Bütün xəbərlər
20 may, 15:24

Azərbaycan Dillər Universitetində (ADU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suverenlik və Konstitusiya: Gəncliklə gələcəyə” mövzusunda forum keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Forum iştirakçılarını salamlayan Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, Azərbaycan dövlətinin suverenliyinin möhkəmləndirilməsi, insan hüquqlarının qorunması və müstəqil dövlət quruculuğu Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi kontekstində inkişaf edir. Azərbaycan dövləti müstəqilliyini bərpa etdiyi gündən etibarən hüquqi dövlət quruculuğu prosesinə xüsusi önəm verib və bu istiqamətdə böyük nailiyyətlər əldə olunub.

Akademik Kamal Abdulla forumda çıxışı zamanı milli dəyərlərin qorunmasının və hüquqi şüurun formalaşdırılmasının cəmiyyətin gələcək inkişafında mühüm rol oynadığını qeyd edib. Rektor belə tədbirlərin gənclərin hüquqi biliklərinin artırılması, onların vətəndaş məsuliyyətinin dərk olunması və fəal sosial mövqe nümayiş etdirməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva forum iştirakçılarını salamlayaraq bildirib ki, insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl və kompleks islahatlar həyata keçirilmiş, bu istiqamətdə fundamental hüquqi baza formalaşdırılmışdır.

Bildirilib ki, 18 may – 18 iyun tarixləri ölkəmizdə “İnsan hüquqları aylığı” elan edilib, həmin təşəbbüsə qoşulmaqla insan hüquqlarına həsr olunmuş silsilə maarifləndirmə tədbirləri keçirilir. “İnsan hüquqları aylığı” çərçivəsində hüquq və azadlıqların təbliği, ictimaiyyətin hüquqi biliklərinin artırılması, insan hüquqları sahəsində mövcud çağırışların müzakirəsi və milli səviyyədə həyata keçirilmiş fəaliyyətlərin ictimailəşdirilməsi nəzərdə tutulur. Xüsusilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması nəzərə alınaraq, tədbirlərdə milli konstitusiya dəyərlərinin və qanunun aliliyinin təbliğinə xüsusi önəm verilir.

Forumda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, dosent Zaur Əliyev “Azərbaycan Respublikasının Konstitusiyası və İnsan hüquqları”, ADU-nun Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli “Heydər Əliyev irsi, müstəqil dövlətçilik və müasirlik”, ADU-nun Təhsil fakültəsinin dekanı, professor Hikmət Əlizadə “Suverenlik xalqın milli sərvətidir”, ADU-nun tələbəsi Leyla Rzazadə “İkinci Qarabağ müharibəsində informasiya cəbhəsi: Azərbaycan Dillər Universitetinin tələbə və akademik heyətinin dəstəyi” mövzularında çıxış ediblər. Natiqlər Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquqlarının təmini və müdafiəsi istiqamətində görülmüş işlərdən, habelə dövlət müstəqilliyimizin bərpasından sonra ilk milli Konstitusiyanın qəbul olunması, ölkəmizdə həyata keçirilmiş hüquqi islahatlardan bəhs ediblər.

Şərhlər

Xəbər lenti

21 may, 11:20

Amerika ali təhsil təcrübəsi: Sərbəst müəllim, aktiv tələbə –TƏƏSÜRATLAR

21 may, 11:13

“Tələbələrimizə oynamağı öyrədirik” – ADPU-da keçirilən festivaldan REPORTAJ

21 may, 11:00

ADNSU tələbələri rəqəmsal təhlükəsizlik üzrə biliklərini zənginləşdirirlər

21 may, 11:00

BDU-da birinci şeir forumu keçirilib

21 may, 10:45

İdmançılarımız beynəlxalq yarışdan 14 medalla qayıtdılar

21 may, 10:23

Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək

21 may, 10:10

Dünyanın nüfuzlu elm yarışmasından medalla döndülər – Böyük uğura atılan addımlar

21 may, 10:04

Məktəblilər arasında badminton üzrə respublika birinciliyi keçirilib

21 may, 09:55

AzMİU-da İtaliyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

21 may, 09:51

ETN ilə THE reytinq agentliyi arasında ikitərəfli görüş keçirilib

20 may, 21:02

Bakı Avropa liseyində “Gələcəyin peşələri” mövzusunda tədbir keçirilib

20 may, 17:50

Azərbaycan üzrə PISA 2025 davam edir

20 may, 17:45

Dövlət Proqramı iştirakçısı ABŞ-nin akademik fəxri cəmiyyətinə üzv seçilib

20 may, 17:40

BANM ilə Malayziyanın Petronas Texnoloji Universiteti arasında əməkdaşlıq yaradılır

20 may, 17:33

MİQ-də iştirak etmək istəyənlərin nəzərinə: qeydiyyat başlayır

20 may, 17:26

Qısamüddətli peşə təlimlərini bitirən müdavimlərə sertifikatlar təqdim olunub

20 may, 17:07

ATİAHİ 308 tələbəyə “Adlı təqaüd” verib

20 may, 17:05

Elm və təhsil naziri gürcüstanlı həmkarı ilə görüşüb

20 may, 16:02

Azərbaycan alimlərinin növbəti uğuru

20 may, 16:00

SABAH qrupları magistratura səviyyəsi üzrə professor-müəllim axtarır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.