
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun təşəbbüsü ilə ali məktəb tələbələrinin dövlət xadimləri və tanınmış şəxslərlə görüşləri davam edir.
BANM-dən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, növbəti görüş Lənkərandan seçilmiş millət vəkili, Elm və təhsil komitəsinin sədr müavini, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə ilə Bakı Ali Neft Məktəbində təhsil alan Lənkəran rayonundan olan tələbələrin iştirakı ilə keçirilib.
Görüşdə tələbələrin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
BANM-in gənc yazarı, gələcəyin mühəndisi, I kurs kimya mühəndisliyi tələbəsi Nihad Namazov özünün “Nədir Adım?” adlı kitabını millət vəkilinə təqdim edib.
1 /9
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər