Bütün xəbərlər
21 may, 11:20

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nümayəndələri bu yaxınlarda ABŞ-nin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Corc Vaşinqton Universitetində səfərdə olublar. Səfərin məqsədi ABŞ ali təhsil sistemində tətbiq olunan tədris və öyrətmə metodologiyaları ilə yaxından tanış olmaq olub.

Səfər çərçivəsində nümayəndələr universitetin Ali təhsil və insan inkişafı məktəbində dərsləri müşahidə edib, tədris prosesində iştirak edib və professor-müəllim heyəti ilə müzakirələr aparıblar. Bu təcrübə pedaqoji yanaşmalar, müasir öyrətmə texnikaları və tələbələrin dərsə cəlb olunması strategiyaları üzrə yeni baxışlar formalaşdırıb.

“Azərbaycan müəllimi” səfər təəssüratlarını öyrənmək üçün həmin müəllimlər ilə həmsöhbət olub.

“Müəllimlər üçün sərbəst mühit yaradıcılığı təşviq edir”

ADPU-nun Təlim-Tədris Mərkəzinin müdiri Xalidə Həmidovanın sözlərinə görə, Corc Vaşinqton Universitetində müəllimlər dərsdənkənar vaxtlarını sərbəst planlaşdırmaq imkanına malikdirlər. Bu sərbəstlik onların yaradıcılığını və fərdi yanaşmalarını stimullaşdırır:
“Dərsin təşkili tamamilə müəllimin öhdəsinə buraxılıb. Rəqabət yüksək olduğuna görə müəllimlər hər mövzunu ən müasir şəkildə təqdim etməyə və öz üzərlərində daimi işləməyə məcbur olurlar”.

Tələbəyə fərd kimi yanaşma və sərbəstlik

Xalidə Həmidova ABŞ universitetlərində tələbəyə münasibətin fərqliliyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, tələbələrin etnik mənsubiyyəti, sosial vəziyyəti və görünüşü onların təhsil prosesində iştirakına heç bir mənfi təsir göstərmir.
“Davamiyyət məcburi olmasa da, tələbələr təhsilə çox ciddi yanaşırlar və dərsləri buraxmamağa çalışırlar”, – deyə o qeyd edib.

Kiçik qruplarda effektiv tədris

Fəlsəfə və sosial elmlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Nigar Qəhrəmanova qeyd edib ki, ABŞ universitetlərində dərslərin maksimum 25 nəfərlik qruplarda keçirilməsi, tədris prosesində həm müəllim, həm də assistentin iştirakı diqqəti cəlb edən başqa bir amildir:
“Bizim iştirak etdiyimiz dərslərdə tələbə sayı adətən 10-12 nəfər idi. Assistentin iştirakı müəllimə əlavə nəzarət və qiymətləndirmə məsələlərində kömək edirdi. Bu model bizim universitetdə də praktik dərslər üçün faydalı ola bilər”.

Onun sözlərinə görə, tədris metodikası baxımından müşahidə olunan mühüm nüanslardan biri tələbələrin müzakirələrdə sərbəst iştirak imkanlarının olmasıdır. Müəllimlər dərs zamanı yalnız istiqamət verir, əsas təhlil və araşdırmanı isə tələbələrin özləri aparırlar: “Hər bir tələbənin fikri dinlənilir və müəllim tərəfindən hörmətlə qarşılanır. Bu isə onların məsuliyyətini və dərsə marağını artırır”.

Qiymətləndirmədə şəffaflıq və davamlılıq

Ümumi coğrafiya kafedrasının dosenti, aqrar elmlər üzrə fəlsəfə doktoru Mətanət Əsgərova Mahmud isə bildirib ki, dərslərdə qiymətləndirmə yalnız yekun imtahanla deyil, semestr boyunca aparılır. Tələbənin dərsə münasibəti, aktivliyi və davranışı da ümumi qiymətə təsir edir:
“Əgər tələbə yekun qiymətlə razı deyilsə, bütün dövr ərzində topladığı nəticələr ona təqdim olunur. Bu da şəffaflığın təmin olunmasına xidmət edir”, – deyə o bildirib. 

Səfərin digər iştirakçısı Xarici Dillər Mərkəzinin baş müəllimi, dissertant Jalə Səmədova Qədir də səfərin peşəkar baxımdan çox faydalı olduğunu bildirib:
“ABŞ ali təhsil sistemi tələbəyönümlü, açıq və innovativ yanaşmalara əsaslanır. Dərslər interaktiv, müzakirə əsaslı və layihə yönümlüdür. Tələbələrin dərsə aktiv şəkildə qoşulması və nəzəri biliklərin praktik tətbiqi ön plandadır. Bu modellərdən müzakirə əsaslı dərslər və layihə əsaslı qiymətləndirmə ADPU-da uğurla tətbiq oluna bilər”.

Biologiya və onun tədrisi texnologiyası kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayeva da hesab edir ki, Corc Vaşinqton Universitetində tətbiq olunan müasir metodlardan bəzilərini ADPU-ya uyğunlaşdıraraq tədrisin keyfiyyətini yüksəltmək və tələbələrin fərdi inkişafını dəstəkləmək olar:  
“Məsələn, “Müəllimlik” ixtisaslarında pedaqogika ilə yanaşı, kommunikasiya, psixologiya, liderlik kimi təlimlər interdisiplinar şəkildə tətbiq oluna bilər”.
Şəhla Abdullayeva həmçinin tədris metodikası baxımından rəqəmsal platformaların, interaktiv təqdimatların və onlayn resursların geniş tətbiqini təqdirəlayiq hesab edib.
“Praktik dərslərdə real layihələr üzərində işləmək və simulyasiya texnologiyalarından istifadə xüsusilə maraqlı nümunələrdir”, – deyə vurğulayıb.

ADPU-nun Təlim-Tədris Mərkəzinin müdiri Xalidə Həmidova sonda bildirib ki, artıq bu bilik və təcrübələr ADPU-da tətbiq olunmağa başlanıb. Məqsəd bu yanaşmaları genişləndirərək kafedralar, fakültələr və bütövlükdə universitet üzrə müasir tədris mədəniyyətinin formalaşdırılmasıdır:
“Sillabusların təkmilləşdirilməsi, tədris yanaşmalarının yenilənməsi üçün təlim materialları hazırlayırıq və bu təcrübəni həmkarlarımızla bölüşürük. Məqsədimiz universitetdə keyfiyyətli və səmərəli tədris mühitini formalaşdırmaqdır”.

Şərhlər

Xəbər lenti

21 may, 17:53

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsi davam edir

21 may, 17:47

AzMİU region məktəblərinin şagirdləri ilə görüşüb

21 may, 17:32

NDU-da “Stomatologiyada innovasiyalar” mövzusunda konfrans keçirilib

21 may, 17:26

BMU ilə ATİAHİ arasında müzakirə formatında görüş keçirilib

21 may, 17:25

Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünə yekun vurulub

21 may, 16:43

Qarabağ Universitetinin Klinikası vakansiya elan edir

21 may, 16:42

AzMİU tələbələri sosial yönümlü xeyriyyə tədbiri gerçəkləşdirib

21 may, 16:32

BŞTİ-də yeni kadr təyinatı olub

21 may, 15:45

1 iyunda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ

21 may, 15:31

Buraxılış imtahanında iştirak etmiş 30 nəfərin balı aşağı salınıb

21 may, 15:27

DİM: 1824 abituriyentin buraxılış imtahanı qiymətində düzəliş edilib

21 may, 15:23

Buraxılış imtahanları ilə bağlı apellyasiya nəticələri açıqlanıb

21 may, 15:01

STEAM resurslarından ibarət sənəd hazırlanıb

21 may, 14:51

Məktəblərdə kibertəhlükəsizliklə bağlı təlimlər keçirilib

21 may, 14:48

Bəstəkar müəllim: Şagirdlərimlə, müəllimlərlə oxuyaraq salamlaşıram

21 may, 14:00

Müəllim məktəbin ürəyi, ruhudur – Dünya Təhsil Forumundan önəmli mesajlar

21 may, 13:41

Nobel mükafatçısı Əziz Səncərə Əlişir Nəvai mükafatı veriləcək

21 may, 13:39

Ucqar kənd məktəbinin liderlik təcrübəsi – Neftçaladan REPORTAJ

21 may, 13:15

Baş Dövlət Yol Polisi İdarəsindən valideynlərə ÇAĞIRIŞ

21 may, 13:14

BANM-də millət vəkilinin tələbələrlə görüşü keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.