzgün seçildiklərini sübut edirlər

21 iyun, 11:53

Nəzakət Mehdiyeva: Sertifikatlaşdırma uğurlu müəllimlər üçün əlavə peşəkar imkanlar yaradır

21 iyun, 11:28

"Elsevier" və Azərbaycan nümayəndə heyəti arasında görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.