
Ağdərə rayonu Vəngli və Kolatağ kəndlərinə köçən şagirdlərin valideynləri ilə görüş keçirilib.
Qarabağ Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, sektor əməkdaşları ailələrlə görüşülüb, şagirdlərin müvafiq siniflər üzrə sistemə sorğuları yerləşdirilib, həmçinin məktəbəqədər yaşlı uşaqların qeydiyyatı aparılıb.
Görüş zamanı şagirdlərin təhsil müəssisələrinə yerdəyişməsi ilə bağlı zəruri dəstək göstərilib.
Şagirdlər və valideynləri maraqlandıran suallar cavablandırılıb, maarifləndirici söhbətlər aparılıb.
Təhsilin fasiləsizliyinin təmin olunması əsas prioritet kimi vurğulanıb, şagirdlərin yeni mühitə uyğunlaşması istiqamətində psixoloji və pedaqoji dəstəyin davamlı olaraq göstəriləcəyi bildirilib.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər