Bütün xəbərlər
20 may, 16:02

Bu günlərdə Azərbaycan alimlərinin növbəti uğuru bizi çox sevindirdi. Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsinin müdiri riyaziyyat elmləri doktoru, professor Vüqar İsmayılov və Funksional analiz şöbəsinin aparıcı elmi işçisi fizika-riyaziyyat elmləri namizədi Namiq Quliyevin növbəti uğurunun şahidi olduq.

Rus alimləri Vasiliy Eshkin, Aleksandr Malxanov və Mixail Smorkalovun impact faktoru 3,8 olan nüfuzlu “Journal of Computational Physics” jurnalında 2025-ci ilin may ayında çap olunmuş “Are Two Hidden Layers Still Enough for the Physics–Informed Neural Networks?” (bax: https://doi.org/10.1016/j.jcp.2025.114085) məqaləsində qeyd edirlər ki, “Biz öz işimizdə məhşur Kolmoqorov-Arnold superpozisiya teoreminə, eyni zamanda Azərbaycan riyaziyyatçıları Vüqar İsmayılovun və Namiq Quliyevin 2018-ci ildə “Neurocomputing” jurnalında çap etdirdikləri elmi nəticələrə əsaslanmışıq”. (bax:https://doi.org/10.1016/j.neucom.2018.07.075).

Oxucular üçün aydın olsun deyə, qeyd etmək istəyirəm ki, keçən əsrin 50-ci illərində Kolmoqorov və Arnold ixtiyari kəsilməz çoxdəyişənli funksiyanın birdəyişənli funksiyaların kompozisiyaları və cəmləri vasitəsilə dəqiq göstərilməsi üçün düstur alaraq hələ 1900-cü ildə məhşur alman alimi David Hilbertin riyaziyyatçılar qarşısında qoyduğu 23 problem içərisindən 13-cü problemi həll ediblər.

Vüqar İsmayılov və Namiq Quliyev isə isbat ediblər ki, həmin düsturda olan bütün birdəyişənli funksiyaları qeyd olunmuş yeganə birdəyişənli funksiya ilə əvəz etməklə iki gizli laylı neyron şəbəkə modeli almaq olar və bu modelin vasitəsi ilə ixtiyari kəsilməz çoxdəyişənli funksiyanı istənilən dəqiqliklə approksimasiya etmək olar. Bundan əlavə, sözü gedən qeyd olunmuş funksiya da alqoritmik qurulub (bax: https://doi.org/10.1016/j.neucom.2018.07.075).

Qeyd edək ki, indiyə qədər Vüqar İsmayılovun və Namiq Quliyevin həmin nəticəsinə müxtəlif xarici mütəxəssislərin 100-ə yaxın istinadları olub. İstinadlara baxmaq üçün aşağıdakı linkə keçid etmək olar:

https://scholar.google.com/citations?view_op=view_citation&hl=ru&user=ziQBM_cAAAAJ&citation_for_view=ziQBM_cAAAAJ:L8Ckcad2t8MC

Oxuculara həm də bildirmək istəyirəm ki, Vüqar İsmayılov və Namiq Quliyevin bu seriyadan olan elmi nəticələri neyron şəbəkələr nəzəriyyəsinin ən qabaqcıl jurnalları olan "Neural Networks", "Neural Computation", "Neurocomputing", "Journal of Mathematical Analysis and Applications" jurnallarında çap olunub. Həmin işlərə indiyə qədər tamamilə müxtəlif coğrafiyadan olan xarici alimlərin 500-dən çox istinadları olub.

Fürsətdən istifadə edib qürurverici elmi nəticələr aldıqlarına görə hər iki alimimizi ürəkdən təbrik edir və onlara daha böyük uğurlar arzu edirəm.

Misir MƏRDANOV,
Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü

Şərhlər

Xəbər lenti

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

14 iyun, 12:27

Elm və təhsil nazirinin müavini Naxçıvanda "Son zəng" tədbirində iştirak edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.