Bütün xəbərlər
7 fevral, 18:09

Şimal Qütbündə qeyri-adi istilər müşahidə olunur. Fevralın 2-də temperatur sıfır dərəcəni keçərək 0,5°C-ə çatıb. Bu isə 1991-2020-ci illər üzrə ortalama temperaturdan 20°C yüksəkdir.

“Azərbaycan müəllimi” xəbər verir ki, Avropa İttifaqının “Copernicus” İqlim Dəyişikliyi Xidməti və Arktikada yerləşən ölçmə cihazları bu istiləşməni qeydə alıb. Finlandiya Meteorologiya İnstitutunun mütəxəssisi Mika Rantanen bunun “çox ekstremal bir qış istiləşmə hadisəsi” olduğunu bildirib.

Alimlər bu istilərin dəniz buzlarının əriməsini sürətləndirəcəyindən narahatdırlar. Beynəlxalq Elm Şurasının məlumatına görə, Arktikada temperatur dünya üzrə orta göstəricidən dörd dəfə daha sürətlə artır. Buz əridikcə, torpaq və su daha çox günəş işığını udur, nəticədə istilik daha da artır.

Arktikanın ekosisteminə və yerli icmalara ciddi təsir göstərən bu proseslər qütb ayılarından tutmuş balinalara qədər bir çox canlı növünün həyatını təhlükəyə atır.

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.